Deputatlar yay tətilini harada keçirəcəklər?- SORĞU

Deputatlar yay tətilini harada keçirəcəklər?- SORĞUİyul ayının 15-də Milli Məclisin məzuniyyətə çıxacağı gözlənilir.

Sonxeber.az azərbaycanlı deputatlar arasında yay tətilini harada keçirəcəkləri ilə bağlı sorğu keçirib.

Həmin sorğunu sizə təqdim edirik:

Deputat Zahid Oruc bildirib ki, bir neçə günlük ölkə ərazisində yer seçəcək:

"Doğrusu, hələ tətilə çıxmamışıq. Açığı, Avropada parlament üzvlərinin, dövlət adamlarının reqlamentləşdirilmiş həyatını görəndə insan onlara çox fərqli hisslərlə yanaşır. Saat 6 tamam olan kimi onlarda həkim belə xəstəni qəbul etmədən çıxıb gedir, dövlət adamlarını da müəyyən zamanlarda işdə görmürük.

Bizim həyatımız isə bir qədər fərqli olur. Səmimi deyim ki, əlahiddə bir formada qış dövrünü Alp dağları çevrəsində, yayı isə çox fərqli məkanda keçirim deyə bir plan qurmamışam. Yaxın çevrəm və ailə üzvlərim bunu bir həyat faktı kimi qəbul ediblər. Əlbəttə, biz istər Milli Məclis, istərsə də təmsil etdiyim Sosial Tədqiqatlar Mərkəzi çərçivəsində çox sərt tələblər altında işləmişik. Bunların hər birini mediaya açıqlamaq mümkün deyil. Çünki dövlət işinin mühüm bir hissəsi məxfilik tələb edir.

Bu əsnada, təmsil etdiyimiz mərkəz yeni bir iş şəraitinə köçüb. Yaxşı anlayırıq ki, tələblər də artıb. Əmək qanunvericiliyinin bir aylıq məzuniyyətI dövründə haradasa dincəlmək fikrimiz yoxdur. Bir neçə gün və ya bir neçə həftə ölkə daxilində keçirəcəyik. Bu hamı tərəfindən qəbul olunub ki, yaxşı istirahət yaxşı işləmək üçün əsasdır. İnsan fiziologiyasının müəyyən bir limiti var. Təbii ki ölkə daxilində uyğun bir yer seçəcəyəm. Ola bilər ki, bu, ölkə daxilində bağ ərazisi olsun".

Deputat Ceyhun Məmmədov bildirib ki, Azərbaycanda sanatoriyada istirahət etməyi planlayır:

"Parlamentdə iclaslar bitsə də, media ilə görüşlər davam edir. Planım 15 gün Azərbaycanın hansısa bölgəsində sanatoriyada istirahət etmək, sonra da yarıda qalan işləri həll etmək, bəzi məqalələr və kitabları yekunlaşdırmaqdır".

Deputat Elman Nəsirov bildirib ki, Azərbaycanın istirahət mərkəzlərində azı 10 gün dincəlmək istəyir:

"Yəqin ki, iyul ayının 15-də tətilə çıxacağıq. Yaz sessiyası başa çatdı. İndi növbədənkənar iclaslar keçririlir. Vaxt yaxınlaşdıqca bu barədə düşünəcəyəm. Amma Azərbaycanın istirahət mərkəzlərində azı 10 gün dincəlmək istəyirəm".

Deputat Jalə Əliyeva bildirib ki, tətili bağda keçirəcək:

"Bakıda şəxsi evimdə və ya bağda keçirəcəyəm. Yəqin ki, bir müddətlik rayona gedib-gələcəyəm və hərdənbir bağ tətili edəcəyəm".

Deputat Cavid Osmanov bildirib ki, məzuniyyətinin böyük hissəsini seçildiyi Ağdaş rayonunda keçirəcək:

"Bildiyiniz kimi, millət vəkilləri gələn ayın 15-dən məzuniyyətdə olacaqlar. Məzuniyyət müddətini əsasən ölkə daxilində keçirəcəyəm, böyük bir hissəsini seçildiyim Ağdaş rayonunda olacağam. Eyni zamanda, seçicilərlə görüşlər planlaşdırıram və şəhid ailələrini, qazilərimizi ziyarət edəcəyəm. Vaxt olduqca ölkəmizin digər rayonlarına da baş çəkmək planımda var".

Deputat Arzu Nağıyev bildirib ki, hələ bununla bağlı hər hansı bir planı yoxdur:

"Yay tətilinə çox var. Hələ heç bir planım yoxdur. Bu ay da sessiyalar davam etdiyinə görə hələ dəqiq planlaşdırmamışam".

Deputat Bəhruz Məhərrəmov bildirib ki, işlər çox olduğundan tətilə çıxmağı planlaşdırmır:

"Bizdə tətil, demək olar ki, olmayacaq. Çünki işlər çoxdur, seçicilərlə tətil olmur. Hələ ki, tətil planlaşdırmıram".

Şəbnəm Lətifi


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1858   Tarix: 02 iyun 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Xəyyamın beşinci övladı doğulub

Əməkdar artist Xəyyam Nisanovun beşinci övladı dünyaya gəlib. Axşam.az xəbər verir ki, müğənni bu haqda "Kəşfət" proqramında danışıb. O, beşinci övladının da oğlan olduğunu bildirib. "Bu il bir övladım da dünyaya gəlib. Hər il mənim üçün önəmli və fərqlidir. Mənə ən çox kiçik qızım bənzəyir"

21 oktyabr
.

Antiinhisar "Aztelekom"un qiymət artımı müraciətini rədd edib

"Son bir neçə ayda hiss olunurdu ki, təbii inhisarçımız, AZCON tabeliyində olan "Aztelekom" internetin minimum qiymətini yenidən qaldırmağa hazırlaşır. Daha yüksək sürətlərin zəruriliyi barədə bəzi "ekspertlərin" yazıları və müsahibələri göstərirdi ki, provayderlər nəsə hazırlayırlar"

22 oktyabr
.

Kərə yağında qiymət artımı: Səbəb nədir, növbəti bahalaşma gözlənilirmi? - İQTİSADÇIDAN AÇIQLAMA

Ölkədə kərə yağının qiymətində artım müşahidə olunur. Alıcılar bəzi məhsulların əvvəlki qiymətlərlə müqayisədə bir neçə manat bahalaşdığını bildirirlər. Satıcıların sözlərinə görə, son günlər həm yerli, həm də idxal olunan yağların qiymətində artım qeydə alınıb. Rəsmi məlumatlara görə, 2026-cı ilin yanvar-sentyab

22 oktyabr
.

"Brain Academy"də autizmli körpə döyüldü, polis araşdırmaya başladı - Video

"Brain Academy"nin Bakıxanov qəsəbəsində yerləşən filialında autizm spektrli 2 yaşlı uşağın döyülməsi hadisəsi polis tərəfindən araşdırılır. Bu barədə -a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, faktla bağlı Cinayət Məcəlləsinin xuliqanlıq maddəsi ilə cinayə

21 oktyabr
.

Pensiya məbləğləri necə dəyişəcək? - Yeni mexanizmin DETALLARI

Pensiyaların hesablanması və indeksləşdirilməsi qaydalarında mümkün dəyişikliklər vətəndaşların aylıq ödənişlərinə, xüsusilə müxtəlif məbləğdə pensiya alan şəxslərin gəlirlərinə təsir göstərə bilər. Yeni mexanizmin tətbiqi zamanı indeksləşdirmənin hansı prinsiplə aparılması, pensiya məbləğlərinin nec

22 oktyabr
.

Süni intellekt indi də oğurluq etdi

"OpenAI" eksperimental süni intellekt modelinin təlim zamanı kriptovalyuta cüzdanlarından icazəsiz vəsait əldə etdiyini açıqlayıb. Hadisə modelin tapşırığı tamamlamaq üçün öz həllini hazırladığı zaman qeydə alınıb. "Qafqazinfo" xəbər verir ki, şirkətin hesabatına görə, modeldən kriptovalyut

21 oktyabr
.

Kredit götürmək istəyənlərin NƏZƏRİNƏ: Yeni məhdudiyyətlər gəlir

Bankların kreditvermə qaydalarında nəzərdə tutulan dəyişikliklər vətəndaşların borclanma imkanlarına, kredit müraciətlərinin qiymətləndirilməsinə və maliyyə bazarındakı münasibətlərə təsir göstərə bilər. Xüsusilə, borcalanların gəlirlərinin, mövcud öhdəliklərinin və ödəmə qabiliyyətinin daha ətrafl

22 oktyabr
.

Sabiq deputat Natiq Rəsulov ürək tutmasından vəfat etdi (FOTO)

Azərbaycanın sabiq millət vəkili vəfat edib. Qaynarinfo -a istinadən xəbər verir ki, Azərbaycanın keçmiş deputatı Natiq Rəsulov vəfat edib. O, qəfil ürək tutmasından dünyasını dəyişib. Allah rəhmət eləsin!. Qeyd edək ki, Natiq Rəsulov Milli Məclisin 1995-200-ci illər I çağırış deputatı olub

21 oktyabr
.

Mariya Şarapova Bakıya gəlir

Məşhur tennisçi və iş adamı Mariya Şarapova Bakıda keçiriləcək "INMerge" İnnovasiya Sammitində iştirak edəcək. xəbər verir ki, Trend-in məlumatına görə, sammit noyabrın 30-dan dekabrın 1-dək Bakı Konqres Mərkəzində keçiriləcək. Tədbirdə, həmçinin "Google X"in keçmiş baş biznes direktor

21 oktyabr