Şuşa sakini: Bura mənim ata ocağımdır, öz evimə gəlmişəm - FOTO
Yolumuz işğaldan azad edilmiş Şuşa şəhərinədir.
Bizimlə birlikdə gedən Şuşa şəhər sakini Məhbubə Əliyeva yolboyu doğulub boya-başa çatdığı, uşaqlığının və gəncliyinin keçdiyi doğma şəhəri ilə bağlı xatirələrindən danışır, 30 ildir həsrətində olduğu ata yurduna çatmağa səbirsizlənirdi.
Sonxeber.az AZƏRTAC-ın bölgə müxbirinin Şuşa şəhərinə səfər təəssüratlarını olduğu kimi təqdim edir:
Avtomobilimiz Azərbaycan ordusunun qəhrəmanlıqla azad etdiyi Füzuli, Xocavənd rayonları ərazisindən keçib Şuşaya doğru irəliləyir. Mədəniyyət paytaxtımıza yaxınlaşdıqca Məhbubə xanımın sevinc və həyəcan hissləri özünü daha çox göstərir.
"30 ildir, Şuşa həsrəti ilə yaşayanlardan biriyəm. Danışanda təsirlənirəm. Mənim uşaqlıq xatirələrim Şuşa ilə bağlıdır.
Hər bir şuşalı Şuşanın işğaldan azad olunması gününü çoxdan gözləyirdi. İnanırdıq ki, Şuşa azad ediləcək. Bu gün Şuşaya gələ bildiyimizə görə Müzəffər Ali Baş Komandana, Azərbaycan Ordusuna minnətdaram".
Daşaltı kəndindən keçib Şuşaya qalxırıq. Məhbubə xanım ötüb keçdiyimiz hər bir küçə, bina ilə bağlı məlumat verir:
"Biz 4 nömrəli məktəbin yanından üzü aşağı düşürük. Bura Mamayı məhəlləsinə gedən yoldur. Bura isə Mamayı bulağıdır. Qış vaxtı buradan sürüşə-sürüşə aşağı düşərdik. Burada Molla Pənah Vaqifin evi var idi. Bu tərəf Merdinli məhəlləsidir. Bizim evimiz bu məhəllədədir. Şirin su hamamı, Sadıqcanın evi, Aşağı Gövhər Ağa məscidi...
Bura isə mənim ata ocağımdır. Öz evimə gəlmişəm. Uşaqlığım, gəncliyim keçib burada. Həyətimizdə meyvə ağaclarımız, atamın əkdiyi qızılgüllər, bulaq, aşağıda açıq havada oturmaq üçün stol və stullar var idi. Danışmaq çətindir mənə..."
Mərdinli məhəlləsindəki evlərin çoxu ermənilər tərəfindən dağıdılsa da, Məhbubə xanımın ata ocağı salamat qalıb. O, illərdir həsrətində olduğu və ancaq yuxularda gördüyü ata evinə gələ bildiyi üçün özünü xoşbəxt hesab edir.
"30 ildir mən bu həsrətlə yaşamışam. Şuşanı, evimizi, uşaqlıq dostlarımı yuxularda görürdüm. Cıdır düzündə keçirilən mahnı bayramları və digər xatirələr tez-tez yuxularıma girərdi. Bu gün yuxularım, xəyallarım gerçəyə çevrilib. Xoşbəxtəm ki, 30 ildən sonra Şuşaya gəlmişəm.
Ata ocağımdayam. Nə yaxşı ki, Azərbaycanın İlham Əliyev kimi müdrik Prezidenti, Ali Baş Komandanı, müzəffər ordusu var.
Bu sevinci bizə yaşatdığına görə şəhidlərimizin ruhu qarşısında baş əyir, Ali Baş Komandana və ordumuza var olun deyirəm, qazilərimizə cansağlığı diləyirəm".






Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 2624 Tarix: 03 iyun 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Xəyyamın beşinci övladı doğulub
Əməkdar artist Xəyyam Nisanovun beşinci övladı dünyaya gəlib. Axşam.az xəbər verir ki, müğənni bu haqda "Kəşfət" proqramında danışıb. O, beşinci övladının da oğlan olduğunu bildirib. "Bu il bir övladım da dünyaya gəlib. Hər il mənim üçün önəmli və fərqlidir. Mənə ən çox kiçik qızım bənzəyir"
21 oktyabrAntiinhisar "Aztelekom"un qiymət artımı müraciətini rədd edib
"Son bir neçə ayda hiss olunurdu ki, təbii inhisarçımız, AZCON tabeliyində olan "Aztelekom" internetin minimum qiymətini yenidən qaldırmağa hazırlaşır. Daha yüksək sürətlərin zəruriliyi barədə bəzi "ekspertlərin" yazıları və müsahibələri göstərirdi ki, provayderlər nəsə hazırlayırlar"
22 oktyabr"Brain Academy"də autizmli körpə döyüldü, polis araşdırmaya başladı - Video
"Brain Academy"nin Bakıxanov qəsəbəsində yerləşən filialında autizm spektrli 2 yaşlı uşağın döyülməsi hadisəsi polis tərəfindən araşdırılır. Bu barədə -a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, faktla bağlı Cinayət Məcəlləsinin xuliqanlıq maddəsi ilə cinayə
21 oktyabrPensiya məbləğləri necə dəyişəcək? - Yeni mexanizmin DETALLARI
Pensiyaların hesablanması və indeksləşdirilməsi qaydalarında mümkün dəyişikliklər vətəndaşların aylıq ödənişlərinə, xüsusilə müxtəlif məbləğdə pensiya alan şəxslərin gəlirlərinə təsir göstərə bilər. Yeni mexanizmin tətbiqi zamanı indeksləşdirmənin hansı prinsiplə aparılması, pensiya məbləğlərinin nec
22 oktyabrSüni intellekt indi də oğurluq etdi
"OpenAI" eksperimental süni intellekt modelinin təlim zamanı kriptovalyuta cüzdanlarından icazəsiz vəsait əldə etdiyini açıqlayıb. Hadisə modelin tapşırığı tamamlamaq üçün öz həllini hazırladığı zaman qeydə alınıb. "Qafqazinfo" xəbər verir ki, şirkətin hesabatına görə, modeldən kriptovalyut
21 oktyabrKredit götürmək istəyənlərin NƏZƏRİNƏ: Yeni məhdudiyyətlər gəlir
Bankların kreditvermə qaydalarında nəzərdə tutulan dəyişikliklər vətəndaşların borclanma imkanlarına, kredit müraciətlərinin qiymətləndirilməsinə və maliyyə bazarındakı münasibətlərə təsir göstərə bilər. Xüsusilə, borcalanların gəlirlərinin, mövcud öhdəliklərinin və ödəmə qabiliyyətinin daha ətrafl
22 oktyabrSabiq deputat Natiq Rəsulov ürək tutmasından vəfat etdi (FOTO)
Azərbaycanın sabiq millət vəkili vəfat edib. Qaynarinfo -a istinadən xəbər verir ki, Azərbaycanın keçmiş deputatı Natiq Rəsulov vəfat edib. O, qəfil ürək tutmasından dünyasını dəyişib. Allah rəhmət eləsin!. Qeyd edək ki, Natiq Rəsulov Milli Məclisin 1995-200-ci illər I çağırış deputatı olub
21 oktyabrMariya Şarapova Bakıya gəlir
Məşhur tennisçi və iş adamı Mariya Şarapova Bakıda keçiriləcək "INMerge" İnnovasiya Sammitində iştirak edəcək. xəbər verir ki, Trend-in məlumatına görə, sammit noyabrın 30-dan dekabrın 1-dək Bakı Konqres Mərkəzində keçiriləcək. Tədbirdə, həmçinin "Google X"in keçmiş baş biznes direktor
21 oktyabr