Daşıyıcıdan sərnişinlərə pul təklifi təəccüb doğurdu: "Balansınıza 20 AZN köçürüləcək" - FOTO
Paytaxtda sərnişin avtobuslarından birində yerləşdirilən elan sosial şəbəkələrdə ciddi müzakirələrə səbəb olub.
Belə ki, sosial şəbəkələrdə yayılan fotoda sürücünün sərnişinlərdən nağd ödəniş almasına dair faktları "aşkarlamaq" məqsədilə yerləşdirilən elanda qeyd edilib:
"Sərnişinlərin nəzərinə! Avtobusda kartdan istifadə etməyən sərnişinlərdən nağd pul alan zaman sürücünün videogörüntüsünü kim çəkib atarsa, balansına 20 AZN köçürüləcək".
Elanın sonunda isə əlaqə nömrəsi də yazılıb. Məsələ ictimailəşdirildikdən sonra bir qrup şəxs bu elanı birmənalı qarşılamayıb və bu, kəskin müzakirələrə səbəb olub.
Məsələ ilə bağlı Bakı Nəqliyyat Agentliyinə sorğu ünvanladıq. Agentlikdən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, elanın "Vətən" firmasının müvəqqəti istismarında olan 26 nömrəli müntəzəm marşrut xətti üzrə avtobusda olduğu müəyyən edilib:
"Avtobusun salonunda bu cür elanların yerləşdirilməsi doğru deyil. Daşıyıcı firmanın məsul şəxsi Kənan Usubovla əlaqə saxlanılaraq bununla bağlı irad bildirilib və dərhal yığışdırılması tapşırılıb. Eyni zamanda bir daha bildirmək istərdik ki, nağdsız ödəniş sisteminə inteqrasiya olunan avtobuslarda gediş haqqının nağd formada ödənilməsi qadağandır. Bu məsələdə sərnişinlər də diqqətli olmalı və gediş haqqının ödənişini "BakıKart"la etməlidirlər".

Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1158 Tarix: 10 iyun 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
I sinfə qəbul prosesi başlayır
Mayın 6-sı saat 15:00-dan etibarən 2026-2027-ci tədris ili üzrə ümumi təhsil müəssisələrinin birinci siniflərinə şagird qəbuluna start verilir. "Qafqazinfo" xəbər verir ki, qəbul prosesi portalı vasitəsilə aparılacaq. Valideynlər eyni tarixdən başlayaraq məktəb və müəllim seçimini həyata keçir
6 mayİranda "İsa Məsih" TUTULDU
İranda özünü "İsa Məsih" adlandıran şəxs saxlanılıb. "MOUZE" teleqram kanalına istinadən xəbər verir ki, Yəzd əyalətində xristianlığı qəbul edən üç nəfər həbs edilib. Məlumata görə, saxlanılan şəxslər "ev kilsəsi yaratmaq" və "xristianlığı təbliğ etmək"də ittiha
6 maySumqayıt stadionunda faciəvi hadisə
Sumqayıt şəhəri Mehdi Hüseynzadə küçəsində yerləşən stadiondan meyit tapılıb. "Qafqazinfo" xəbər verir ki, hadisə mayın 6-sı saat 09 radələrində qeydə alınıb. Stadiondakı idman zalından oranın inzibatçısı Zəngilan rayon sakini 199-cu il təvəllüdlü Cəmil Allahverdi oğlu Hətəmxanovun meyiti aşka
7 mayBakıda məhkum kamera yoldaşını qətlə yetirib
Bakıda cəzaçəkmə müəssisəsində məhkum kamera yoldaşını qətlə yetirib. "Qafqazinfo"nun məlumatına görə, hadisə bir neçə ay əvvəl Xətai rayonunda yerləşən 7 saylı cəzaçəkmə müəssisəsində baş verib. Daha əvvəl haqqında məlumat yayılmayan qətllə bağlı məhkəmə prosesi bu gün başlayıb. İş materiallarınd
6 mayQız qaçırmaq istəyərkən dava düşdü - 4 yaralı var
Gəncə şəhərində kütləvi dava olub. "Qafqazinfo" xəbər verir ki, hadisə zamanı 2012-ci il təvəllüdlü R. İ, 1984-cü il təvəllüdlü Samirə Hüseynova, 1985-ci il təvəllüdlü Aynurə İsmayılova xəsarət alıblar. 2003-cü il təvəllüdlü İsbi Əhmədov isə bıçaq yarası alıb. İlkin ehtimala görə, insiden
6 mayİdeal nəticə axtarışı nə zaman təhlükəli həddə çatır? - AÇIQLAMA
Mükəmməl olmaq istəyi bir çox hallarda uğurun açarı kimi təqdim edilsə də, mütəxəssislər bu yanaşmanın hər zaman sağlam olmadığını bildirir. Son illərdə xüsusilə gənclər arasında yayılan perfeksionizm meyli, görünməz psixoloji təzyiq yaradır və insanların həm emosional vəziyyətinə, həm də gündəlik həya
6 mayBaş Prokurorluqdan Onkologiya Mərkəzindəki hadisə ilə bağlı müraciət
Baş Prokurorluq Milli Onkologiya Mərkəzində törədilən partlayışla bağlı yenidən məlumat yayıb. Qaynarinfo xəbər verir ki, açıqlamada deyilir:. "Partlayışla əlaqədar ağır xəsarətlər almış həmin tibb müəssisəsinin Şüa terapiya şöbəsinin həkim-radioloqu Asif Nəsirli mayın 5-i saat 21:45-də müalic
6 mayDostlarınızın sizi qısqandığını göstərən 11 əlamət
Qısqanclıq təbii bir hiss olsa da, güclü olduqda zəhərli hal ala bilər. Bəzi insanlar var ki, açıq-aşkar sizə qarşı səhv etməsələr də, bəzi şeylərin yolunda getmədiyini hiss edirsinizsə, bunun ən sadə izahı qısqanclıq ola bilər. Ölkə.Az xəbər verir ki, ABŞ-li sağlamlıq və qidalanma üzrə yazıçı Arian
6 may