Ad günündən 5 gün sonra intihar edən əsgərlə bağlı YENİ DETALLAR - FOTO

Ad günündən 5 gün sonra intihar edən əsgərlə bağlı YENİ DETALLAR - FOTO2020-ci ilin 1 may tarixində Hacıqabulda yerləşən N saylı hərbi hissədə 19 yaşlı əsgər Mustafa Zəkiyevin özünü güllələyərək öldürməsi hadisəsi ilə bağlı məhkəmə prosesi Ali Məhkəməyədək uzanıb.

Sonxeber.az "qafqazinfo"ya istinadən xəbər verir ki, əsgəri intihar həddinə çatdırmaqda təqsirli bilinən əsgər yoldaşı, 2001-ci il təvəllüdlü S.Abbasov Cəlilabad Hərbi Məhkəməsinin 20 may 2021-ci il tarixli hökmü ilə 5 il müddətinə azadlıqdan məhrum edilib.

O, Apellyasiya Məhkəməsinə müraciət etsə də, qərar dəyişməyib. Daha sonra Ali Məhkəməyə müraciət edərək ona Cinayət Məcəlləsinin 332.3-cü (Tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozma) maddəsi ilə bəraət verilməsini tələb edib.

Məhkumun vəkili məhkəmədə çıxış edərək bildirib ki, Şirvan Apellyasiya Məhkəməsinin hökmünü qüvvədə saxlayan qərarı ləğv edilməli, S.Abbasovun əməlində cinayət tərkibi olmadığından ona bəraət verilməli və ya həmin qərar ləğv edilərək cinayət işi yeni apellyasiya baxışına təyin edilməlidir.

Vəkil həmçinin qeyd edib ki, başlanmış cinayət işi üzrə bəzi ifadələr sonradan dəyişdirilib. Belə ki, şahid A.Mustafayev əsgər yoldaşı və dostu olan M.Zəkiyevin əvvəlcə sevdiyi qıza görə intihar etdiyini bildirsə də, sonradan onun S.Abbasovun təhqirləri və zorakılığı səbəbindən həyatına qəsd etdiyini deyib.

Ali Məhkəmənin iclasında Hərbi Prokurorluğun rəsmi ittihamı da elan edilib. Şahid ifadələrinə və toplanmış digər sübutlara əsaslanaraq tərtib edilmiş ittihamda Mustafa Zəkiyevin xeyli müddət aralarında tabelilik münasibəti olmayan əsgər S.Abbasov tərəfindən şərəf və ləyaqətinin alçaldılması, fiziki zorakılığa məruz qalması, əsgər yoldaşları arasında nüfuzdan salınması və sair qeyd edilib. Bu səbəbdən də 1 may 2020-ci il tarixində günorta saatlarında Mustafa Zəkiyev xidmət apardığı postda avtomatla döş qəfəsi nahiyəsinə atəş açaraq həyatına son qoyub.

Ali Məhkəmənin Cinayət Kollegiyasının qərarı ilə S.Abbasovun kassasiya şikayəti təmin edilməyib və ona verilən 5 illik həbs cəzası qüvvədə qalıb.

Bildirilir ki, intihar etməzdən 5 gün əvvəl 10 ayın əsgəri olan əsgər Mustafa Zəkiyevin 19 yaşı tamam olub və həmin gün ailəsi ilə telefonla danışıb. O, telefon danışığı zamanı atası Qafar Mustafayevə gizir olmaq istədiyini deyib.

Qeyd edək ki, əslən Qubanın Alpan kəndindən olan mərhum əsgərin atası Qafar Zəkiyev Çernobıl əlilidir. O, oğlunun intiharına inanmadığını, onun qəsd nəticəsində vəfat etdiyini iddia edib.
Ad günündən 5 gün sonra intihar edən əsgərlə bağlı YENİ DETALLAR - FOTO


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1916   Tarix: 10 iyun 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Azərbaycan məktəblərində "TikTok"a giriş məhdudlaşdırıldı

Azərbaycanda məktəblərdə "Tiktok"a çıxış məhdudlaşdırılıb. "Report"a istinadən xəbər verir ki, bunu elm və təhsil nazirinin müavini Firudin Qurbanov "Rəqəmsal dövrdə ailə: transformasiyanın yeni sərhədləri" mövzusunda keçirilən Ailə Forumunda deyib. Onun sözlərinə görə

21 oktyabr
.

Məhsulun üzərindəki tarix dəyişdirilib? Bunu necə müəyyən etmək olar? - QİDA EKSPERTİNDƏN AÇIQLAMA

Məhsulların üzərindəki istehsal tarixinin və son istifadə müddətinin dəyişdirilməsi istehlakçıların aldadılması ilə yanaşı, qida təhlükəsizliyi baxımından da ciddi narahatlıq doğurur. Xüsusilə, qablaşdırmanın üzərindəki tarix məlumatlarının saxtalaşdırılması alıcıların vaxtı keçmiş məhsulları bilmədə

21 oktyabr
.

Depressiyaya düşüb cinayət törətdi - Bakıda gözəllik salonundakı oğurluğun detalları

Bakıda yerləşən gözəllik salonundan müxtəlif kosmetik və saç baxımı avadanlıqları, eləcə də idman ayaqqabısı oğurlayan şəxs məhkəmə qarşısına çıxarılıb. Qaynarinfo xəbər verir ki, iş materiallarına görə, hadisə 2026-cı ildə, gecə saat 02:00 radələrində Bakı şəhərinin Nizami rayonunda, Tofiq Abbasov küçəsind

22 oktyabr
.

Leyla Əliyeva Əminə Ərdoğanla görüşdü - Fotolar

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Özbəkistana səfəri çərçivəsində oktyabrın 21-də Səmərqənddə "Əbədi şəhər" kompleksi ilə tanış olub. Axşam.az xəbər verir ki, komplekslə tanışlıq zamanı Leyla Əliyeva Türkiyənin birinci xanımı Əminə Ərdoğan və Tacikistanın Baş nazirinin müavin

22 oktyabr
.

Pensiya məbləğləri necə dəyişəcək? - Yeni mexanizmin DETALLARI

Pensiyaların hesablanması və indeksləşdirilməsi qaydalarında mümkün dəyişikliklər vətəndaşların aylıq ödənişlərinə, xüsusilə müxtəlif məbləğdə pensiya alan şəxslərin gəlirlərinə təsir göstərə bilər. Yeni mexanizmin tətbiqi zamanı indeksləşdirmənin hansı prinsiplə aparılması, pensiya məbləğlərinin nec

22 oktyabr
.

Eyni mənzil bir neçə nəfərə satıla bilər: Vətəndaş özünü necə qorumalıdır? - ƏMLAK EKSPERTİNDƏN AÇIQLAMA

Mənzil alarkən qarşılaşılan əsas risklərdən biri eyni əmlakın bir neçə şəxsə satılmasıdır. Belə hallar vətəndaşın həm ciddi maddi itkilərlə üzləşməsinə, həm də uzunmüddətli məhkəmə çəkişmələrinə səbəb ola bilər. Bəs belə hallarla qarşılaşmamaq, əmlakın hüquqi baxımdan təhlükəsizliyini təmin etmək üçü

21 oktyabr
.

Azərbaycanlı gənc Oksford Universitetinin müəllim oldu

Dövlət Proqramı təqaüdçüsü Nuranə Məmmədova Oksford Universitetində müəllim kimi fəaliyyətə başlayıb. xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyi (ETN) məlumat yayıb. Bildirilib ki, Beynəlxalq münasibətlər ixtisas sahəsi üzrə doktorantura təhsilinin ikinci ilində olan təqaüdçü təhsilini davam etdirməkl

22 oktyabr
.

Səhər saatlarında 13 nömrəli avtobus problemi - "BakuBus" sorğumuza cavab vermədi

Bakının Avtovağzal ərazisində hər səhər 13 nömrəli marşrut avtobusunu gözləyən sərnişinlər uzun müddət dayanacaqda qalmalı olurlar. Sərnişinlərin sözlərinə görə, avtobusun gəlməsini 40-50 dəqiqə gözlədikləri hallar olur. Səhər saatlarında işə və təhsil müəssisələrinə tələsən insanlar üçün bu qədər gözləmə

21 oktyabr
.

Qadın sərnişinə hədə-qorxu gələn sürücü saxlanıldı

Bakı-Sumqayıt yolunda xanım sərnişinə hədə-qorxu gələn sürücü saxlanılıb. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, sərnişin Elvira Vəliyevaya qarşı hüquqazidd hərəkətlər törədən taksi sürücüsü polis tərəfindən müəyyən olunub. Hazırda həmin şəxs barəsində qanunvericiliyə uyğun məsuliyyət tədbirlər

22 oktyabr