14 günə məhsulu qaytarma tələbindən imtina edən sahibkarları hansı cəza gözləyir? - Hüquqşünasdan AÇIQLAMA
Azərbaycan Respublikasının Qanunvericiliyinə görə, alınan məhsulu 14 günə qaytarmaq mümkündür. Lakin bir çox sahibkarlar bu qanuna riayət etmir, dövlətin qanununu heçə sayaraq "Alınan mal geri qaytarılmır" və "14 gün qanunu bizə yox, "mall" tipli ticarət mərkəzlərinə aiddir" deyib qanunu pozurlar. Bu azmış kimi, məhsulu satarkən müştəriyə çek təqdim etməyərək vergidən yayınırlar. Müştəri 14 günə məhsulu qaytarmaq istədikdə sahibkar bundan boyun qaçırsa, bu, qanunla necə tənzimlənir?
Bununla bağlı Sonxeber.az-a açıqlama verən hüquqşünas Hüseyn İsmayılov bildirib ki, istehlakçı qeyri-ərzaq malını 14 günə dəyişdirə, qaytara bilər və bu məsələ "İstehlakçıların hüquqlarınının müdafiəsi haqqında" Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir:
"Eyni zamanda Nazirlər Kabineti 2014-cü il 3 aprel tarixli "Azərbaycan Respublikasında ticarət, ictimai iaşə, məişət və digər növ xidmət qaydaları" adlı qərar qəbul edib. Bu məsələ digər qanunvericilik aktlarında da tənzimlənir.
Qanuna əsasən, istehlakçı aldığı malda hər hansı qüsur və ya çatışmazlıq aşkar edərsə, satıcıya bəzi tələblər irəli sürə bilər. Məsələn, malı lazımi keyfiyyətli mala dəyişdirməyi, satış qiymətini azaltmağı, qüsurlarının aradan qaldırılmasını, xərclərin əvəzinin ödənilməsini, malın digər markalı malla dəyişdirilməsini və ya müqavilənin ləğv edilməsini, yəni malın geri qaytarılmasını tələb edə bilər.
İstehlakçıya satıcı daha uzun müddət təyin etməyibsə, qeyri-ərzaq malını 14 günə dəyişdirə və qaytara bilər. Qaldı ki, malın qaytarılması üçün nələr lazım olduğuna, mal istifadə olunmayıbsa, onun istehlak xassələri, əmtəə görünüşü, plombu, yarlığı qorunub saxlanılıbsa və həmin satıcıdan alındığına dair sübutları varsa, istehlakçının malın qaytarılması və ya dəyişdirilməsi ilə bağlı tələbi mütləq şəkildə icra edilməlidir.
İstehlakçının malı həmin satıcıdan aldığına dair sübut kassa çeki deyil. Çünki qaydalara əsasən, malın alınmasının və şərtlərini təsdiq edən kassa və ya əmtəə çekinin olmaması istehlakçının tələblərindən imtina üçün əsas ola bilməz və müqavilənin bağlanması şərtlərini təsdiq edəcək şahid ifadələrinə istinad etməkdən məhrum etmir. Bu o deməkdir ki, malı geri qaytararkən çek və qəbz yoxdursa belə, mağaza sahibi istehlakçının malı qaytarmaq tələbindən imtina edə bilməz. Qaydalara əsasən, şahid ifadələri vacibdir, lakin kamera götüntüsü də bəs edər.
Bu qanunvericiliyin pozulmasına görə mülki inzibati cinayət məsuliyyəti var. Ümumilikdə istehlakçı hüquqları haqqında qanunvericiliyi dövlət qoruyur. Bu sahədə qanunvericiliyin pozulmasına nəzarəti Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Anttiinhisar və İstehlak Bazarına Nəzarət dövlət xidməti həyata keçirir. İstehlakçılar hüquqlarının pozulduğunu düşünürlərsə, həmin xidmətə müraciət edə bilərlər.
Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Anttiinhisar və İstehlak Bazarına Nəzarət dövlət xidməti araşdırma başladaraq nəticəsi barədə istehlakçıya məlumat verəcək, həmçinin pozulmuş hüquqlarını bərpa edəcək. Həmin xidmətin səlahiyyətləri çox genişdir. Xidmətin tələblərinin yerinə yetirilməməsinə görə inzibati xətalar məcəlləsində sanksiya nəzərdə tutulub. 4 000 manatdan 5 000 manata qədər cərimə oluna bilərlər. Eyni zamanda istehlakçılar məhkəməyə də müraciət edə bilərlər.
Bunu da qeyd edim ki, Nazirlər Kabinetinin qərarı ilə pərakəndə ticarət obyektlərində dəyişdirilməyən malların siyahısı var. Bu mallara görə müraciət etmək əhəmiyyətsiz hesab olunacaq. Qızıl və qızıl məmulatları, qiymətli metallardan hazırlanmış məmulatlar, parçalar, ölçü ilə satılan lentlər, parfumeriya və kosmetika məhsulları, çimərlik paltarları, məişət kimyası malları, gigiyenik vasitələr, diş fırçası, daraq, uşaq oyuncaqları, alt paltarlarının geri qaytarılması nəzərdə tutulmur. Təbii ki, istehsal qüsuru olması halı istisnadır. İstehsal qüsuru varsa, dəyişdirlə bilər".
Şəbnəm Lətifi
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Xalq artisti Ramiz Əzizbəylinin kürəkəni həbs edilib
Bakıda məmurun xanımı lyuka düşüb xəsarət aldı, AAYDA rəsmisi cərimə edildi
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
Azərbaycanda yağ kəskin bahalaşdı
Türkiyə bu ölkəyə ordu yeridir - Saziş TBBM-ə verildi
Səhər saatlarında 13 nömrəli avtobus problemi - "BakuBus" sorğumuza cavab vermədi
Təranə Qumral Əli Mirəliyevə ömürlük cəza istədi, müğənnidən sərt cavab gəldi
Torpaq bazarında yeni imkan: Bu şəxslərə pulsuz sahələr veriləcək
Pensiya məbləğləri necə dəyişəcək? - Yeni mexanizmin DETALLARI
Şahzadə bahalığa görə 5 əsrlik sarayı kirayə verir - Napoleon burada böyüyüb - Fotolar
Məhsulun üzərindəki tarix dəyişdirilib? Bunu necə müəyyən etmək olar? - QİDA EKSPERTİNDƏN AÇIQLAMA
Toy karvanlarında avtomobil bəzəkləri ilə bağlı XƏBƏRDARLIQ: 800 manat cərimə...
Övladı doğulduğu üçün maşınını bəzəyənlər 500 manat cərimələnirlər? (VİDEO)
Süni intellekt indi də oğurluq etdi