"Videolarını əylənmək üçün yaydım" - 19 yaşlı qızın intiharına səbəb olan şəxs

"Videolarını əylənmək üçün yaydım" - 19 yaşlı qızın intiharına səbəb olan şəxsÖtən ilin 27 noyabrında Yasamal rayonunda yerləşən "Qələbə Residence" yaşayış kompleksindən 19 yaşlı Fatimə Nemətovanın (ad və soyad şərti) özünü ataraq intihar etməsi hadisəsi ilə bağlı açılmış cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

"Qafqazinfo"nun əldə etdiyi məlumata görə, gənc qızın telefonunu oğurlayan və daha sonra onun açıq-saçıq görüntülərini sosial şəbəkələrdə yayan 2004-cü il təvəllüdlü Nadir (şərti) həbs edilib. Yasamal Rayon Məhkəməsində keçirilən prosesdə Nadir Cinayət Məcəlləsinin 125 (özünü öldürmə həddinə çatdırma), 156.1 (Şəxsi həyatın toxunulmazlığını pozma), 177.2.5 (Oğurluq -zərərçəkmiş şəxsin üzərindən, cibindən, çantasından və ya digər əl yükündən çıxarılmaqla törədildikdə) və 242-ci-ci (Pornoqrafik materialları və ya əşyaları qanunsuz yayma) maddələri ilə təqsirləndirilib. Ona yekunda 4 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası verilib.

Məhkəmə prosesində məlum olub ki, intihardan əvvəl Nadir sosial şəbəkədə Universitetlərdən birinin Memarlıq fakültəsinin 2-ci kurs tələbəsi olan Fatimənin profilini taparaq ona yazıb. Onlar bir müddət yazışdıqdan sonra parkda dostları ilə birlikdə görüşüblər.

Belə ki, 21 noyabr 2021-ci il tarixdə saat 18 radələrində "AF Mall" ticarət mərkəzinin qarşısında baş tutan görüş zamanı 18 yaşlı oğlan onun gödəkçəsinin cibindən dəyəri 1829 manat dəyərində "Apple İphone 11" markalı mobil telefonu oğurlayıb. Bundan sonra Nadir qızın telefonunda olan çoxsaylı açıq-saçıq foto və videoları başqa telefona köçürüb, oğurladığı telefonu isə dostunun şəxsiyyət vəsiqəsi ilə 800 manata satıb. Bu satışdan o, özünə və 120 manat dəyərində geyim əşyaları və ayaqqabı, eləcə də 600 manat dəyərində "Apple İphone X" markalı mobil telefonu alıb. Daha sonra isə Fatimənin telefonundan köçürdüyü açıq-saçıq görüntüləri 22 noyabr 2021-ci il tarixdə saat 16 radələrində çoxsaylı izləyiciləri olan "Telegram" sosial şəbəkəsində "Dirçəliş 22/30" adlı səhifədə yayıb.

Bundan sonra dostları Fatiməyə onun pornoqrafik görüntülərinin sosial şəbəkələrdə yayıldığını bildiriblər. Fatimə isə həmin görüntülərin oğurlanmış telefonundan götürüldüyünü bildirib. O, daha sonra dostuna "hər şey üçün çox sağ ol, məni yaddan çıxart, çox təəssüf edirəm ki, sonluq belə oldu, biz onla səni həmişə sevəcəyik, artıq heç nəyin mənası qalmayıb", sözlərini yazıb və yaşadığı çoxmərtəbəli binadan özünü ataraq həyatına son qoyub.

Məhkəmədə təqsirləndirilən Nadir törətdiyi əmələ görə özünü təqsirli bildiyini deyib. O, Fatimənin görüntülərini əylənmək məqsədilə yaydığını qeyd edib: "Həmin videoları paylaşmaqda məqsədim əylənmək idi. Hər hansı maddi və sair nemət qarşılığında bunu etməmişəm".

Məhkəmədə Fatimənin atası da ifadə verərək qızının ölümündən əvvəl anasına mesaj yazdığını bildirib: "Fatimə ölümündən öncə anasının istifadəsində olan, lakin hazırda bütün əlaqəli məlumatları silinmiş kompüter vasitəsilə "yaşamaq istədiyini, sevmək istədiyini, lakin pis insanların buna imkan verməməsi, anasını çox sevməsi" barədə sosial şəbəkələrin birində yazı yazmışdı".

Qeyd edək ki, Nadir ona verilmiş 4 il 6 aylıq cəzanı ümumi rejimli müəssisədə çəkəcək.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1483   Tarix: 01 iyun 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Depressiyaya düşüb cinayət törətdi - Bakıda gözəllik salonundakı oğurluğun detalları

Bakıda yerləşən gözəllik salonundan müxtəlif kosmetik və saç baxımı avadanlıqları, eləcə də idman ayaqqabısı oğurlayan şəxs məhkəmə qarşısına çıxarılıb. Qaynarinfo xəbər verir ki, iş materiallarına görə, hadisə 2026-cı ildə, gecə saat 02:00 radələrində Bakı şəhərinin Nizami rayonunda, Tofiq Abbasov küçəsind

22 oktyabr
.

Mariya Şarapova Bakıya gəlir

Məşhur tennisçi və iş adamı Mariya Şarapova Bakıda keçiriləcək "INMerge" İnnovasiya Sammitində iştirak edəcək. xəbər verir ki, Trend-in məlumatına görə, sammit noyabrın 30-dan dekabrın 1-dək Bakı Konqres Mərkəzində keçiriləcək. Tədbirdə, həmçinin "Google X"in keçmiş baş biznes direktor

21 oktyabr
.

Azərbaycanda yağ kəskin bahalaşdı

Azərbaycanda kərə və duru yağların qiyməti artıb. -a istinadən xəbər verir ki, bahalaşma həm yerli, həm də xarici məhsullarda hiss olunur. Qeyd olunub ki, ümumilikdə yağların qiymətində 6 manatadək bahalaşma müşahidə edilir. Satıcılar bahalaşmanın səbəblərindən məlumatsız olduqlarını bildirirlər

21 oktyabr
.

"Brain Academy"də autizmli körpə döyüldü, polis araşdırmaya başladı - Video

"Brain Academy"nin Bakıxanov qəsəbəsində yerləşən filialında autizm spektrli 2 yaşlı uşağın döyülməsi hadisəsi polis tərəfindən araşdırılır. Bu barədə -a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, faktla bağlı Cinayət Məcəlləsinin xuliqanlıq maddəsi ilə cinayə

21 oktyabr
.

"WhatsApp"a iki yeni funksiya gəlir

Məşhur mesajlaşma tətbiqi "WhatsApp"a iki yeni funksiya gəlir. "Qafqazinfo" xarici mətbuata istinadən xəbər verir ki, "WhatsApp" istifadəçilərə fotolardan və videolardan hazırlanan stikerlərə səs əlavə etməyə imkan verən yeni funksiya və yenilənmiş mesaj yazma sahəsini sınaqda

22 oktyabr
.

Kərə yağında qiymət artımı: Səbəb nədir, növbəti bahalaşma gözlənilirmi? - İQTİSADÇIDAN AÇIQLAMA

Ölkədə kərə yağının qiymətində artım müşahidə olunur. Alıcılar bəzi məhsulların əvvəlki qiymətlərlə müqayisədə bir neçə manat bahalaşdığını bildirirlər. Satıcıların sözlərinə görə, son günlər həm yerli, həm də idxal olunan yağların qiymətində artım qeydə alınıb. Rəsmi məlumatlara görə, 2026-cı ilin yanvar-sentyab

22 oktyabr
.

Azərbaycan məktəblərində "TikTok"a giriş məhdudlaşdırıldı

Azərbaycanda məktəblərdə "Tiktok"a çıxış məhdudlaşdırılıb. "Report"a istinadən xəbər verir ki, bunu elm və təhsil nazirinin müavini Firudin Qurbanov "Rəqəmsal dövrdə ailə: transformasiyanın yeni sərhədləri" mövzusunda keçirilən Ailə Forumunda deyib. Onun sözlərinə görə

21 oktyabr
.

Ali Məhkəmədən məhkumlarla bağlı MÜHÜM QƏRAR: Barışıq cəzanı azalda bilərmi?

Ali Məhkəmənin hökm qanuni qüvvəyə mindikdən sonra zərərçəkmiş şəxslə barışığın cəzanın azaldılması üçün hökmün icrası mərhələsində əsas sayıla bilməməsi ilə bağlı mövqeyi məhkumların hüquqları və cəzanın yüngülləşdirilməsi qaydaları baxımından mühüm hüquqi məsələdir. Bu yanaşma hökm çıxarıldıqdan sonr

21 oktyabr
.

Fuad Allahverdiyev arvadını həbs etdirmişdi - Qərar ləğv olundu

İş adamı Fuad Allahverdiyevi şantaj etməkdə təqsirli bilinərək 10 il 6 ay azadlıqdan məhrum edilən keçmiş həyat yoldaşı Gülşən Allahverdiyevanın işi üzrə qərar ləğv edilib. "Qafqazinfo"nun məlumatına görə, Ali Məhkəmə məhkumun şikayəti əsasında belə qərar verib. İşlə tanış olan hakimlər əvvəlk

22 oktyabr