Azərbaycanda uşaqlar arasında suçiçəyi niyə artıb?
Dünyada ən təhlükəli yoluxucu xəstəliklərdən biri də suçiçəyidir.
Hava-damcı yolu ilə insanlara bulaşan bu xəstəlik əsasən uşaq infeksion xəstəliklərinə daxildir və demək olar ki, uşaqlıqda yolxumayan böyüklər də bu virusa yoluxur. Elə son bir neçə gündür ki, ölkədə kiçikdən-böyüyə əksər şəxsin "suçiçəyi" xəstəliyinə yoluxması halı müşahidə olunur.
Medicina.az xəbər verir ki, infeksionist Rəna Quliyeva Bizim.Media-ya son günlərdə "suçiçəyi" xəstəliyinə yoluxmaların olduğunu təsdiqləyib.
Onun sözlərinə görə, bu hal daha çox bağçaya, məktəbə gedən azyaşlı uşaqlarda görülür:
"Xəstəliyin əsas mənbəyi su çiçəyi ilə xəstələnmiş insanlardır. İnsan xəstəliyin səpgi dövrü başlanmazdan bir neçə gün əvvəl və başladığından sonrakı 5-7 gün ərzində yoluxdurucu olur.
Bu dövrdə viruslar hava-damcı yolu ilə digərlərinə keçir. Xəstəliyə ən çax kollektiv yoluxma xarakterikdir. Bu səbəbdən də təhsil müəssisələrində, idman kollektivlərində, gənclər çalışan kollektiv iş yerlərində və hərbi qulluqçular arasında xəstəliyə yoluxmalar qeyd olunur.
Adətən uşaqlar xəstəliyi yüngül keçirirlər. Yetkinlik yaşından sonra insanlar bu xəstəliyi kifayət dərəcədə ağır və xoşagəlməz fəsadlarla keçirirlər.
Xəstəliyin inkubasiya dövrü 10-21 gündür. Xəstəlik əsasən tam sağlam fonda bədən hərarətinin yüksəlməsi ilə başlayır. 1-3 gün hərarətli dövr səpgilərin meydana gəlməsi ilə nəticələnir".
Su çiçəyinə yoluxmuş şəxslərin müalicə prosesi necə aparılır?
"Müalicə yataq-ev rejimi, qıcıqlanıdırıcı və şirin tamlı ərzaq məhsullarının rasiondan çıxarılması və bol mayenin əlavə edilməsini tələb edən pəhriz, eyni zamanda simptomatik preparatların köməyi ilə aparılır. Suçiçəyinin "əsas" müalicə üsulu yaşlı insanlara çoxdan bəllidir. Bu insanların "zelyonka" adı ilə tanıdıqları briliyant abısıdır. Bu müalicə üsulunun mahiyyəti səhər və axşam səpgilərin brilyant abısı ilə işlənməsidir.
Xəstəlik zamanı dəri qaşınmaları olur ki, nəticədə səpgilər infeksiyalaşa və ya sonda yerində xoşagəlməz izlər qoya bilir. Bunların qarşısını almaq üçün uşaqları qaşınmadan yayındırmaq, dırnaqlarını tez-tez tutmaq, yataq dəstlərini hər gün dəyişdirmək, eləcə də xəstə qalan otağı normal temperaturda saxlamaqla tərləməsinin qarşısı alınmalıdır", - deyə infeksionist qeyd edib.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1381 Tarix: 10 iyun 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
ATS rabitə xidmətindən ŞİKAYƏT: "Belə sürünə-sürünə işlətməkdənsə..."
ın redaksiyasına ATS rabitə xidməti ilə bağlı şikayət daxil olub. Belə ki, şikayətçi Cəfər Məmmədovun sözlərinə görə, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, Əli Məmmədov küçəsində yerləşən 11 nömrəli binada günlərdir ki, internet bərbad vəziyyətdədir:. "Tək bizim "WiFi" olsa, modem aparatınd
18 sentyabr 2021Səməd Seyidovun rəhbəri olduğu Mərkəz bağlandı
Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun başçısı olduğu Siyasi Psixologiya Mərkəzi (SPM) fəaliyyətini dayandırıb. Mərkəzin fəaliyyətini dayandırmasına səbəb maliyyə problemini
18 sentyabr 2021Azərbaycan və İran Gorus-Qafan yolundakı vəziyyəti müzakirə edib
İran səfiri Seyid Abbas Musəvi Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayevlə görüşüb. Bu barədə İranın Azərbaycandakı Səfirliyi məlumat yayıb. Bildirilib ki, görüşdə bölgədəki cari dəyişikliklər, xüsusilə də Azərbaycanla Ermənistan arasındakı sərhəd bölgələrində vəziyyət, Gorus-Qafan yolund
18 sentyabr 2021Şairdən Üzeyir Hacıbəyliyə qəribə təbrik: "Bunu sənə bağışlamaq olmur..."
"Xöşbəxt adamsan ki, Azərbaycan musiqisinin bu gününü görmədin". Qaynarinfo xəbər verir ki, bunu nəğməkar şair, Əməkdar İncəsənət Xadimi Baba Vəziroğlu dahi bəstəkar Üzeyir Hacıbəylini ad günü ilə əlaqədar təbrikdə yazıb. Şair bildirib ki, Üzeyir bəyin vaxtsız ölümü ilə Azərbaycan musiqis
18 sentyabr 2021Rusiyanın hərbi gəmiləri Bakıya gəlib - FOTO
Rusiya Hərbi Dəniz Qüvvələrinin nümayəndə heyəti Azərbaycana səfərə gəlib. -a istinadən xəbər verir ki, Rusiya HDQ-nə məxsus "Astraxan" və "Anatoli Qujvin" hərbi gəmiləri ilə gələn nümayəndələr Bakı Dəniz Limanında hərbi orkestrin müşayiəti ilə qarşılanıb. Qarşılama mərasimində Azərbayca
18 sentyabr 2021Gürcüstanda soydaşlarımızın təhsil problemi - VİDEO
Yeni tədris ilinin başlaması ilə qonşu Gürcüstanda yaşayan azərbaycanlılar yenə də təhsil sahəsində böyük problemlə qarşı-qarşıya qalıblar. Belə ki, bu ölkədə fəaliyyət göstərən azərbaycandilli ümumtəhsil məktəblərində təhsil alan şagirdlərin sayı ilbəil azalmağa davam edir. Buna səbəb isə validyenləri
18 sentyabr 2021Sentyabrın 20-dək ictimai nəqliyyat işləməyəcək
Bu gündən sentyabrın 20-si saat 06:00-dək ölkə ərazisində ictimai nəqliyyatın fəaliyyəti dayandırılır. -ın məlumatına görə, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, 18 sentyabr saat 00:00-dan 20 sentyabr saat 06:00-dək ölkə ərazisində ictimai nəqliyyat, o cümlədən Bakı Metropoliten
18 sentyabr 2021