Məşhur fitnes çempionunu vuran avtomobilin sürücüsü məsuliyyətdən boyun qaçırır - VİDEO
Azərbaycanda piyadanı vuran qadın sürcüsü zərəçəkmişə dəymiş ziyanı ödəməkdən imtina edir.
Bu barədə Sonxeber.az-a müraciət edən, zərərçəkmiş, məşhur fitnes çempionu Salatın Əsədova bildirib.
Onun sözlərinə görə, fevralın 28-də, saat 17:40 radələrində Nəsimi rayonu, Azadlıq prospekti ilə Sahib Zeynalov küçəsinin kəsişməsində Liza Həsənova idarə etdiyi "Chevrolet Trax" markalı, 90-OS-334 dövlət qeydiyyat nişanlı avtomobillə onu vurub:
"Nəsimi rayonu, Azadlıq prospekti ilə Sahib Zeynalov küçəsinin kəsişməsinə çatdıqda, yolun Azadlıq prospekti istiqamətdə, yəni sol səkidən təxminən 1.5 metr məsafədə hərəkət edən avtomobil sol ayağının üzərindən keçmiş və nəticədə ayağım sınmışdı. Başımdan da zədə almışdım.
Məni Elmi-Tədqiqat Travmotologiya və Ortopediya İnstitutuna apardılar. Ayağımın şişdiyini görəndə qorxdub yalvardılar ki, polisə xəbər verməyim və nə lazımdırsa, edəcəklərini dedilər.
Xəstəxanaya qəza haqqında məlumat martın 2-də verilib. Məni əmin etdilər ki, xəstəxandan çıxandan sonra evə yanıma gələcəklər. Həkim ayağımın zədəsinin ciddi olduğunu, bu formada işləyə bilməyəcəyimi bildirdi. Liza Həsənova söylədi ki, yenidən işə çıxana qədər mənə maddi yardım edəcək.
Lakin xəstəxanadan çıxıb evə getdiyim gündən bir gün sonra Liza Həsənova zəng edərək məni təhqir etdi, sonra isə cəmi 1000 manat pul verəcəyini dedi. Halbuki həkim mənə 2 aya qədər işə getməyi qadağan edib. Özüm də kirayədə qalıram. Kirayə haqqım isə 700 manatdır. Ayağımın müalicəsi də hələ davam edir.
Artıq gördüm ki, qarşı tərəf mənim ona güzəştə getməyimdən sui-istifadə edir. Ona görə də Liza Həsənovadan şikayətçi oldum.
Avtomobildə Liza Həsənovadan başqa, Sevinc Əliyeva da var idi. Mən onların cəzalandırılmasını istəyirəm. Faktla bağlı görüntülərin olduğuna baxmayaraq, iş avtoekspertizaya görüntüsüz göndərildi. Bunun səbəbi nədir?
Birinci ekspertizanın nəticəsi mənim lehimə oldu. Sonra nədənsə ikinci ekspertizanın nəticəsi qarşı tərəfin lehinə oldu.
Mən birinci müstəntiqdən, 1 ay keçməsinə baxmayaraq, görüntüləri göndərmədiyi üçün şikayətçi oldum. Qanunda da var ki, piyadanı vuran sürücü zərəçəkmişə 5000-7000 manat pul ödəməlidir. Mən anlaya bilmirəm, əldə olan görüntünü göndərmək niyə bu qədər müşkül olub?!
Məsələ ilə bağlı Sonxeber.az Liza Həsənova ilə əlaqə saxlayıb. O, əməkdaşımıza işdə olduğunu və danışa bilmədiyini deyib.
Aysel Yusifqızı
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Xalq artisti Ramiz Əzizbəylinin kürəkəni həbs edilib
Bakıda məmurun xanımı lyuka düşüb xəsarət aldı, AAYDA rəsmisi cərimə edildi
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
Pensiya məbləğləri necə dəyişəcək? - Yeni mexanizmin DETALLARI
Qəzada ölən Elşən "AzərEnerji"nin əməkdaşı imiş - Foto
Səhər saatlarında 13 nömrəli avtobus problemi - "BakuBus" sorğumuza cavab vermədi
Təranə Qumral Əli Mirəliyevə ömürlük cəza istədi, müğənnidən sərt cavab gəldi
Torpaq bazarında yeni imkan: Bu şəxslərə pulsuz sahələr veriləcək
Polkovnikin nazirlikdəki yeni vəzifəsi bu imiş
Məhsulun üzərindəki tarix dəyişdirilib? Bunu necə müəyyən etmək olar? - QİDA EKSPERTİNDƏN AÇIQLAMA
Süni intellekt indi də oğurluq etdi
Toy karvanlarında avtomobil bəzəkləri ilə bağlı XƏBƏRDARLIQ: 800 manat cərimə...
Övladı doğulduğu üçün maşınını bəzəyənlər 500 manat cərimələnirlər? (VİDEO)
Fransadakı səfirimiz Makronun xanımı ilə görüşdü - Fotolar