Azərbaycanın bu adasında nəqliyyat PULSUZ, spirtli içki gətirmək QADAĞANDIR - FOTO

Azərbaycanın bu adasında nəqliyyat PULSUZ, spirtli içki gətirmək QADAĞANDIR - FOTOÖlkəmizin ən təmiz çimərliklərinin yerləşdiyi, nəqliyyatın pulsuz və spirtli içki gətirməyin qadağan olduğu ada haqqında məlumatınız varmı? Azərbaycanın ən şərqində daimi yaşayış məntəqəsi olan Çilov adası Vatikandan 25 dəfə böyükdür.

Sonxeber.az "Gəzəyənlər" adlı "Facebook" qrupunda bu ada haqqında səyahət bloqeri Elşən İsmayılovun verdiyi məlumatı oxuculara təqdim edir.

Çilov adasına necə getmək olar?

Əvvəlcə "SOCAR" və ya Pirallahı Rayon İcra Hakimiyyətindən icazə sənədi almaq lazımdır. Bundan sonra gəmi, yoxsa helikopterlə gedəcəyinizə qərar verməlisiniz. Hər ikisi pulsuzdur.

Helikopterlə getmək üçün "Koroğlu" metrostansiyası ətrafında Bakı kəndlərinə gedənləri səsləyən taksi sürücülərindən Artyoma (Pirallahı) gedənləri tapın və "Vertolyotnu"da düşəcəyinizi deyin. Qiymət adambaşı 3 manatdır, hər beş-on dəqiqədən bir taksilər hərəkət edir. Vertolyotla səyahət 8-12 dəqiqə çəkir.

Gəmi ilə getmək istəyirsinizsə, Zığ limanına getməlisiniz. Buradan "Qarayev" və "Üfüq" gəmiləri 3-4 saata, digər sovet dövründən qalan gəmilər isə 6-7 saata gedir. Səyahətin dərəcəsi orta-ağırdır. Fiziki olaraq hazır deyilsinizsə gəmini yaddan çıxarın.

Hər iki halda adada sizi ilk olaraq Socar Təhlükəsizlik idarəsinin əməkdaşları qarşılayacaq, bir-iki sualdan sonra içəri keçəcəksiniz. Adada fəaliyyət göstərən avtobuslar da pulsuzdur.

Adanın tarixi:

1949-cu ildə şəhər tipli qəsəbə statusu verilib.

Rus hidroqrafı F. İ. Soymonov 1763 ildə qələmə aldığı kitabında yazır:
"Körfəzin sonunda "Jiloy" adası var. Orada yaşayış əlaməti yoxdur. Bununla belə, Stepan Razin adlı quldur bir müddət adaya yerləşib və sahil bölgələrinə basqınlar təşkil edib.

Adanın qədim adı farsca "Renus" adlanıb. "Renus" - "sehirli daş" deməkdir. "Renus" haqqında əfsanədə deyilir ki, kim bu daşdan üzük taxsa, bir ömür boyu xoşbəxt olacaq.

XX əsrin əvvəllərindən ortalarınadək Çilov adasında əsasən Rusiyadan sürgün olunanlar yaşamışlar. Onların əsas məşğuliyyəti balıqçılıq, suiti ovu olub.

İkinci Dünya müharibəsindən sonra Azərbaycan geoloqları, geofizik alimləri axtarış-kəşfiyyat işlərini genişləndirərək Çilov neft yatağını kəşf etmiş, dənizin dərinliklərinə doğru irəliləyərək Neft Daşlarının kəşfi zamanı buranı özlərinə qərargah seçiblər.

Çox keçmədən Çilovda Yeni qəsəbə salınıb, əhalinin sayı artıb. Əvvəlcə rusların daha çox yaşadığı adada hazırda əksəriyyət Masallı, qismən Qazax rayonundan miqrasiya edən ixtisaslı kadrlardır, ruslar isə yenə də var.

Adanın maraqlı yerləri:

1. Taxta evlər. Adanın özünəməxsus taxta evləri əslində buranı Santorini edəcək qədər gözəl ola bilərdi, ancaq baxımsızlıqdan çoxu dağılıb gedir.
2. Mayak. XIX əsrdə tikilib, adanın hər yerindən görünür.
3. Urnos (kiçik Çilov adası). Burada insan yaşamır, ağac da yoxdur, gözəl çimərliyi var.
4. Köhnə qəsəbə. İlk sakinlər burada, yəni adanın şimal hissəsində məskunlaşıblar.
5. Yeni qəsəbə. Neft tapıldıqdan sonra yeni yaradılan, müasir qəsəbə. Məktəb, bağça və xəstəxanalar buradadır.
6. Çimərliklər. Adanın neftdən sonra ən böyük sərvəti təmiz çimərlikləridir. Təmizdir, dərin deyil.
7. Rus qəbiristanlığı. Maraqlı köhnə qəbir daşları və xaçlar var, əslində tarixdir, qorunmalıdır.
8. Park. Mövcud şəraiti nəzərə alsaq, çox gözəl parkdır, ümumiyyətlə, adanın yaşıllaşmasında əməyi keçənlərə böyük təşəkkür düşür, söhbət zəhmətkeş MKT (JEK) əməkdaşlarından gedir.
9. Stadion. SOCAR-ın ada əhalisinə etdiyi ən böyük yaxşılıqlardan biri bu stadiondur. Gənclər axşamlar burada futbol və voleybol oynayırlar, bəzən maraqlı yarışlar da keçirilir.
10. "Göz yaşları" restoranı. Adada bir turistin yemək yeyə biləcəyi yeganə yer "Göz yaşları" restoranıdır. Restoranın adını burada yemək yeyənlər qoyub. Əvvəllər həm də "Muxtar kafe" var idi, indi isə rəqabət yoxdur. Adada sifarişlə çox dadlı kütüm, berj, vobla, kefal, sületka, zalom və imkanınız varsa, nərə balığı da yeyə bilərsiniz.
11. Məscid. Keçən əsrdə tikilmiş Şiə-İsna Aşəriyyə məscidi. Hazırda da azan oxunur, namaz qılınır.
12. Hərbi hissə.
13. Bayraq meydanı. Hazırda respublikada ən böyük bayraq meydanı Çilov adasındadır.

Ada haqqında bunu da bilmək maraqlıdır:

Çilova "iydə ətirli ada" da deyirlər. Quraqlığa davamlı olduğu üçün adanın küçələri iydə və yasəmən ağaclarıyla doludur və hər tərəfdən gözəl iydə və yasəmən qoxusu gəlir.

Son onillikdə ümumilikdə 100 mindən çox zeytun, küknar, eldar şamı, əncir və digər həmşəyaşıl ağaclar əkilib, bu da adanı gözəlləşdirir və daha maraqlı edir.

Çilov sakit yerdir. Ancaq avtobuslar, idarə maşınları və bir neçə şəxsi avtomobil var. Cəmi bir polis var, onun da əksər vaxtı boş olur, yol polisi yoxdur. Adanın daxili qaydalarına görə, bura spirtli içki və narkotik vasitələr gətirmək olmaz, ancaq qəsəbənin dükanlarında spirtli içki satılır.

Əvvəllər qəsəbə sakinləri toylarını adada etsələr də, son illər Bakıda edirlər.

Adada gəzərkən adamın ruhu dincəlir. Sakit, təmiz, baxımlı küçələri, yaşıllıq, köhnə evlər, dənizin, qağayıların səsi və s.

Getmək istəyənlərə xoş istirahətlər!

Azərbaycanın bu adasında nəqliyyat PULSUZ, spirtli içki gətirmək QADAĞANDIR - FOTOAzərbaycanın bu adasında nəqliyyat PULSUZ, spirtli içki gətirmək QADAĞANDIR - FOTOAzərbaycanın bu adasında nəqliyyat PULSUZ, spirtli içki gətirmək QADAĞANDIR - FOTOAYSEL QULİYEVA


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 3656   Tarix: 10 iyun 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

I sinfə qəbul prosesi başlayır

Mayın 6-sı saat 15:00-dan etibarən 2026-2027-ci tədris ili üzrə ümumi təhsil müəssisələrinin birinci siniflərinə şagird qəbuluna start verilir. "Qafqazinfo" xəbər verir ki, qəbul prosesi portalı vasitəsilə aparılacaq. Valideynlər eyni tarixdən başlayaraq məktəb və müəllim seçimini həyata keçir

6 may
.

İranda "İsa Məsih" TUTULDU

İranda özünü "İsa Məsih" adlandıran şəxs saxlanılıb. "MOUZE" teleqram kanalına istinadən xəbər verir ki, Yəzd əyalətində xristianlığı qəbul edən üç nəfər həbs edilib. Məlumata görə, saxlanılan şəxslər "ev kilsəsi yaratmaq" və "xristianlığı təbliğ etmək"də ittiha

6 may
.

Ramiz Tahirovun müavini 1 milyonluq mənimsəmədə ittiham edilir - Ölümündən sonra

Hərbi Hava Qüvvələrinin sabiq komandan müavini mərhum polkovnik Mayis Orucəliyevin cinayət əməli ortaya çıxıb. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, polkovnik xüsusilə külli miqdarda mənimsəmədə ittiham olunur. Cinayət işinin istintaqı Azərbaycan Respublikası Hərbi Prokurorluğunun İstinta

7 may
.

Sumqayıt stadionunda faciəvi hadisə

Sumqayıt şəhəri Mehdi Hüseynzadə küçəsində yerləşən stadiondan meyit tapılıb. "Qafqazinfo" xəbər verir ki, hadisə mayın 6-sı saat 09 radələrində qeydə alınıb. Stadiondakı idman zalından oranın inzibatçısı Zəngilan rayon sakini 199-cu il təvəllüdlü Cəmil Allahverdi oğlu Hətəmxanovun meyiti aşka

7 may
.

Bakıda məhkum kamera yoldaşını qətlə yetirib

Bakıda cəzaçəkmə müəssisəsində məhkum kamera yoldaşını qətlə yetirib. "Qafqazinfo"nun məlumatına görə, hadisə bir neçə ay əvvəl Xətai rayonunda yerləşən 7 saylı cəzaçəkmə müəssisəsində baş verib. Daha əvvəl haqqında məlumat yayılmayan qətllə bağlı məhkəmə prosesi bu gün başlayıb. İş materiallarınd

6 may
.

Qız qaçırmaq istəyərkən dava düşdü - 4 yaralı var

Gəncə şəhərində kütləvi dava olub. "Qafqazinfo" xəbər verir ki, hadisə zamanı 2012-ci il təvəllüdlü R. İ, 1984-cü il təvəllüdlü Samirə Hüseynova, 1985-ci il təvəllüdlü Aynurə İsmayılova xəsarət alıblar. 2003-cü il təvəllüdlü İsbi Əhmədov isə bıçaq yarası alıb. İlkin ehtimala görə, insiden

6 may
.

İdeal nəticə axtarışı nə zaman təhlükəli həddə çatır? - AÇIQLAMA

Mükəmməl olmaq istəyi bir çox hallarda uğurun açarı kimi təqdim edilsə də, mütəxəssislər bu yanaşmanın hər zaman sağlam olmadığını bildirir. Son illərdə xüsusilə gənclər arasında yayılan perfeksionizm meyli, görünməz psixoloji təzyiq yaradır və insanların həm emosional vəziyyətinə, həm də gündəlik həya

6 may
.

Baş Prokurorluqdan Onkologiya Mərkəzindəki hadisə ilə bağlı müraciət

Baş Prokurorluq Milli Onkologiya Mərkəzində törədilən partlayışla bağlı yenidən məlumat yayıb. Qaynarinfo xəbər verir ki, açıqlamada deyilir:. "Partlayışla əlaqədar ağır xəsarətlər almış həmin tibb müəssisəsinin Şüa terapiya şöbəsinin həkim-radioloqu Asif Nəsirli mayın 5-i saat 21:45-də müalic

6 may
.

Dostlarınızın sizi qısqandığını göstərən 11 əlamət

Qısqanclıq təbii bir hiss olsa da, güclü olduqda zəhərli hal ala bilər. Bəzi insanlar var ki, açıq-aşkar sizə qarşı səhv etməsələr də, bəzi şeylərin yolunda getmədiyini hiss edirsinizsə, bunun ən sadə izahı qısqanclıq ola bilər. Ölkə.Az xəbər verir ki, ABŞ-li sağlamlıq və qidalanma üzrə yazıçı Arian

6 may