Oğlanlar təhsildən niyə yayınırlar? - Məktəblərdə hökm sürən son statistika
Hər zaman dəqiq elmlərdə oğlan uşaqları qızlardan daha çox müvəffəqiyyət əldə ediblər. Çünki oğlanlar riyaziyyat, kimya, fizikaya daha da maraqlı olublar. Lakin son zamanlar bu tendensiya da oğlanlar qız şagirdlərdən nədənsə geri qalır. Son statistikalara görə, son imtahanlarda oğlanların qızlardan daha aşağı göstəricilər əldə etdiyini qeyd edilib.
Bəs, görəsən oğlanlar arasında təhsilə və elmə maraq niyə bu qədər azalıb.
Psixoloq Taryel Faziloğlu Ednews - a açıqlamasında bunun aktual məsələ olduğunu bildirib. Onun sözlərinə görə, bu problemin yaranmasında sosial, psixoloji və iqtisadi səbəblər əsas roy oynayır.
"Oğlan uşaqlarının bilik və bacarıqlarının qızlara nisbətən aşağı olmasına gətirib çıxaran iki əsas sosial səbəb var. Birinci səbəb məktəblərdə müəllimlərin 90 % -nın qadınlardan ibarət olmasıdır. Azərbaycan mental dəyərlərə baxdıqda, görərik ki, oğlanlar və qadın müəllimlər arasında münasibətlər o qədər ürəkaçan deyil. Məktəblərdə oğlanlar çox vaxt qadın müəllimlərə tabe olmurlar, onları ciddiyə almırlar. Bu əsas faktordur. İkinci səbəb isə hazırda oğlan uşaqlarının əksəriyyəti fikizi işlərə daha çox meyl göstərməsi və elmlə bağlı səhələrdə qadınların çoxluq təşkil etməsidir. Belə olan halda oğlan şagirdlərin oxumağa reaksiyasının aşağı olması anlaşılandır".
Taryel Faziloğlu, həmçinin problemin psixoloji tərəflərini də açıqlayıb. O, qeyd edib ki, oğlan abituriyentlərin bir çoxu öz gələcəklərini texniki və inşaat ixtisaslarında görür
"Bu ixtisasların isə balları çox aşağıdır. Onlar üçün əsas hər hansı bir sənətə sahib olmaqdır. Eyni zamanda oğlan uşaqları arasında yeniyetməlik dövründə gününü daha çox əyləncəyə həsr edənlər çoxdur, yəni onlar öz psixoloji harmonal aktivliyini büruzə verirlər. Bu zaman onların oxumağa ehtiyacları qalmır. Həmçinin, məktəblərdə ümumi ab-havanı nəzərdən keçirərkən, oğlanların psixoloji şiddətə qarşı müdafiə mexanizmlərinə daha çox zaman ayırdığına da şahidi olaraq. Çünki məktəblərimizin əksəriyyəti gərgin bir zonaya çevrilib. Fikir verin, son zamanlar məktəblərdə kriminal hadisələrin, şiddət hallarının tez-tez baş verməsini eşidirik və görürük. Hətta yeniyetmələrin intihar etməsi xəbərlərini də alırıq".
Sonda T.Faziloğlu Azərbaycanda şagird-müəllim, şagird-cəmiyyət münasibətlərində problemlərin olduğunu və bununların təhlil edilməsinin vacibliyini vurğulayıb. Onun sözlərinə görə, səhvlərlə dolu bir sistem dəyişməlidir. Bunun olmadığı təqdirdə cəmiyyətdə savadsızlığın daha da artmasına şahidi olacağıq.
Bəs, görəsən mövcud problemlə bağlı təhsil ekspertləri nə düşünür? Onların fikrincə, bu vəziyyətin özəyində nə dayanır?
Təhsil eksperti Kamran Əsədovun fikrincə, bu problemin əsas səbəbi oğlan uşaqlarına verilən azadlıq və mental dəyərlərimizdir.
"Bizim mental xüsusiyyətlərimiz var, oğlanlar bütün günü küçədə gəzirlər, onlara verilən azadlıqdan düzgün istifadə etmirlər. Əyləncəyə meyilli olduqları üçün o qədər də dərsə meyl göstərmilər. Qızlar ev şəraitində olduqları üçün daha çox diqqətlərini karyera qurmağa verirlər. Məhz bu amillər onların nətcilərinə təsirini göstərir".
Təhsil eksperti Elşən Qafarov isə düşünür ki, internet və İKT şagidlərin təhsilinə mənfi təsir göstərən amillərdir. Onun sözlərinə görə, bir çox oğlan uşaqları qızlara nisbətən vaxtlarını internetdə və sosial şəbəkələrdə keçirməyi daha çox meyl göstərirlər.
"Bu da onların təhsildən yayınmasına gətirib çıxarır. Ancaq qız övladlarının internet və sosial şəbəkələrdən asıllığı azdır və onlar vaxtlarını oxumağa və mütaliəyə həsr etməyə üstünlük verirlər"./Ednews
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Xalq artisti Ramiz Əzizbəylinin kürəkəni həbs edilib
Bakıda məmurun xanımı lyuka düşüb xəsarət aldı, AAYDA rəsmisi cərimə edildi
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
Azərbaycanda yağ kəskin bahalaşdı
Türkiyə bu ölkəyə ordu yeridir - Saziş TBBM-ə verildi
Səhər saatlarında 13 nömrəli avtobus problemi - "BakuBus" sorğumuza cavab vermədi
Pensiya məbləğləri necə dəyişəcək? - Yeni mexanizmin DETALLARI
Təranə Qumral Əli Mirəliyevə ömürlük cəza istədi, müğənnidən sərt cavab gəldi
Torpaq bazarında yeni imkan: Bu şəxslərə pulsuz sahələr veriləcək
Şahzadə bahalığa görə 5 əsrlik sarayı kirayə verir - Napoleon burada böyüyüb - Fotolar
Qəzada ölən Elşən "AzərEnerji"nin əməkdaşı imiş - Foto
Məhsulun üzərindəki tarix dəyişdirilib? Bunu necə müəyyən etmək olar? - QİDA EKSPERTİNDƏN AÇIQLAMA
Toy karvanlarında avtomobil bəzəkləri ilə bağlı XƏBƏRDARLIQ: 800 manat cərimə...
Süni intellekt indi də oğurluq etdi
Övladı doğulduğu üçün maşınını bəzəyənlər 500 manat cərimələnirlər? (VİDEO)