"Bir uşaq belə dilənirsə, bu, böyük problemdir" - Kəmalə Ağazadə
1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi günüdür. Bəs Azərbaycanda uşaq hüquqları necə qorunur?
Bununla bağlı Sonxeber.az-a açıqlama verən Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə bildirib ki, ölkəmizdə uşaq hüquqları qorunur, lakin bu işdə cəmiyyət də maraqlı olmalıdır:
"Azərbaycanda uşaq hüquqları həmişə qorunub. Azərbaycanda istər ailə məcəlləsində, istər uşaq hüquqları haqqında qanunda, istər qoşulduğumuz uşaq hüquqları haqqında konvensiyalarda uşaqların mənafeyinin qorunması öz əksini tapıb. Sadəcə bunun icrasında təkcə dövlət qurumları deyil, həm də vətəndaş cəmiyyəti maraqlı olmalıdır.
Paralel olaraq, bu işdə media da böyük rol oynayır. Bir sözlə, ictimai fəallıq olmalıdır və biz illərdir buna çalışmışıq. Çalışmağımızın bəhrəsini də görürük. Mən demirəm ki, bu bəhrə sığınacaq və ya realibitasiya mərkəzidir. Amma artıq elə çağırışlarımız var ki, ailələrin diqqətini yönəldə bilirik.
İllər əvvəl küçə uşaqları çox idisə, indi barmaq sayı qədərdir. Amma cəmi bir fakt belə, olsa, mənim üçün böyük hadisədir. Bir uşaq belə dilənirsə, bu, böyük problemdir. Bir uşaq belə döyülürsə, mənim üçün böyük cinayətdir. Bir uşaq belə zorakılığa məruz qalırsa, zorakılığın növündən asılı olmayaraq, mənim üçün istər valideyn kimi, istər təşkilat rəhbəri kimi böyük faciədir. Çünki mən o uşaqlarla birbaşa işlədiyim üçün onların nə qədər travmalı olduqlarını görürəm və aldıqları travmanı təmizləmək üçün illərlə səy göstərirəm. Təbii ki, bəzən uğursuz məqamlar da olur. Amma biz bu gün işimizi ən çox maariflənmə üzərində qurmalıyıq.
Cinayət xüsusi xalqa mənsub olan bir şey deyil. Cinayətkar hər bir xalqda var. Biz cinayətə gətirib çıxaran səbəblərin qarşısını alaq ki, sayı azalsın. Düzdür, ideal cəmiyyət qurmaq mümkünsüzdür, lakin biz bacardığımız qədər sayı minimuma endirməyə çalışmalıyıq. Fərqli bir xalq olduğumuzu göstərməliyik.
Bundan sonra əminliklə deyək ki, qocamız atılmayacaq, valideynlər uşaqları alçaltmayacaq, atalar uşağa "bic" adı qoyub ondan imtina etməyəcək, atalıq edəcəklər. Kişilər "namus" adı qoyub qadını öldürməsinlər, çünki bundan əziyyət çəkən uşaqlar olur.
Biz bunlar uğrunda mübarizə apardıqca say minimuma enəcək".
Şəbnəm Lətifi
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1109 Tarix: 01 iyun 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Mariya Şarapova Bakıya gəlir
Məşhur tennisçi və iş adamı Mariya Şarapova Bakıda keçiriləcək "INMerge" İnnovasiya Sammitində iştirak edəcək. xəbər verir ki, Trend-in məlumatına görə, sammit noyabrın 30-dan dekabrın 1-dək Bakı Konqres Mərkəzində keçiriləcək. Tədbirdə, həmçinin "Google X"in keçmiş baş biznes direktor
21 oktyabrAzərbaycanda yağ kəskin bahalaşdı
Azərbaycanda kərə və duru yağların qiyməti artıb. -a istinadən xəbər verir ki, bahalaşma həm yerli, həm də xarici məhsullarda hiss olunur. Qeyd olunub ki, ümumilikdə yağların qiymətində 6 manatadək bahalaşma müşahidə edilir. Satıcılar bahalaşmanın səbəblərindən məlumatsız olduqlarını bildirirlər
21 oktyabr"Brain Academy"də autizmli körpə döyüldü, polis araşdırmaya başladı - Video
"Brain Academy"nin Bakıxanov qəsəbəsində yerləşən filialında autizm spektrli 2 yaşlı uşağın döyülməsi hadisəsi polis tərəfindən araşdırılır. Bu barədə -a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, faktla bağlı Cinayət Məcəlləsinin xuliqanlıq maddəsi ilə cinayə
21 oktyabr"WhatsApp"a iki yeni funksiya gəlir
Məşhur mesajlaşma tətbiqi "WhatsApp"a iki yeni funksiya gəlir. "Qafqazinfo" xarici mətbuata istinadən xəbər verir ki, "WhatsApp" istifadəçilərə fotolardan və videolardan hazırlanan stikerlərə səs əlavə etməyə imkan verən yeni funksiya və yenilənmiş mesaj yazma sahəsini sınaqda
22 oktyabrAzərbaycan məktəblərində "TikTok"a giriş məhdudlaşdırıldı
Azərbaycanda məktəblərdə "Tiktok"a çıxış məhdudlaşdırılıb. "Report"a istinadən xəbər verir ki, bunu elm və təhsil nazirinin müavini Firudin Qurbanov "Rəqəmsal dövrdə ailə: transformasiyanın yeni sərhədləri" mövzusunda keçirilən Ailə Forumunda deyib. Onun sözlərinə görə
21 oktyabrAli Məhkəmədən məhkumlarla bağlı MÜHÜM QƏRAR: Barışıq cəzanı azalda bilərmi?
Ali Məhkəmənin hökm qanuni qüvvəyə mindikdən sonra zərərçəkmiş şəxslə barışığın cəzanın azaldılması üçün hökmün icrası mərhələsində əsas sayıla bilməməsi ilə bağlı mövqeyi məhkumların hüquqları və cəzanın yüngülləşdirilməsi qaydaları baxımından mühüm hüquqi məsələdir. Bu yanaşma hökm çıxarıldıqdan sonr
21 oktyabrFuad Allahverdiyev arvadını həbs etdirmişdi - Qərar ləğv olundu
İş adamı Fuad Allahverdiyevi şantaj etməkdə təqsirli bilinərək 10 il 6 ay azadlıqdan məhrum edilən keçmiş həyat yoldaşı Gülşən Allahverdiyevanın işi üzrə qərar ləğv edilib. "Qafqazinfo"nun məlumatına görə, Ali Məhkəmə məhkumun şikayəti əsasında belə qərar verib. İşlə tanış olan hakimlər əvvəlk
22 oktyabr