Müdafiə Nazirliyində KORRUPSİYA ƏMƏLLƏRİ: "Şlyapa" getdi, sırada kim var? - Polkovnik adları AÇIQLADI

Müdafiə Nazirliyində KORRUPSİYA ƏMƏLLƏRİ: "Şlyapa" getdi, sırada kim var? - Polkovnik adları AÇIQLADI"Orduda rüvşət hallarının artması barədə çox sayda informasiyalar oxuyuruq. Dövlət qurumları bununla bağlı hərəkətə keçməlidir. Haqsızlıqlara dözməyən hərbçilər xidmət etmək istəmirlər. Unutmamalıyıq ki, ölkənin əsas dayağı ordudur".

Bunu Müdafiə Nazirliyinin Daxili Təhlükəsizlik, həmçinin Təhsil-tədris və Elmi Tədqiqatlar İdarəsinin sabiq baş zabiti Zahid Niftəliyevin həbs edilməsini və ordudakı neqativ halların artmasını şərh edən Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin hərbi polisinin keçmiş rəisi, hərbi ekspert Rövşən Məhərrəmov Yenicag.az-a açıqlamasında deyib.

Rövşən Məhərrəmov bildirib ki, Zahid Niftəliyevin həbs edilməsi Nəcməddin Sadıkov ətrafında həlqənin daralması anlamına gəlir:

"Zahid Niftəliyev "şlyapa" ləqəbi ilə tanınan bir şəxsdir. O, Nəcməddin Sadıkovun ən yaxın adamlarından biri idi. Nəcməddin Sadıkov vəzifədə olduğu dövrdə "şlyapa" Zahid təyinatlar, əsgərlərin bölünməsi, zabitlərə rütbə verilməsi məsələləri ilə məşğul olurdu və pul qazanırdı. Onun yüksək vəzifəyə təyinatlar etdirməsi ilə bağlı da məlumatlar var. Onun barəsində cinayət işi açılmışdı. Sadəcə olaraq istintaqdan yayınırdı. Sonunda onu hüquq mühafizə orqanları saxladı. Sabiq vergilər naziri Fazil Məmmədov, Nəcməddin Sadıkov və Zahid Niftəliyevin birgə Ukraynada tütün fabriki var idi. Fabrikin 13 faizi Zahid Niftəliyevin idi. Zahid Niftəliyevin həbs edilməsi Nəcməddin Sadıkova böyük bir zərbədir. Ancaq onu bilmək lazımdır ki, Nəcməddin Sadıkovun ətrafı təkcə bununla bitmir.

Nəcməddin Sadıkovun əsas adamlarından biri də Elxan Məcidov idi. O, zamanında Maddi Texniki Təminat İdarəsində rəis idi. Sonra onu Mərkəzi Ordu İdman İdarəsinə rəis təyin edilib. Elxan Məcidov orada da öz əməllərindən əl çəkməyib. İdmançı olmayan əsgərlərə idmançı arayışı düzəldərək Mərkəzi Ordu İdman Klubuna cəlb edib onları ordudan yayındırırdı. Aldığım məlumata görə, Elxan Məcidov Nəcməddin Sadıkovun göstərişi ilə döyüşlər gedə-gedə böyük pullar alaraq bəzi əsgərləri MOİK-ə cəlb edib. Hazırda o ordu sıralarından tərxis olunub. Hesab edirəm ki, onun da istintaqa cəlb olunması vacibdir.

Nəcməddin Sadıkovun bacısı oğlu Ramin Əsgərov bir gün belə cəbhə bölgəsində xidmət etməyib. O, dayısının hesabına yüksək post tutub və zabitləri şərləyib, bundan qazanc mənbəyi kimi istifadə edib. Aldığım məlumata görə, xaricdə yayımlanan internet kanallarına "Tərtər işi" ilə bağlı informasiyaları Ramin Əsgərov ötürüb. Düşünürəm ki, Ramin Əsgərov məsuliyyətə cəlb edilməklə yanaşı, həm də onun general-mayor rütbəsi də əlindən alınmalıdır.

Nəcməddin Sadıkovun yaxın adamlarından biri də keçmiş İşlər İdarəsnin rəisi İlqar Məmmədovdur. İlqar Məmmədov həmin idarəni korrupsiya yuvasına döndərmişdi. Müdafiə Nazirliyinin ərazisi yaşıldır. Ora hazırkı nazir Zakir Həsənovdan da əvvəl yaşıllaşdırılmışdı. Ancaq İlqar Məmmədov hər il yaşıllaşdırma adı altında pulları mənimsəyib. İlqar Məmmədov həm də Xidməti Evlər Komissiyasının sədri olub. Yüksək rütbəli zabitlər evsiz olduğu halda, İlqar Məmmədov Nəcməddin Sadıkovun və digər şəxslərin göstərişi ilə 2-3 ay xidmətdə olmuş MAXE-ləri evlə təmin edib. Nəinki kənar şəxslər, öz ailəsi və qohumlarını da xidməti evlərlə təmin edib.

Bütün bunlara baxmayaraq, Müdafiə Nazirliyinin rəhbərliyi bu işdən kənarda qalmamalıdır, onlar da faktları üzə çıxartmalıdırlar.

Qarabağda modul tipli hərbi hissələr inşa edilir. Hüquq mühafizə orqanları həmin obyektləri yoxlamalıdır. Aldığım məlumata görə, həmin kazarmalar dəyərindən qat-qat artıq məbləğdə göstərilir".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 2498   Tarix: 31 may 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Depressiyaya düşüb cinayət törətdi - Bakıda gözəllik salonundakı oğurluğun detalları

Bakıda yerləşən gözəllik salonundan müxtəlif kosmetik və saç baxımı avadanlıqları, eləcə də idman ayaqqabısı oğurlayan şəxs məhkəmə qarşısına çıxarılıb. Qaynarinfo xəbər verir ki, iş materiallarına görə, hadisə 2026-cı ildə, gecə saat 02:00 radələrində Bakı şəhərinin Nizami rayonunda, Tofiq Abbasov küçəsind

22 oktyabr
.

Mariya Şarapova Bakıya gəlir

Məşhur tennisçi və iş adamı Mariya Şarapova Bakıda keçiriləcək "INMerge" İnnovasiya Sammitində iştirak edəcək. xəbər verir ki, Trend-in məlumatına görə, sammit noyabrın 30-dan dekabrın 1-dək Bakı Konqres Mərkəzində keçiriləcək. Tədbirdə, həmçinin "Google X"in keçmiş baş biznes direktor

21 oktyabr
.

Azərbaycanda yağ kəskin bahalaşdı

Azərbaycanda kərə və duru yağların qiyməti artıb. -a istinadən xəbər verir ki, bahalaşma həm yerli, həm də xarici məhsullarda hiss olunur. Qeyd olunub ki, ümumilikdə yağların qiymətində 6 manatadək bahalaşma müşahidə edilir. Satıcılar bahalaşmanın səbəblərindən məlumatsız olduqlarını bildirirlər

21 oktyabr
.

"Brain Academy"də autizmli körpə döyüldü, polis araşdırmaya başladı - Video

"Brain Academy"nin Bakıxanov qəsəbəsində yerləşən filialında autizm spektrli 2 yaşlı uşağın döyülməsi hadisəsi polis tərəfindən araşdırılır. Bu barədə -a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, faktla bağlı Cinayət Məcəlləsinin xuliqanlıq maddəsi ilə cinayə

21 oktyabr
.

"WhatsApp"a iki yeni funksiya gəlir

Məşhur mesajlaşma tətbiqi "WhatsApp"a iki yeni funksiya gəlir. "Qafqazinfo" xarici mətbuata istinadən xəbər verir ki, "WhatsApp" istifadəçilərə fotolardan və videolardan hazırlanan stikerlərə səs əlavə etməyə imkan verən yeni funksiya və yenilənmiş mesaj yazma sahəsini sınaqda

22 oktyabr
.

Kərə yağında qiymət artımı: Səbəb nədir, növbəti bahalaşma gözlənilirmi? - İQTİSADÇIDAN AÇIQLAMA

Ölkədə kərə yağının qiymətində artım müşahidə olunur. Alıcılar bəzi məhsulların əvvəlki qiymətlərlə müqayisədə bir neçə manat bahalaşdığını bildirirlər. Satıcıların sözlərinə görə, son günlər həm yerli, həm də idxal olunan yağların qiymətində artım qeydə alınıb. Rəsmi məlumatlara görə, 2026-cı ilin yanvar-sentyab

22 oktyabr
.

Azərbaycan məktəblərində "TikTok"a giriş məhdudlaşdırıldı

Azərbaycanda məktəblərdə "Tiktok"a çıxış məhdudlaşdırılıb. "Report"a istinadən xəbər verir ki, bunu elm və təhsil nazirinin müavini Firudin Qurbanov "Rəqəmsal dövrdə ailə: transformasiyanın yeni sərhədləri" mövzusunda keçirilən Ailə Forumunda deyib. Onun sözlərinə görə

21 oktyabr
.

Ali Məhkəmədən məhkumlarla bağlı MÜHÜM QƏRAR: Barışıq cəzanı azalda bilərmi?

Ali Məhkəmənin hökm qanuni qüvvəyə mindikdən sonra zərərçəkmiş şəxslə barışığın cəzanın azaldılması üçün hökmün icrası mərhələsində əsas sayıla bilməməsi ilə bağlı mövqeyi məhkumların hüquqları və cəzanın yüngülləşdirilməsi qaydaları baxımından mühüm hüquqi məsələdir. Bu yanaşma hökm çıxarıldıqdan sonr

21 oktyabr
.

Fuad Allahverdiyev arvadını həbs etdirmişdi - Qərar ləğv olundu

İş adamı Fuad Allahverdiyevi şantaj etməkdə təqsirli bilinərək 10 il 6 ay azadlıqdan məhrum edilən keçmiş həyat yoldaşı Gülşən Allahverdiyevanın işi üzrə qərar ləğv edilib. "Qafqazinfo"nun məlumatına görə, Ali Məhkəmə məhkumun şikayəti əsasında belə qərar verib. İşlə tanış olan hakimlər əvvəlk

22 oktyabr