Autizm, inklüziv təhsil - Sağlamlıq imkanları məhdud uşaqlarla bağlı MÜSAHİBƏ
Bildiyiniz kimi, inklüziv təhsil ümumi təhsilin hamı üçün əlçatan olmasını nəzərdə tutan və bütün uşaqların müxtəlif ehtiyaclarına uyğunlaşdırılmasına əsaslanan inkişaf prosesidir. Bu, sağlamlıq imkanları məhdud uşaqların təhsilə cəlb olunmasını da təmin edir.
İnklüziv təhsillə, sağlamlıq imkanları məhdud uşaqlarla bağlı Sonxeber.az-ın suallarını pedaqoq Zivər Xanlarova cavablandırıb.
- Bütün dünyada olduğu kimi, ölkəmizdə də autizmdən əziyyət çəkən uşaqlar çoxdur. Bu uşaqların təhsilə cəlb olunması prosesi necə baş verir?
- Hər bir uşaq kimi, autizmli uşaqların da dövlət məktəblərində təhsil almaq hüququ var. Digər əlilliyi olan uşaqlar kimi, autizmli uşaqlar üçün də yerli təhsil qurumunun nəzdindəki psixoloji, tibbi-pedaqoji komissiya valideynlərin də iştirakı ilə uşağın diaqnozuna görə məktəblərdə təhsilin təşkili formasını təyin edir.
- Sizcə, hər məktəbdə bu uşaqlarla işləyə biləcək yetərincə müəllim varmı?
- Öz üzərində işləyən peşəkar müəllimlər olsa da, amma bir çox valideynlərin çətinlikləri, əlbəttə, məhz bu məsələdədir. Onların sıxıntıları hər məktəbdə övladları ilə işləyə biləcək müəllimlə qarşılaşmamaları ilə bağlıdır. Bu problem regionlarda daha çoxdur.
Artıq təhsil qanunlarımıza əsasən, ümumtəhsil məktəblərində inklüzivlik pedaqoji prosesdə əsas prinsiplərdən biridir. Buna görə də hər bir müəllimin vəzifəsidir ki, bu sahədə bilik ve bacarıqlarını artırsın.
- Bildiyimiz qədərilə, bu uşaqlar daha həssas olduqları üçün onlara daha həssas yanaşılmalıdır.
- Əlbəttə, uşağa yanaşmamız doğru olmalıdır. Buna görə də öncə autizmli uşaqların ümumi əlamətlərini, xarakterlərini, öyrənmə tiplərini bilməli, bu uşaqlarla işləyə biləcəyimiz təlim metodlarını öyrənməli, buradan yola çıxaraq, hər bir uşağa fərdi yanaşıb, nə öyrədəcəyimizi müəyyənləşdirməliyik. Çünki autizmli uşaqlar da, digər uşaqlar kimi, bir-birindən fərdi xüsusiyyətlərinə görə fərqlənirlər. Daun sindromlu və digər əlilliyi olan uşaqlar da belədirlər.
- İnklüziv təhsilin inkişafı üçün təhsil sahəsində hansı işlər görülüb?
- Ölkəmizdə 2018-2024-cü illər ərzində inklüziv təhsilin inkişafı üzrə Dövlət Proqramı qəbul edilib. Elə bu tədris ilində Təhsil Nazirliyinin əmri ilə inklüziv siniflər təşkil edən məktəblərin sayı artırılıb. Ümidvericidir ki, universitetlərdə də tələbələr və bu sahədə bacarıqlarını artırmaq istəyən müəllimlər üçün peşəkar mütəxəssislər tərəfindən inklüzivlik tədris olunur. Bu mövzuda konfranslar, tədbirlər keçirilir. Öncə də qeyd etdiyim kimi artıq təhsil qanunlarımızda inklüzivlik əsas prinsiplərdən biridir. İnklüziv təhsil ümumiyyətlə əlilliyi olan uşaqların, o cümlədən də autizmli uşaqların inkisafı üçün çox müsbət nəticələr verir. İnklüziv təhsilin tətbiqi bütün uşaqların təhsildə olan ehtiyaclarının təmin olunmasıdır. Ümid edirik ki, gələcəkdə bütün ümumtəhsil məktəblərimizdə inklüziv təhsil doğru şəkildə tətbiq olunacaq.
Aysel SƏFƏRZADƏ
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Xalq artisti Ramiz Əzizbəylinin kürəkəni həbs edilib
Bakıda məmurun xanımı lyuka düşüb xəsarət aldı, AAYDA rəsmisi cərimə edildi
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
Pensiya məbləğləri necə dəyişəcək? - Yeni mexanizmin DETALLARI
Qəzada ölən Elşən "AzərEnerji"nin əməkdaşı imiş - Foto
Səhər saatlarında 13 nömrəli avtobus problemi - "BakuBus" sorğumuza cavab vermədi
Təranə Qumral Əli Mirəliyevə ömürlük cəza istədi, müğənnidən sərt cavab gəldi
Torpaq bazarında yeni imkan: Bu şəxslərə pulsuz sahələr veriləcək
Polkovnikin nazirlikdəki yeni vəzifəsi bu imiş
Məhsulun üzərindəki tarix dəyişdirilib? Bunu necə müəyyən etmək olar? - QİDA EKSPERTİNDƏN AÇIQLAMA
Süni intellekt indi də oğurluq etdi
Toy karvanlarında avtomobil bəzəkləri ilə bağlı XƏBƏRDARLIQ: 800 manat cərimə...
Övladı doğulduğu üçün maşınını bəzəyənlər 500 manat cərimələnirlər? (VİDEO)
Fransadakı səfirimiz Makronun xanımı ilə görüşdü - Fotolar