Hakerlərin əsas müştəriləri ərlərini güdən qadınlardır - ONLARI HƏBS GÖZLƏYİR
Sosial şəbəkələrin əsas problemlərindən biri kibercinayətkarlıqdır. Dəfələrlə kibercinayətkarlıqla (hakerlik) məşğul olan şəxslərin "müştəri"lərini aldatmaları və buna görə də saxlanılmaları barədə məlumatlara rast gəlmişik. Elə bir neçə gün əvvəl də "Whatsapp" yazışmalarını ələ keçirmək vədi ilə 394 nəfəri aldadan 22 yaşlı oğlan Dövlət Təhlükəsizlik Xidməti tərəfindən saxlanıldı.
Bəs görək, hakerlərə ən çox kimlər və nə üçün müraciət edirlər?
Sualımıza kibertəhlükəsizlik mütəxəssisi Elman Mütəllim cavab verib. O, Lent.az-a açıqlamasında sosial şəbəkədə belə xidmət təklif edənlərin fırıldaqçılar olduqlarını qeyd edib:
"Ümumilikdə hakerlik fəaliyyəti kibercinayətkarlıqdır və qanunla qadağandır. Bu xidməti göstərənlər də hüquq-mühafizə orqanları tərəfindən nəzarətə götürülür və saxlanılır. Onlara əsasən, instagram hesablarının sındırılması, mesajların oxunması və s. kimi müraciətlər edilir. Amma əksər hallarda müraciət edənlər aldadılır. Belə ki, kibercinayətkarlıqla məşğul olanlar müştərilərindən təqdim etdikləri kart hesabına pul göndərmələrini istəyir. Pul göndərildikdən sonra isə yoxa çıxırlar. Çünki onsuz da, Azərbaycanda bu xidmət aktiv deyil və qanunsuzdur. Hətta bunu bacaran şəxslər varsa da, qanunazidd olduğu üçün belə xidmət göstərmirlər. Əgər, sosial şəbəkələrdə rastınıza belə elanlar və hakerlik xidməti göstərənlər çıxsa bilin ki, fırıldaqçılardır. Çox təəssüf ki, ən çox müraciət edənlər, həyat yoldaşlarının şifrələrini ələ keçirmək istəyən xanımlardır".
"Norma" hüquq mərkəzinin direktoru, hüquqşünas Şamil Paşayev də hakerlərin və onların müştərilərinin cinayət məsuliyyəti daşıdıqlarını dilə gətirib:
"Şəxsi yaxud ailəvi məlumatların, video, foto və s. görüntülərin yayılması, satılması Cinayət Məcəlləsinin 156-cı maddəsi ilə məsuliyyətə səbəb olur. Həmçinin şəxsin kompüterinə daxil olaraq, onun məlumatlarını götürmək də kibercinayətkarlıq hesab edilir. Konkret olaraq, hakerlik edənlər bu məcəllənin 156 və 271-ci maddələri ilə məsuliyyətə cəlb olunurlar. Onlara müraciət edərək, xidmət tələb edənlər də Cinayət Məcəlləsinin 32.4-cü maddəsi ilə təqsirli bilinirlər. Həmin maddə hədə-qorxu gəlmək, ələ almaq, sövdələşmək və s. üsullarla başqa şəxsi də cinayət əməlinə vadar edənlər təhrikçi sayılır. Müştərilər bu maddədə göstərilən hallarla başqasının şəxsi məlumatlarını ələ keçirmək istədikləri halda həmçinin 156 və 271-ci maddələrlə cinayət məsuliyyətinə cəlb olunurlar".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1072 Tarix: 03 iyun 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Xəyyamın beşinci övladı doğulub
Əməkdar artist Xəyyam Nisanovun beşinci övladı dünyaya gəlib. Axşam.az xəbər verir ki, müğənni bu haqda "Kəşfət" proqramında danışıb. O, beşinci övladının da oğlan olduğunu bildirib. "Bu il bir övladım da dünyaya gəlib. Hər il mənim üçün önəmli və fərqlidir. Mənə ən çox kiçik qızım bənzəyir"
21 oktyabrAntiinhisar "Aztelekom"un qiymət artımı müraciətini rədd edib
"Son bir neçə ayda hiss olunurdu ki, təbii inhisarçımız, AZCON tabeliyində olan "Aztelekom" internetin minimum qiymətini yenidən qaldırmağa hazırlaşır. Daha yüksək sürətlərin zəruriliyi barədə bəzi "ekspertlərin" yazıları və müsahibələri göstərirdi ki, provayderlər nəsə hazırlayırlar"
22 oktyabr"Brain Academy"də autizmli körpə döyüldü, polis araşdırmaya başladı - Video
"Brain Academy"nin Bakıxanov qəsəbəsində yerləşən filialında autizm spektrli 2 yaşlı uşağın döyülməsi hadisəsi polis tərəfindən araşdırılır. Bu barədə -a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, faktla bağlı Cinayət Məcəlləsinin xuliqanlıq maddəsi ilə cinayə
21 oktyabrPensiya məbləğləri necə dəyişəcək? - Yeni mexanizmin DETALLARI
Pensiyaların hesablanması və indeksləşdirilməsi qaydalarında mümkün dəyişikliklər vətəndaşların aylıq ödənişlərinə, xüsusilə müxtəlif məbləğdə pensiya alan şəxslərin gəlirlərinə təsir göstərə bilər. Yeni mexanizmin tətbiqi zamanı indeksləşdirmənin hansı prinsiplə aparılması, pensiya məbləğlərinin nec
22 oktyabrSüni intellekt indi də oğurluq etdi
"OpenAI" eksperimental süni intellekt modelinin təlim zamanı kriptovalyuta cüzdanlarından icazəsiz vəsait əldə etdiyini açıqlayıb. Hadisə modelin tapşırığı tamamlamaq üçün öz həllini hazırladığı zaman qeydə alınıb. "Qafqazinfo" xəbər verir ki, şirkətin hesabatına görə, modeldən kriptovalyut
21 oktyabrKredit götürmək istəyənlərin NƏZƏRİNƏ: Yeni məhdudiyyətlər gəlir
Bankların kreditvermə qaydalarında nəzərdə tutulan dəyişikliklər vətəndaşların borclanma imkanlarına, kredit müraciətlərinin qiymətləndirilməsinə və maliyyə bazarındakı münasibətlərə təsir göstərə bilər. Xüsusilə, borcalanların gəlirlərinin, mövcud öhdəliklərinin və ödəmə qabiliyyətinin daha ətrafl
22 oktyabrSabiq deputat Natiq Rəsulov ürək tutmasından vəfat etdi (FOTO)
Azərbaycanın sabiq millət vəkili vəfat edib. Qaynarinfo -a istinadən xəbər verir ki, Azərbaycanın keçmiş deputatı Natiq Rəsulov vəfat edib. O, qəfil ürək tutmasından dünyasını dəyişib. Allah rəhmət eləsin!. Qeyd edək ki, Natiq Rəsulov Milli Məclisin 1995-200-ci illər I çağırış deputatı olub
21 oktyabrMariya Şarapova Bakıya gəlir
Məşhur tennisçi və iş adamı Mariya Şarapova Bakıda keçiriləcək "INMerge" İnnovasiya Sammitində iştirak edəcək. xəbər verir ki, Trend-in məlumatına görə, sammit noyabrın 30-dan dekabrın 1-dək Bakı Konqres Mərkəzində keçiriləcək. Tədbirdə, həmçinin "Google X"in keçmiş baş biznes direktor
21 oktyabr