Oğurluqdur, yoxsa hər kəs istifadə edə bilər?

Oğurluqdur, yoxsa hər kəs istifadə edə bilər?"Adı qeydiyyatdan keçirərkən hansı kateqoriyalar üzrə patent almaq lazım olduğu qeyd olunur. Siz bütün kateqoriyalarda şirkətinizi patentləşdirirsinizsə, bu zaman o addan heç kim istifadə edə bilməz. Adın hansı kateqoriyalar üzrə patent alması çox önəmlidir. Bəzən 32 fərqli istiqamətdə patent alınır".

Sonxeber.az mövzu ilə bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edir.

Bir müddət öncə məşhur çərəz brendlərindən biri adından çayxanada istifadə edildiyi üçün məhkəməyə müraciət edib. Ümumiyyətlə, ölkəmizdə bu situasiya ilə tez-tez qarşılaşırıq. Gül dükanı brendi ilə tanınan adı kafedə, restoranlar şəbəkəsinin adını marketlərdə tez-tez görürük. Amma bununla bağlı heç bir məhkəmə müraciəti xatırlamırıq. Təsadüfi deyil ki, çərəz dükanı ilə bağlı məhkəmə prosesi də ilk dəfə baş tutub. Mediada bu xəbərə "Azərbaycanda ilk" adı ilə rast gəlmişik. Yəni ilk dəfə bir brend adından istifadə olunduğu üçün məhkəməyə müraciət edib. Bəs nə üçün ölkəmizdə adın mənimsənilməsi belə rahat baş tutur? Bu sahədə səliqə necə yaradılmalıdır? Ad oğurluğu cinayət deyilmi?

Hüquqşünas Rəşad Əliyev "Kaspi"yə açıqlamasında bildirib ki, əgər əmtəə nişanı Əqli Mülkiyyət Agentliyində qeydiyyata alınıbsa, sahibinə müstəsna hüquqlar verir. Yəni brend adın sahibi nişan üzərində müstəsna hüquqlara malik olur və ona məxsus nişandan başqalarının qanunsuz istifadə etməsinə qadağa qoya bilər: "Bu zaman məhkəmə çəkişmələrində ortaya çıxan mübahisələr zamanı nişan sahibinin xeyrinə qərar qəbul edilir. Üstəlik, əmtəə nişanından qanunsuz istifadə ilə bağlı dəymiş zərərin əvəzi mülki qaydada məhkəmədə tələb edilə bilər. Brend adlardan qanunsuz istifadəyə görə Azərbaycan qanunvericiliyində həm inzibati, həm də cinayət məsuliyyəti nəzərdə tutulub".

Hüquqşünas deyir ki, hətta buna görə nişanı mənimsəyən şəxs 2 ilədək müddətə azadlıqdan məhrum edilə bilər.

Marketinq üzrə ekspert Seymur Quliyev deyir ki, əgər həmin brendin və əmtəə nişanının qeydiyyatı əsas müəssisə tərəfindən həyata keçirilməyibsə, bu zaman ad üzərində hüququnu sübut edə bilmir: "Azərbaycanda əqli mülkiyyət hüququnun əldə edilməsi üçün qanunvericilik mövcuddur və tənzimlənir. Bu qanunlar çərçivəsində bir müəssisə öz məhsulunu patentləşdirə bilər. Patentini alıbsa, başqa bir müəssisə qeydiyyatdan keçmiş əmtəə nişanını istifadə edə bilməz. Edərsə, mütləq şəkildə qanunvericilik qarşısında cavab verməlidir".

Ekspert vurğulayır ki, Azərbaycanda əmtəə nişanının qeydiyyatı, təxminən 6-10 ay ərzində həyata keçirilir: "Qeydiyyat prosesinin bir neçə mərhələsi var. Bunlardan birincisi ərizə verməkdir. Əmtəə nişanı 10 illik qeydiyyata alınır və bu müddət daha sonra uzadıla bilər. Yəni bu 10 il müddətində başqa bir müəssisə bu brenddən istifadə edə bilməz. Ola bilər ki, bənzər ifadələrlə o ticarət nişanlarından istifadə olunar. Belə tendensiya beynəlxalq təcrübədə də var. Böyük brendlər var ki, bir hərf dəyişməklə istifadə edilib. Yəni bir hərf fərqi ilə yeni brend yaradılır və istehlakçıların zehni ilə oynanılır. Bu tip nüanslar təkcə bizdə deyil, bütün dünya ölkələrində var və qanun qarşısında cavab verirlər".

Mütəxəssisin sözlərinə görə, əgər brendin adını patentləşdirir, amma 5 il istifadə etmirsənsə, qeydiyyat ləğv oluna bilər: "Əqli mülkiyyət haqqında qanunun 30-cu maddəsində qeyd edilir ki, alınmış əmtəə nişanı istifadə edilmədiyi hallarda qeydiyyatı ləğv oluna bilər. Brend sizə aid olsa belə, 5 il müddətində istifadə edilmədikdə əlinizdən alına bilər. Amma bu, qanun çərçivəsində olur".

Marketoloq Rafiq Hunaltay deyir ki, brendin oğurlanması ilə bağlı incə nüans var. Brend, müəlliflik hüququnu bütün kateqoriyalarda deyil, yalnız bir kateqoriyada alıbsa, digər kateqoriyalarda istifadə oluna bilər. Yəni şirkət ancaq çərəz adı üçün patentləşdirilibsə, çayxana kimi istifadə oluna bilər: "Rəsmi şəkildə qeydiyyatdan keçdikdən sonra istənilən adın dublikatını yazan, yaradan şəxs qanun qarşısında məsuliyyət daşıyır. Yəni müəlliflik hüququ kimdədirsə, onun tələbi ilə istifadə olunan yerlərdən də sökülə bilər. Amma bir nüans var. Şirkət adı ilə bağlı müəllif hüququnu bir kateqoriyada alıbsa, kimsə onu çayxana kimi açıbsa, o zaman çayxana sahibinə problem olmur. Yəni adı qeydiyyatdan keçirərkən hansı kateqoriyalar üzrə patent almaq lazımdır, onlar qeyd olunur. Siz bütün kateqoriyalarda şirkətinizi patentləşdirirsinizsə, bu zaman heç kim istifadə edə bilməz. Adın hansı kateqoriyalar üzrə patent alması çox önəmlidir. Bəzən 32 fərqli istiqamətdə patent alınır. Bu o deməkdir ki, şirkət adını bütün növ dublikatlardan qoruyur".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 878   Tarix: 05 iyun 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Kərə yağında qiymət artımı: Səbəb nədir, növbəti bahalaşma gözlənilirmi? - İQTİSADÇIDAN AÇIQLAMA

Ölkədə kərə yağının qiymətində artım müşahidə olunur. Alıcılar bəzi məhsulların əvvəlki qiymətlərlə müqayisədə bir neçə manat bahalaşdığını bildirirlər. Satıcıların sözlərinə görə, son günlər həm yerli, həm də idxal olunan yağların qiymətində artım qeydə alınıb. Rəsmi məlumatlara görə, 2026-cı ilin yanvar-sentyab

22 oktyabr
.

Bakıda məmurun xanımı lyuka düşüb xəsarət aldı, AAYDA rəsmisi cərimə edildi

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin İstehlak Mallarının Ekspertizası Mərkəzinin direktor müavini Rövşən Əmircanovun xanımı Bakıda açıq qalmış yağış kanalizasiya quyusuna düşərək xəsarət alıb. Qaynarinfo-nun əldə etdiyi məlumata görə, hadisə Bakı şəhəri, Xətai rayonu, Əhmədl

21 oktyabr
.

Ordubada qar yağdı

Oktyabrın 21-i saat 11:00-a olan faktiki hava açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib, lakin gecə və səhər bəzi dağlıq və dağətəyi rayonlarda qısamüddətli yağış, Ordubadın yüksək dağlıq ərazilərində isə qar yağıb. Düşə

21 oktyabr
.

Saç şampunu seçərkən nələrə diqqət etməli? - DERMATOLOQDAN AÇIQLAMA

Saç şampunu seçərkən yalnız məhsulun markasına və qiymətinə deyil, onun tərkibinə və saçın xüsusiyyətlərinə də diqqət yetirmək vacibdir. Yanlış şampun seçimi saç dərisində quruluq, yağlanma və qıcıqlanma kimi problemlərə səbəb ola bilər. Bəs saç tipinə uyğun şampunu necə seçmək lazımdır, məhsulun tərkibindək

22 oktyabr
.

Masazırda 65 yaşlı kişi özündən 16 yaş kiçik sevgilisini döydü

Abşeronda kişi sevgilisini döyüb. -a istinadən xəbər verir ki, hadisə Masazır kəndi, Səttar Bəhlulzadə küçəsində qeydə alınıb. 65 yaşlı Murad Şükürov (şərti adla) yaşadıqları evdə qeyri-rəsmi münasibətdə olduğu qadını əl, yumruq və təpik zərbələri ilə döyüb. Buna səbəb qadının Muradın içki içməsinə ira

21 oktyabr
.

Sabah Bakıya və rayonlara yağış yağacaq

Oktyabrın 22-də gözlənilən hava proqnozu açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin axşam bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimal

21 oktyabr
.

Ali Məhkəmədən məhkumlarla bağlı MÜHÜM QƏRAR: Barışıq cəzanı azalda bilərmi?

Ali Məhkəmənin hökm qanuni qüvvəyə mindikdən sonra zərərçəkmiş şəxslə barışığın cəzanın azaldılması üçün hökmün icrası mərhələsində əsas sayıla bilməməsi ilə bağlı mövqeyi məhkumların hüquqları və cəzanın yüngülləşdirilməsi qaydaları baxımından mühüm hüquqi məsələdir. Bu yanaşma hökm çıxarıldıqdan sonr

21 oktyabr
.

Torpaq bazarında yeni imkan: Bu şəxslərə pulsuz sahələr veriləcək

Vətəndaşlara ödənişsiz torpaq sahələrinin ayrılması məsələsi mülkiyyət hüququ, sosial təminat və torpaq ehtiyatlarından istifadə baxımından maraq doğurur. Belə imkanlardan yararlanmaq üçün qanunvericilikdə müəyyən edilmiş şərtlər və məhdudiyyətlər nəzərə alınmalıdır. Torpaq sahələrinin ayrılması prosesind

21 oktyabr
.

Aygün Bəylərin ailəsindən xəbərdarlıq: "Qanun çərçivəsində cavab verəcəklər"

Mərhum Əməkdar artist Aygün Bəylərin bacısı Zümrüd Hümbətova xanəndənin xatirəsinə həsr olunan gecə təşkil edib. Axşam.az xəbər verir ki, bu addım Aygün Bəylərin digər bacılarının və qızı Cananın narazılığına səbəb olub. Xanəndənin adına olan instaqram səhifəsində məsələ ilə bağlı paylaşım edilib. Bildirili

22 oktyabr