Təhsil haqqını ödəyə bilməyən tələbələrə dövlət necə dəstək olur? - Deputatlardan AÇIQLAMA

Təhsil haqqını ödəyə bilməyən tələbələrə dövlət necə dəstək olur? - Deputatlardan AÇIQLAMADövlət İmtahan Mərkəzinin məlumatına görə ötən il 5610 nəfər təhsil haqqının ödənilməməsinə, dərs buraxdığına görə və ya öz xahişi ilə xaric edilib. Dövlət təhsil haqqını ödəyə bilməyən tələbələrə dəstək üçün hansı tədbirlər görür?

Bununla bağlı Sonxeber.az-a açıqlama verən Elm və təhsil komitəsinin üzvü, deputat Ceyhun Məmmədov bildirib ki, dövlət bu sahədə edə biləcəyini maksimum dərəcədə edib:

"Biz nəzərə almalıyıq ki, Azərbaycanda çox sayda tələbə dövlət hesabına təhsil alıb. Burada söhbət şəhid, qaçqın və məcburi köçkün ailələrindən gedir. Pandemiya dövründə 20 minə yaxın gəncimizin təhsil haqqını dövlət ödədi və bu təhsil haqqı da əslində ali təhsil müəssisələri üçün çox önəmlidir. Çünki universitetlərin, xüsusilə özəl müəssisələrin böyük hissəsi bu vəsait hesabına öz fəaliyyətlərini davam etdirir. Hər bir vətəndaş çalışmalıdır ki, təhsil haqqını ödəsin.

Ümumiyyətlə, Azərbaycanda təhsil haqqı nə həddindən artıq yüksək, nə də həddindən artıq aşağıdır. Hesab edirəm ki, dövlət edə biləcəyini maksimum edib. Hər il dövlət hesabına təhsil alanların sayı artır, dövlət bu sahəyə diqqət və qayğısını göstərir.

Ondan əlavə, qeyd edim ki, Təhsil Tələbə Krediti Fondu yaradılıb ki, tələbələr kredit götürərək təhsillərini davam etdirə bilərlər. Kredit çox asan şərtlərlə verilir. İki növ kredit var. Bunlardan biri sosial kreditdir. Bu kredit 1-2 faizlə verilir və tələbə universiteti bitirdikdən 2 il sonra dövlətə qaytarır. Ötən ilin büdcəsindən bura 100 milyona yaxın vəsait ayrılıb. Mən o fondda olmuşam. Təəssüf ki, bir sıra hallarda tələbələrimiz bu imkandan istifadə etmirlər".

Elm və təhsil komitəsinin üzvü, deputat Kamilə Əliyeva bildirib ki, bir çox valideynlərin tələbə krediti haqqında məlumatı yoxdur:

"Ümumiyyətlə, valideynlər bu istiqamətdə maariflənməlidirlər. Yəni onlar bilməlidirlər ki, övladlarının dövlət hesabına və ödənişli təhsil almaq imkanları var. Bəzən valideynlər ailənin maddi durumunu nəzərə almadan seçim etdikdə, ödəşli təhsili də qeyd edirlər və müəyyən bir müddət keçdikdən sonra təhsil haqqını ödəyə bilmirlər. Ona görə də onların universitetdən kənarlaşdırma faktı ilə qarşılaşırıq.

Azərbaycan dövləti, xüsusilə Prezident İlham Əliyev üçün təhsil daima prioritet məsələ olub. Şagirdlərin də ali təhsil alması üçün qanunvericilik baxımından hər cür baza yaradılıb. Bu gün Təhsil Tələbə Krediti Fondu təsis olunub. Prezident İlham Əliyev 80 milyon manat pul ayırıb və bu, çox gözəl effekt verir. Həmin Fondun Elm və Təhsil Komitəsi ilə görüşləri olur. Yəni tələbələr həmin təhsil kreditindən də istifadə edib yararlana bilərlər.

Dövlət həmişə tələbələrə müxtəlif istiqamətlərdə dəstək verir. Şəhid ailələrinə xüsusi diqqət var. Şəhid övladlarının və ya valideynlərdən birinin əlilliyi olan tələbələrin təhsil haqqından azad edilməsi kimi güzəştlər var.

Bir daha qeyd edim ki, aztəminatlı ailələr də övladlarının təhsildən kənarlaşdırılması halı ilə üzləşməmək üçün həmin tələbə kreditindən istifadə edə bilərlər. Ola bilər ki, valideynlərin tələbə kreditindən məlumatları yoxdur. Bu istiqamədə də maarifləndirmə işləri genişləndirilməlidir ki, aztəminatlı ailələr bundan yararlana bilsinlər.

Bunu daqeyd edim ki, dünyanın heç bir ölkəsində ödənişli təhsil alan tələbənin təhsil haqqını dövlət ödəmir. Azərbaycanda bu sahədə də humanistlik göstərilir".

Elm və təhsil komitəsinin üzvü, deputat Müşfiq Məmmədli isə, öz növbəsində, bildirib ki, təhsil krediti akademik göstəriciləri yaxşı olan tələbələr üçün əlçatandır:

"Təhsil krediti Azərbaycanda yenidir. Akademik göstəriciləri yüksək olan tələbələr təhsil kreditindən rahatlıqla faydalana bilərlər. Yəni kəsir olmamalıdır. Təəssüf ki, bu sahədə bəzi tələbələrin məlumatı yoxdur və bunun üçün maarifləndirmə tədbirləri görülməlidir. Təhsil haqqını ödəyə bilmədiyi üçün xaric olunan tələbələrin göstəriciləri məndə olmadığından hansı səbəbdən kreditdən yararlana bilmədiklərini demək çətindir".

Şəbnəm Lətifi


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1765   Tarix: 10 iyun 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

ATS rabitə xidmətindən ŞİKAYƏT: "Belə sürünə-sürünə işlətməkdənsə..."

ın redaksiyasına ATS rabitə xidməti ilə bağlı şikayət daxil olub. Belə ki, şikayətçi Cəfər Məmmədovun sözlərinə görə, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, Əli Məmmədov küçəsində yerləşən 11 nömrəli binada günlərdir ki, internet bərbad vəziyyətdədir:. "Tək bizim "WiFi" olsa, modem aparatınd

18 sentyabr 2021
.

ABŞ-da azərbaycanlı yüzlərlə insanın həyatını xilas etdi, polis onu mükafatlandırdı - VİDEO

ABŞ-ın Kaliforniya ştatında yaşayan azərbaycanlı Fərrux Məmmədov Kempbell Şəhər Polis İdarəsi tərəfindən xüsusi mükafat ilə təltif olunub. Ölkənin yerli "ABC7" telekanalı ABŞ polisinin qəhrəman adlandırdığı azərbaycanlı haqqında süjet hazırlayıb. Xəbər cinayətkarın hazırladığı terror planında

18 sentyabr 2021
.

Səməd Seyidovun rəhbəri olduğu Mərkəz bağlandı

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun başçısı olduğu Siyasi Psixologiya Mərkəzi (SPM) fəaliyyətini dayandırıb. Mərkəzin fəaliyyətini dayandırmasına səbəb maliyyə problemini

18 sentyabr 2021
.

Nazirlikdən Muxtar Babayevin kortejinə görə yolların bağlanması ilə bağlı iddialara CAVAB

Bəzi saytlarda ekologiya və təbii sərvətlər naziri Muxtar Babayevin xidməti avtomobilinin Abşeron rayonu, Masazır qəsəbəsi, Əliağa Vahid küçəsinin Bakı-Sumqayıt yoluna birləşən hissəsindən (Masazır dairəsində) keçəndə yolların bağlanması barədə iddialar yayılıb. Məsələ barədə Ekologiya və Təbii Sərvətlə

17 sentyabr 2021
.

Azərbaycan və İran Gorus-Qafan yolundakı vəziyyəti müzakirə edib

İran səfiri Seyid Abbas Musəvi Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayevlə görüşüb. Bu barədə İranın Azərbaycandakı Səfirliyi məlumat yayıb. Bildirilib ki, görüşdə bölgədəki cari dəyişikliklər, xüsusilə də Azərbaycanla Ermənistan arasındakı sərhəd bölgələrində vəziyyət, Gorus-Qafan yolund

18 sentyabr 2021
.

Şairdən Üzeyir Hacıbəyliyə qəribə təbrik: "Bunu sənə bağışlamaq olmur..."

"Xöşbəxt adamsan ki, Azərbaycan musiqisinin bu gününü görmədin". Qaynarinfo xəbər verir ki, bunu nəğməkar şair, Əməkdar İncəsənət Xadimi Baba Vəziroğlu dahi bəstəkar Üzeyir Hacıbəylini ad günü ilə əlaqədar təbrikdə yazıb. Şair bildirib ki, Üzeyir bəyin vaxtsız ölümü ilə Azərbaycan musiqis

18 sentyabr 2021
.

Rusiyanın hərbi gəmiləri Bakıya gəlib - FOTO

Rusiya Hərbi Dəniz Qüvvələrinin nümayəndə heyəti Azərbaycana səfərə gəlib. -a istinadən xəbər verir ki, Rusiya HDQ-nə məxsus "Astraxan" və "Anatoli Qujvin" hərbi gəmiləri ilə gələn nümayəndələr Bakı Dəniz Limanında hərbi orkestrin müşayiəti ilə qarşılanıb. Qarşılama mərasimində Azərbayca

18 sentyabr 2021
.

Gürcüstanda soydaşlarımızın təhsil problemi - VİDEO

Yeni tədris ilinin başlaması ilə qonşu Gürcüstanda yaşayan azərbaycanlılar yenə də təhsil sahəsində böyük problemlə qarşı-qarşıya qalıblar. Belə ki, bu ölkədə fəaliyyət göstərən azərbaycandilli ümumtəhsil məktəblərində təhsil alan şagirdlərin sayı ilbəil azalmağa davam edir. Buna səbəb isə validyenləri

18 sentyabr 2021
.

Sentyabrın 20-dək ictimai nəqliyyat işləməyəcək

Bu gündən sentyabrın 20-si saat 06:00-dək ölkə ərazisində ictimai nəqliyyatın fəaliyyəti dayandırılır. -ın məlumatına görə, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, 18 sentyabr saat 00:00-dan 20 sentyabr saat 06:00-dək ölkə ərazisində ictimai nəqliyyat, o cümlədən Bakı Metropoliten

18 sentyabr 2021