Təhsil ekspertindən MARAQLI TƏKLİF - Test tapşırıqlarını yeni qurum hazırlasın - VİDEO
Dövlət İmtahan Mərkəzi ötən il ali təhsil müəssisələrinə imtahan vermiş abituriyentlərin nəticələri ilə bağlı narahatlıqları "Abituriyent 12" jurnalında qeyd edib. Bildirilir ki, orta statistik məzun məktəb proqramının 42-73%-ni, yəni demək olar ki, yarısından çoxunu mənimsəmir. Ötən il abituriyentlər testlərin yalnız 27-58 faizinə düzgün cavab veriblər.
Sonxeber.az Xəzər TV-yə istinadən xəbər verir ki, ötən il ali təhsil müəssisələrinə imtahan verən abituriyentlər fənlər üzrə testlərin yalnız 27-58 faizinə düzgün cavab verib. Bu barədə məlumat Dövlət İmtahan Mərkəzinin "Abituriyent 12" jurnalında yer alıb.
Məlumatda bildirilib ki, test tapşırıqları məktəb proqramı çərçivəsində hazırlanır. Ancaq görünən odur ki, orta statistik məzun məktəb proqramının 42-73%-ni mənimsəmir. Dövlət İmtahan Mərkəzinin qənaətinə əsasən, buna səbəb məktəblərin böyük qismində tədris prosesinin normal aparılmaması, tələbkarlığın zəifliyi, ən başlıcası isə müəllimlərin çoxunun peşəkarlıq səviyyəsinin aşağı olmasıdır. Təhsil eksperti Elşən Qafarov isə tam fərqli fikirlər səsləndirdi. Ekspert nəticələrin zəif olmasını başqa detallar ilə əlaqələndirir.
Təhsil eksperti deyir ki, yaranmış vəziyyətdən çıxış yolu var. Ancaq bunun üçün Dövlət İmtahan Mərkəzindən test hazırlamaq, vəsait buraxmaq və xüsusi proqramla fəaliyyət göstərmək səlahiyyətləri alınmalı və yalnız imtahanları keçirən texniki bir quruma çevrilməlidir. Testologiya mərkəzi və ya institutu yaradılmalıdır ki, sualların tərtibi məsələsinə məhz o qurum nəzarət etməlidir.
"Abituriyent 12" jurnalında o da qeyd olunub ki, abituriyentləri yüksək nəticələr qazanan qabaqcıl rayon, məktəb, eləcə də yüksək nəticələri ilə fərqlənən müəllimlərin təcrübəsi öyrənilməli və yayılmalıdır.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1242 Tarix: 12 iyun 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
ATS rabitə xidmətindən ŞİKAYƏT: "Belə sürünə-sürünə işlətməkdənsə..."
ın redaksiyasına ATS rabitə xidməti ilə bağlı şikayət daxil olub. Belə ki, şikayətçi Cəfər Məmmədovun sözlərinə görə, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, Əli Məmmədov küçəsində yerləşən 11 nömrəli binada günlərdir ki, internet bərbad vəziyyətdədir:. "Tək bizim "WiFi" olsa, modem aparatınd
18 sentyabr 2021Səməd Seyidovun rəhbəri olduğu Mərkəz bağlandı
Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun başçısı olduğu Siyasi Psixologiya Mərkəzi (SPM) fəaliyyətini dayandırıb. Mərkəzin fəaliyyətini dayandırmasına səbəb maliyyə problemini
18 sentyabr 2021Azərbaycan və İran Gorus-Qafan yolundakı vəziyyəti müzakirə edib
İran səfiri Seyid Abbas Musəvi Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayevlə görüşüb. Bu barədə İranın Azərbaycandakı Səfirliyi məlumat yayıb. Bildirilib ki, görüşdə bölgədəki cari dəyişikliklər, xüsusilə də Azərbaycanla Ermənistan arasındakı sərhəd bölgələrində vəziyyət, Gorus-Qafan yolund
18 sentyabr 2021Şairdən Üzeyir Hacıbəyliyə qəribə təbrik: "Bunu sənə bağışlamaq olmur..."
"Xöşbəxt adamsan ki, Azərbaycan musiqisinin bu gününü görmədin". Qaynarinfo xəbər verir ki, bunu nəğməkar şair, Əməkdar İncəsənət Xadimi Baba Vəziroğlu dahi bəstəkar Üzeyir Hacıbəylini ad günü ilə əlaqədar təbrikdə yazıb. Şair bildirib ki, Üzeyir bəyin vaxtsız ölümü ilə Azərbaycan musiqis
18 sentyabr 2021Rusiyanın hərbi gəmiləri Bakıya gəlib - FOTO
Rusiya Hərbi Dəniz Qüvvələrinin nümayəndə heyəti Azərbaycana səfərə gəlib. -a istinadən xəbər verir ki, Rusiya HDQ-nə məxsus "Astraxan" və "Anatoli Qujvin" hərbi gəmiləri ilə gələn nümayəndələr Bakı Dəniz Limanında hərbi orkestrin müşayiəti ilə qarşılanıb. Qarşılama mərasimində Azərbayca
18 sentyabr 2021Gürcüstanda soydaşlarımızın təhsil problemi - VİDEO
Yeni tədris ilinin başlaması ilə qonşu Gürcüstanda yaşayan azərbaycanlılar yenə də təhsil sahəsində böyük problemlə qarşı-qarşıya qalıblar. Belə ki, bu ölkədə fəaliyyət göstərən azərbaycandilli ümumtəhsil məktəblərində təhsil alan şagirdlərin sayı ilbəil azalmağa davam edir. Buna səbəb isə validyenləri
18 sentyabr 2021Sentyabrın 20-dək ictimai nəqliyyat işləməyəcək
Bu gündən sentyabrın 20-si saat 06:00-dək ölkə ərazisində ictimai nəqliyyatın fəaliyyəti dayandırılır. -ın məlumatına görə, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, 18 sentyabr saat 00:00-dan 20 sentyabr saat 06:00-dək ölkə ərazisində ictimai nəqliyyat, o cümlədən Bakı Metropoliten
18 sentyabr 2021