"Xaricdə yaşayan hər bir azərbaycanlı heç olmasa ildə bir dəfə öz vətəninə gəlməlidir"
İstiqamət: Diaspor quruculuğu, lobbiçilik və dünya azərbaycanlılarının həmrəyliyi
Azərbaycanda diaspor quruculuğu, lobbiçilik, dünya azərbaycanlılarının həmrəyliyi istiqamətində hansı işlər görülür?
Bununla bağlı Sonxeber.az-a açıqlama verən deputat Naqif Həmzəyev bildirib ki, Azərbaycan diasporunun türk diasporu ilə birlikdə fəaliyyət göstərməsi gücümüzə güc qatır:
"Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi dünyanın hər bir yerində yaşayan azərbaycanlıları bir araya gətirən bir qurumdur. Komitənin işi asan görünsə də, əslində çətin funksiyanı yerinə yetirməkdədir. Diaspor 44 günlük Vətən müharibəsinə qədər daha çox müdafiə siyasəti həyata keçirtdi, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında hər bir diaspor nümayəndəsi öz üzərinə düşən işi görürdü.
Diasporla İş üzrə Dövlət Komitəsi 2018-ci ildən sonrakı dönəmdə diaspor sahəsində fəaliyyət göstərən təşkilatların lider şəxsləri, dünyada yaşayan məşhur azərbaycanlıları bir araya gətirmək, onları koordinasiya etmək üçün yeni strategiya sahəsində işlədi. Yaradılmış koordinasiya mərkəzləri bu yükü düzgün bölüşdürmək və işi düzgün formada təşkil etmək üçün yenidən qurulmuş oldu. 44 günlük Vətən müharibəsindən sonrakı dönəmdə isə Komitənin üzvlərinin üzərinə çox fərqli bir məsuliyyət düşməyə başladı.
Artıq zəfər çalmış bir ölkənin nümayəndələri olaraq, dünya azərbaycanlıları Azərbaycanın əldə etdiyi zəfəri həmin ölkənin vətəndaşlarına düzgün çatdırmaq, Azərbaycanın çox ədalətli və ləyaqətli savaş apardığını həmin ölkənin vətəndaşına bildirmək missiyasını üzərinə götürmüş oldu.
Cari ildən Dünya Azərbaycanlılarının 5-ci Zəfər Qurultayı isə bizim diaspor nümayəndələrinin qarşısında yeni hədəfləri qoymuş oldu.
Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının 5-ci Qurultayında çıxışı zamanı qeyd etdi ki, xaricdə yaşayan hər bir azərbaycanlı heç olmasa, ildə bir dəfə öz vətəninə ailəsi ilə gəlməli, işğaldan azad olunmuş əraziləri gəzməli və bu ərazilərin inkişaf etdirilməsi üçün hər kəs səfərbər olmalıdır.
Diasporla İş üzrə Dövlət Komitəsi də bu məsələləri çox gözəl anlayır və biz düşünürük ki, növbəti illərdə bununla bağlı silsilə işlər görüləcək. Yalnız Dünya Azərbaycanlılarının Qurultayında deyil, fərqli tədbirlərdə, konfranslarda bu məsələlərlə bağlı həll yolları tapılacaq.
Xaricdə yaşayan azərbaycanlıların həmişə koordinasiya olunması və onların Azərbaycana verə biləcəyi töhfələr araşdırılacaq və daha da yüksək səviyyəyə çatdırılacaq.
Düşünürəm ki, dünya azərbaycanlılarının son illərdə türk diasporu ilə birlikdə fəaliyyət göstərməsini də alqışlamalıyıq. Çünki bu bizim gücümüzə güc qatdı. "Bir millətin iki diasporu olmaz" deyimini əsas gətirərək, həqiqətən də biz ötən dövrdə Türkiyə-Azərbaycan nümayəndələrinin, dünyanın hər yerində yaşayan türk və azərbaycanlıların birlikdə fəaliyyət göstərmələrinin müsbət nəticələrini görürük. Azərbaycan Türkiyənin, Türkiyə isə Azərbaycanın həmişə yanındadır. Bu siyasəti diaspor nümayəndələri də uğurla davam etdirirlər . Mən diaspor sahəsində çalışan bütün şəxslərə, o cümlədən, Diasporla İş üzrə Dövlət Komitəsinin rəhbərliyinə və üzvlərinə təşəkkür edirəm və bu ağır missiyanı uğurla icra etdiklərinə görə onları təbrik edirəm. Bu gündən sonra da onların şərəf və ləyaqətlə Prezidentin tapşırıqlarını yerinə yetirəcəklərinə inanıram".
Material Azərbaycan Respublikasının
Medianın İnkişafı Agentliyinin maliyyə
dəstəyi ilə hazırlanmışdır.

Şəbnəm Lətifi
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Xalq artisti Ramiz Əzizbəylinin kürəkəni həbs edilib
Bakıda məmurun xanımı lyuka düşüb xəsarət aldı, AAYDA rəsmisi cərimə edildi
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
Azərbaycanda yağ kəskin bahalaşdı
Qəzada ölən Elşən "AzərEnerji"nin əməkdaşı imiş - Foto
Səhər saatlarında 13 nömrəli avtobus problemi - "BakuBus" sorğumuza cavab vermədi
Təranə Qumral Əli Mirəliyevə ömürlük cəza istədi, müğənnidən sərt cavab gəldi
Torpaq bazarında yeni imkan: Bu şəxslərə pulsuz sahələr veriləcək
Polkovnikin nazirlikdəki yeni vəzifəsi bu imiş
Məhsulun üzərindəki tarix dəyişdirilib? Bunu necə müəyyən etmək olar? - QİDA EKSPERTİNDƏN AÇIQLAMA
Toy karvanlarında avtomobil bəzəkləri ilə bağlı XƏBƏRDARLIQ: 800 manat cərimə...
Övladı doğulduğu üçün maşınını bəzəyənlər 500 manat cərimələnirlər? (VİDEO)
Fransadakı səfirimiz Makronun xanımı ilə görüşdü - Fotolar