"Peşə xarakteri dəyişir, xarakter peşəni dəyişə bilmir" - Psixoloq
İnsan peşə seçimi edərkən hansı özünün psixoloji xüsusiyyətlərini nəzərə almalıdır?
Mövzuyla bağlı Sonxeber.az psixoloq Gülər Məmmədovanın fikirlərini öyrənib.
O bildirib ki, hər bir insan peşə seçərkən peşəsinin psixiofiziologiyasına uyğun davranış sərgiləməlidir:
"Təəssüf olsun ki, peşə seçiminə qeyd etdiyim bu fikirlə yanaşan çox az insanlar var. Ümumiyyətlə, bəzən insan görə biləcəyi işin dalınca deyil, günün tələb etdiyi və ya ondan tələb olunan işin arxasınca gedir. Sözün əsl mənasında onun hansı peşəyə layiq olduğunu, əqli və fizioloji cəhətdən o işə uyğunluğunu nəzərə alanlar az olur.
Hər sənətin özünə uyğun psixofizioloji xüsusiyyətləri var. Yaxşı olardı ki, insan həqiqətən tutduğu vəzifənin məsuliyyətini, çətinliyini dərk etsin. Hər bir insan psixoloji testdən keçsə və buna uyğun özünə peşə seçsə, o zaman onun işi daha uğurlu alınacaq. Məsələn, insan valideynlərin istəyi ilə, dövrün tələbinə uyğun seçim edirsə və xarakteri bu peşədə fəaliyyət göstərməyə imkan vermirsə, onu yarımçıq qoyacaq. Çünki onun həmin peşəyə uyğun olmadığı kənardan seziləcək. Peşə xarakteri dəyişir, amma xarakter peşəni dəyişə bilmir. Hər kəs, tutduğu vəzifədən asılı olaraq, peşənin içinə daxil olan bütün modeli düzgün mənimsəməli və ona uyğun həyat yolunda irəliləməlidir. Əks halda, insanlar peşələrini davam etdirmirlər. Yaxşı olardı ki, özlərini daxildən tanıyıb sevsinlər və seçdikləri peşəyə uyğun davransınlar".
Şəbnəm Lətifi
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1945 Tarix: 01 iyun 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Mariya Şarapova Bakıya gəlir
Məşhur tennisçi və iş adamı Mariya Şarapova Bakıda keçiriləcək "INMerge" İnnovasiya Sammitində iştirak edəcək. xəbər verir ki, Trend-in məlumatına görə, sammit noyabrın 30-dan dekabrın 1-dək Bakı Konqres Mərkəzində keçiriləcək. Tədbirdə, həmçinin "Google X"in keçmiş baş biznes direktor
21 oktyabrAzərbaycanda yağ kəskin bahalaşdı
Azərbaycanda kərə və duru yağların qiyməti artıb. -a istinadən xəbər verir ki, bahalaşma həm yerli, həm də xarici məhsullarda hiss olunur. Qeyd olunub ki, ümumilikdə yağların qiymətində 6 manatadək bahalaşma müşahidə edilir. Satıcılar bahalaşmanın səbəblərindən məlumatsız olduqlarını bildirirlər
21 oktyabr"Brain Academy"də autizmli körpə döyüldü, polis araşdırmaya başladı - Video
"Brain Academy"nin Bakıxanov qəsəbəsində yerləşən filialında autizm spektrli 2 yaşlı uşağın döyülməsi hadisəsi polis tərəfindən araşdırılır. Bu barədə -a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, faktla bağlı Cinayət Məcəlləsinin xuliqanlıq maddəsi ilə cinayə
21 oktyabr"WhatsApp"a iki yeni funksiya gəlir
Məşhur mesajlaşma tətbiqi "WhatsApp"a iki yeni funksiya gəlir. "Qafqazinfo" xarici mətbuata istinadən xəbər verir ki, "WhatsApp" istifadəçilərə fotolardan və videolardan hazırlanan stikerlərə səs əlavə etməyə imkan verən yeni funksiya və yenilənmiş mesaj yazma sahəsini sınaqda
22 oktyabrAzərbaycan məktəblərində "TikTok"a giriş məhdudlaşdırıldı
Azərbaycanda məktəblərdə "Tiktok"a çıxış məhdudlaşdırılıb. "Report"a istinadən xəbər verir ki, bunu elm və təhsil nazirinin müavini Firudin Qurbanov "Rəqəmsal dövrdə ailə: transformasiyanın yeni sərhədləri" mövzusunda keçirilən Ailə Forumunda deyib. Onun sözlərinə görə
21 oktyabrAli Məhkəmədən məhkumlarla bağlı MÜHÜM QƏRAR: Barışıq cəzanı azalda bilərmi?
Ali Məhkəmənin hökm qanuni qüvvəyə mindikdən sonra zərərçəkmiş şəxslə barışığın cəzanın azaldılması üçün hökmün icrası mərhələsində əsas sayıla bilməməsi ilə bağlı mövqeyi məhkumların hüquqları və cəzanın yüngülləşdirilməsi qaydaları baxımından mühüm hüquqi məsələdir. Bu yanaşma hökm çıxarıldıqdan sonr
21 oktyabrFuad Allahverdiyev arvadını həbs etdirmişdi - Qərar ləğv olundu
İş adamı Fuad Allahverdiyevi şantaj etməkdə təqsirli bilinərək 10 il 6 ay azadlıqdan məhrum edilən keçmiş həyat yoldaşı Gülşən Allahverdiyevanın işi üzrə qərar ləğv edilib. "Qafqazinfo"nun məlumatına görə, Ali Məhkəmə məhkumun şikayəti əsasında belə qərar verib. İşlə tanış olan hakimlər əvvəlk
22 oktyabr