Bu gün Bakıda "TEKNOFEST Azərbaycan" festivalı başlayır - CANLI YAYIM + FOTO
Bu gün Bakıda "TEKNOFEST Azərbaycan" Aerokosmik və Texnologiya festivalı başlayır.
Oxu.Az xəbər verir ki, tədbir dörd gün davam edəcək.
Açılış nitqini rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev edəcək. "TEKNOFEST Azərbaycan" festivalının ilk günü "Baykar Makina" şirkətinin texniki direktoru Səlcuq Bayraktar, eləcə də Türkiyənin sənaye və texnologiya naziri Mustafa Varank çıxış edəcəklər.
Gün ərzində festival iştirakçılarına müxtəlif aviaşoular, robot-şou, külək tunelində şoular nümayiş olunacaq.
Birinci günün sonunda təşkil ediləcək konsert proqramında xalq artisti Aygün Kazımova, Nigar Camal, Azad Şabanov və digərləri öz ifaları ilə festival iştirakçıların qarşısına çıxacaqlar.
Günün sonunda isə hər kəsi maraqlı lazer şousu gözləyir.
Festivalda dörd gün ərzində ümumilikdə 200 mindən çox ziyarətçinin (33 ölkədən 500-ə yaxın əcnəbi) iştirakı gözlənilir. İştirak üçün dünyanın 32 ölkəsindən 287 startap (101-i Azərbaycan startapı olmaqla) müraciət edib. Onlardan 15-i xarici ölkə (ABŞ, Argentina, Estoniya, İordaniya, Misir, Pakistan, Türkiyə), 35-i yerli olmaqla 50 startap finala vəsiqə qazanıb.
Tədbirdə qlobal bazarlara çıxış potensialı olan startapçıların, yerli və əcnəbi mentorların, xarici ölkələrdən investorların və vençur fondların iştirakı nəzərdə tutulur.
Qeyd edək ki, "TEKNOFEST" Türkiyənin Sənaye və Texnologiya Nazirliyinin, eləcə də Səlcuq Bayraktarın rəhbərlik etdiyi "Türkiye Teknoloji Takımı" (T3) Fondunun təşkilatçılığı ilə 2018-ci ildən etibarən hər il keçirilir və ilk dəfə bu il xaricdə - Azərbaycanda təşkil olunur. Azərbaycanda "TEKNOFEST Azərbaycan"ın təşkilatçılığı Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə həvalə edilib.





Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1914 Tarix: 26 may 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Pensiya məbləğləri necə dəyişəcək? - Yeni mexanizmin DETALLARI
Pensiyaların hesablanması və indeksləşdirilməsi qaydalarında mümkün dəyişikliklər vətəndaşların aylıq ödənişlərinə, xüsusilə müxtəlif məbləğdə pensiya alan şəxslərin gəlirlərinə təsir göstərə bilər. Yeni mexanizmin tətbiqi zamanı indeksləşdirmənin hansı prinsiplə aparılması, pensiya məbləğlərinin nec
22 oktyabrOrdubada qar yağdı
Oktyabrın 21-i saat 11:00-a olan faktiki hava açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib, lakin gecə və səhər bəzi dağlıq və dağətəyi rayonlarda qısamüddətli yağış, Ordubadın yüksək dağlıq ərazilərində isə qar yağıb. Düşə
21 oktyabrLeyla Əliyeva Zimbabvenin birinci xanımı ilə görüşdü
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva bu gün Özbəkistanın Səmərqənd şəhərində Zimbabvenin birinci xanımı Oksiliya Mnanqaqva ilə görüşüb. "Qafqazinfo" xəbər verir ki, görüşdə Azərbaycanla Zimbabve arasında ikitərəfli əlaqələrin və qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməs
21 oktyabr"Brain Academy"də autizmli körpə döyüldü, polis araşdırmaya başladı - Video
"Brain Academy"nin Bakıxanov qəsəbəsində yerləşən filialında autizm spektrli 2 yaşlı uşağın döyülməsi hadisəsi polis tərəfindən araşdırılır. Bu barədə -a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, faktla bağlı Cinayət Məcəlləsinin xuliqanlıq maddəsi ilə cinayə
21 oktyabrSabah Bakıya yağış yağacaq
Oktyabrın 23-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi yerlərdə yağış yağacağı, şimşə
22 oktyabrKredit götürmək istəyənlərin NƏZƏRİNƏ: Yeni məhdudiyyətlər gəlir
Bankların kreditvermə qaydalarında nəzərdə tutulan dəyişikliklər vətəndaşların borclanma imkanlarına, kredit müraciətlərinin qiymətləndirilməsinə və maliyyə bazarındakı münasibətlərə təsir göstərə bilər. Xüsusilə, borcalanların gəlirlərinin, mövcud öhdəliklərinin və ödəmə qabiliyyətinin daha ətrafl
22 oktyabr