Vilyam Hacıyevin işi üzrə dəymiş ziyanın məbləği AÇIQLANDI: Aktlara etiraz edildi

Vilyam Hacıyevin işi üzrə dəymiş ziyanın məbləği AÇIQLANDI: Aktlara etiraz edildiBu gün Bakı Ağır Cinayətlər Məhkəməsində İmişli Rayon İcra Hakimiyyətinin (RİH) həbsdə olan sabiq başçısı Vilyam Hacıyevin cinayət işi üzrə məhkəmə iclasında ekspertiza rəyləri üzrə aktlar elan olunub.

"Report"un xəbərinə görə, hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə İmişli RİH-in fəaliyyəti ilə bağlı keçirilən yoxlamaların nəticələri açıqlanıb.

Aktlarda qeyd edilib ki, V.Hacıyevin zamanında 356 vətəndaşın adı Dost İş Mərkəzində işlə təmin edilən şəxs kimi yazılsa da, onlar üzrsüz səbəblərdən işə çıxmayıblar, adlarına isə əməkhaqqı yazılıb. Bu müddət ərzində həmin şəxslərin adına 481 min manat maaş yazılsa da, bu məbləğ həmin vətəndaşlara verilməyib.

Aktlara əsasən, rayon ərazisinin işıqlandırılması üçün işıq dirəklərinin alınması və təmirinə 162 min manat, Dövlət Arxivində kitabların saxlanılması üçün 75 min manat, çoxmənzilli binaların təmirinə bir milyon manat vəsait köçürüldüyü halda həmin məbləğlər təyinatı üzrə xərclənməyib.

Eyni zamanda, İmişli Rayon Mərkəzi Xəstəxanasının təmirinə 23 min 701 manat, Yaşıllaşdırma İdarəsinə 559 min manat, İmişli Turizm Şöbəsinə 118 min manat ayrılıb. Lakin aparılan araşdırmalar zamanı bu məbləğlər düzgün xərclənməyib. Bundan başqa, tikinti işlərində istifadə olunan tikinti materiallarına sertifikatlar tələb olunmayıb.

V.Hacıyevin vəkili Elmar Kərimov akta etiraz edib. O deyib ki, aktlarda göstərilən məbləğlər seçmə üsulu ilə aparılıb və bu da əsas götürülə bilməz:

"Biz ona görə maliyyə eksperti tələb edirdik ki, bu rəqəmlərə aydınlıq gətirsin. Bu rəqəmlər İmişli Rayon İcra Hakimiyyətinin nümayəndəsi Cəmil Musayevin izahatları əsasında yazılıb. Aktda göstərilib ki, 4 milyon 879 min manat İmişli Rayon İcra Hakimiyyətinin inzibati binasının tikintisinə ayrılıb. Amma bu məbləğin nə qədəri mənimsənilib, nə qədəri xərclənib, o rəqəm dəqiq göstərilməyib".

Vəkil aktlarla bağlı yazılı və şifahi formada vəsatətlər hazırlamaq üçün məhkəmədən vaxt istəyib.

Məhkəmənin növbəti iclası iyunun 17-nə təyin edilib.

Qeyd edək ki, 2020-ci il mayın 5-də məhkəmənin qərarı əsasında Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən V.Hacıyevin xidməti və yaşadığı ünvanlarda əməliyyat-istintaq tədbirləri həyata keçirilib. Daha sonra o həbs edilib.

İstintaq orqanı tərəfindən V.Hacıyevin barəsində Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə və ya israf etmə, 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə, yəni vəzifəli şəxsin xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməsi və ya qulluq mənafeyi tələb etdiyi halda istifadə etməməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyətin və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurduqda), 311.3.3-cü (rüşvət alma (passiv rüşvətxorluq), külli miqdarda törədildikdə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan olunub.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1245   Tarix: 13 iyun 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Masazırda 65 yaşlı kişi özündən 16 yaş kiçik sevgilisini döydü

Abşeronda kişi sevgilisini döyüb. -a istinadən xəbər verir ki, hadisə Masazır kəndi, Səttar Bəhlulzadə küçəsində qeydə alınıb. 65 yaşlı Murad Şükürov (şərti adla) yaşadıqları evdə qeyri-rəsmi münasibətdə olduğu qadını əl, yumruq və təpik zərbələri ilə döyüb. Buna səbəb qadının Muradın içki içməsinə ira

21 oktyabr
.

Xəyyamın beşinci övladı doğulub

Əməkdar artist Xəyyam Nisanovun beşinci övladı dünyaya gəlib. Axşam.az xəbər verir ki, müğənni bu haqda "Kəşfət" proqramında danışıb. O, beşinci övladının da oğlan olduğunu bildirib. "Bu il bir övladım da dünyaya gəlib. Hər il mənim üçün önəmli və fərqlidir. Mənə ən çox kiçik qızım bənzəyir"

21 oktyabr
.

Qızını qorumaq üçün kürəkənini öldürmüşdü - Cəzası 8 il azaldıldı

Ali Məhkəmənin Cinayət kollegiyası zəruri müdafiə və zəruri müdafiə həddinin aşılması ilə bağlı məhkəmə təcrübəsini müəyyən edən qərar qəbul edib. "Qafqazinfo" xəbər verir ki, bu qərar qızına qarşı zorakılıq edən kürəkənini öldürməkdə təqsirli bilinərək 9 il 6 ay müddətinə azadlıqdan məhru

22 oktyabr
.

Aygün Bəylərin ailəsindən xəbərdarlıq: "Qanun çərçivəsində cavab verəcəklər"

Mərhum Əməkdar artist Aygün Bəylərin bacısı Zümrüd Hümbətova xanəndənin xatirəsinə həsr olunan gecə təşkil edib. Axşam.az xəbər verir ki, bu addım Aygün Bəylərin digər bacılarının və qızı Cananın narazılığına səbəb olub. Xanəndənin adına olan instaqram səhifəsində məsələ ilə bağlı paylaşım edilib. Bildirili

22 oktyabr
.

Qəzada ölən Elşən "AzərEnerji"nin əməkdaşı imiş - Foto

Cəbrayılda baş verən qəza zamanı həlak olan Elşən Rüstəmov "AzərEnerji"nin əməkdaşı olub. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, hadisə işə gedən zaman baş verib. Həyatını itirən Elşənin fotosunu təqdim edirik:

22 oktyabr
.

Leyla Əliyeva Zimbabvenin birinci xanımı ilə görüşdü

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva bu gün Özbəkistanın Səmərqənd şəhərində Zimbabvenin birinci xanımı Oksiliya Mnanqaqva ilə görüşüb. "Qafqazinfo" xəbər verir ki, görüşdə Azərbaycanla Zimbabve arasında ikitərəfli əlaqələrin və qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməs

21 oktyabr
.

Leyla Əliyeva Əminə Ərdoğanla görüşdü - Fotolar

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Özbəkistana səfəri çərçivəsində oktyabrın 21-də Səmərqənddə "Əbədi şəhər" kompleksi ilə tanış olub. Axşam.az xəbər verir ki, komplekslə tanışlıq zamanı Leyla Əliyeva Türkiyənin birinci xanımı Əminə Ərdoğan və Tacikistanın Baş nazirinin müavin

22 oktyabr
.

Azərbaycan işğala son qoymaqla torpaqlardakı terror yuvasını dağıtdı

Altı il əvvəl Azərbaycan 44 günlük Vətən müharibəsində əldə etdiyi qələbəsilə İranla olan 132 km-lik sərhədini bərpa etdi, beynəlxalq cəmiyyət üçün təhlükə yaradan Ermənistanla İranın birgə hərəkətlərinin qarşısı alındı. Torpaqlarımızın işğal altında olduğu 30 ilə yaxın vaxt ərzində İranla Ermənista

22 oktyabr
.

Ərzaq qiymətləri yenə artır: Qışda vətəndaşları nə gözləyir? - İQTİSADÇIDAN AÇIQLAMA

Ərzaq məhsullarının qiymətlərində artım davam edir. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2026-cı ilin yanvar-sentyabr aylarında ərzaq məhsulları, alkoqollu içkilər və tütün məmulatları üzrə qiymətlər ötən ilin eyni dövrü ilə müqayisədə 6,9 faiz artıb. Sentyabrda isə bu məhsullar üzrə qiymə

21 oktyabr