Altı yaşında dişləri ilə avtomobili çəkən pəhləvanın atası: "İspaniyadan təklif gəlmişdi" - FOTO

Altı yaşında dişləri ilə avtomobili çəkən pəhləvanın atası: "İspaniyadan təklif gəlmişdi" - FOTOSosial şəbəkələrdə hər kəsi heyran qoyan altı yaşlı pəhləvan. Doqquzqat rəsmi dünya rekordçuları, Azərbaycanın Quba rayonunun Möhüc kəndindən olan pəhləvanlar – Hüseyn və Laçın Abdulhüseynov qardaşlarının yetirməsi olan bu balaca hər kəsi özünə heyran qoyub.

Bu gördüyünüz istedadlı oğlan Abdulhüseynov İbrahim Laçın oğludur. Pəhləvanın oğlu pəhləvan olar deyib bu balacanın sahəyə olan marağını elə atasından öyrəndik.

Oxu.Az altı yaşlı pəhləvan İbrahimin atası Laçın Abdulhüseynov ilə müsahibəni təqdim edir:
Altı yaşında dişləri ilə avtomobili çəkən pəhləvanın atası: "İspaniyadan təklif gəlmişdi" - FOTO- Dörd yaşından bu sahəyə marağı olduğunu qeyd etmisiniz, dörd yaş çox tez deyilmi?

- Xeyr, bu bizim ata-babadan sənətimiz olub. Qardaşımla birlikdə bir çox beynəlxalq tədbirlərə, yarışlara gedəndə uşaqları da aparırdıq. Biz məşq edəndə həmişə dayanıb baxırdılar. Biz atamızdan öyrəndiyimiz kimi, onlar da bizə baxıb öyrənirlər.

- İbrahimin pəhləvanlıq yolunda ilk nömrəsi nə olub?
Altı yaşında dişləri ilə avtomobili çəkən pəhləvanın atası: "İspaniyadan təklif gəlmişdi" - FOTO- Dörd yaşında dişləri ilə səkkiz kiloqramlıq çəki daşını qaldırırdı. Anası da daxil ailədəki xanımlar narahat olurdular, lakin uşaqların orqanizmi möhkəmdir. Bizim nəslin uşaqları möhkəmdir, dözümlüdür deyə onlara ürək rahatlığı ilə təlim keçə bilirik. Belə-belə, artıq beş yaşında on kq-lıq çəki daşı qaldıra bilirdi. Artıq sonrakı illərdə çəki daşlarını dişi ilə qaldırıb fırlatmağı da öyrəndi.

- Bu gün şüşə qırıntılarının üzərində gəzir, mismarların üzərinə uzanır. Bunlar təhlükəli deyilmi?
Altı yaşında dişləri ilə avtomobili çəkən pəhləvanın atası: "İspaniyadan təklif gəlmişdi" - FOTO- Bütün bunların öz texnikası var. Bədən, dəri möhkəm olmalıdır. Fitnes məşqləri deyil, fiziki cəhətdən dözümlülük üçün məşqlər edilməlidir. Güc ustalarının məşq zamanı xüsusilə fikir verdikləri - düzgün tənəffüs sistemini formalaşdırmaqdır. Havanın qarın boşluğunda düzgün idarə edilməsi və qarın əzələlərinin məşqləri ən önəmli nüanslardan biridir.

- İbrahimin məşqlər zamanı xəsarət aldığı olubmu?

- Şükür ki, dörd yaşından bu günə qədər heç bir xəsarət almayıb. Hətta yarışlara qatılan zaman mənə deyir ki, "ata, asan nömrələr vermə, utanıram, mənə çətin nömrələri de". (gülür). Birinci sinifdə oxumasına baxmayaraq Qubada rayon tədbirlərində çox fəal iştirak edir.
Altı yaşında dişləri ilə avtomobili çəkən pəhləvanın atası: "İspaniyadan təklif gəlmişdi" - FOTO"Azəri qardaşlar" adı ilə beş gəncdən ibarət qrupumuz var. Onlarla dəfələrlə tədbirlərdə fəal iştirak etmişik. Qrup rayon icra başçısı, Gənclər və İdman İdarəsi və başqa tədbirlərdə fəxri fərman və diplomlarla mükafatlandırılıb.

- Qardaşınız Hüseyn bəylə birgə "America's Got Talent" yarışında iştirak etmisiniz. Bəs bu gənclər öz şücaətini hansı beynəlxalq layihələrdə nümayiş etdirəcəklər?

- Bununla bağlı da planlarımız var. Belə ki, artıq xarici ölkələrdə bir çox istedad müsabiqələrinə, şou-proqramlara müraciət etmişik. Pandemiya zamanı bizə cavab gəldi. Sadəcə, virtual, kamera vasitəsilə izləmə olduğu üçün qəbul etmədim. Bu işdə tamaşaçı önəmlidir. Uşaqların motivasiyası olmalıdır.

İspaniyadan dəvət edilmişdik. Düşünürəm ki, yenidən dəvət gəlsə, uşaqları özlərini sınamaları üçün bu yarışa çıxaracağam. Bu aylar ərzində də yeni nömrələr hazırlayırıq. Məqsədimiz uşaqlarla – İbrahim, Kənan, Əli, Emil, Cavid ilə birgə istedad şoularında Ginnesin rekordlarını təzələməkdir.

- Bütün uşaqlardan pəhləvan yetişdirmək olar?
Altı yaşında dişləri ilə avtomobili çəkən pəhləvanın atası: "İspaniyadan təklif gəlmişdi" - FOTO- Xeyr, mən bunu çox sınamışam. Gözündə qorxu olan uşaqlar bu sənətin sahibi ola bilməzlər. Komandamızda, demək olar ki, öz qohumlarımızın, bizim nəslin oğlanlarıdır. Digər bu sənətə marağı olan bir neçə gənci hazırlaşdırmağa çalışdım, amma yarışlara çıxanda gördüm ki, gözlərində qorxu var. Anladım ki, onlar bunu bacarmazlar. Biz ən çətin riskli - mismarlar, çəkic, dişdə çəki daşlarının qaldırılması məsələlərini ancaq öz uşaqlarımız üzərində sınamışıq.

- İbrahim mismarları qarın boşluğuna qoyub uzanmışdı. Üzərinə kimsə çıxdı, yoxsa necə?

- Həmin o mismarlar uşaqlar üçün nəzərdə tutulub. Bildiyimiz, gerçək mismarlardır. O mismar batırılmış taxtanın öz çəkisi 10 kq-dır. Onun da üzərinə 16 kq-a yaxın insan çıxır və İbrahim nömrəni yerinə yetirə bilir. Yarışlarda, çəkilişlərdə hamı mismarları yoxlayıb və görüb ki, hər şey gerçəkdir.

- İbrahim həm də maşın çəkib?
Altı yaşında dişləri ilə avtomobili çəkən pəhləvanın atası: "İspaniyadan təklif gəlmişdi" - FOTO- Bəli, altı yaşında maşın da çəkib. Təxminən bütün nömrələri yaxşı keçib. Şüşə qırıntılarının üzərinə uzanıb, yüksəkdən üzərinə bıçaq atılıb, dişləri ilə çəkisi 10 kq-a yaxın çəki daşı qaldırıb. Hətta ən ağır nömrəsi - altı yaşında dişləri ilə "VAZ-21099" markalı avtomobili çəkib.

- Rekord nömrəniz hansı olacaq?
Altı yaşında dişləri ilə avtomobili çəkən pəhləvanın atası: "İspaniyadan təklif gəlmişdi" - FOTO- Hələ düşünürük. Ola bilər ki, mismarlarla ən ağır, riskli nömrə hazırlayaq. Ya da hündürdən iti bıçaq atmaqla çətin nömrələr hazırlamağı düşünürük. Bütün nömrələr uşaqların yaşına, orqanizminə uyğun təyin edilir. Heç bir sağlamlıq problemləri yaşanmır.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1081   Tarix: 14 iyun 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Masazırda 65 yaşlı kişi özündən 16 yaş kiçik sevgilisini döydü

Abşeronda kişi sevgilisini döyüb. -a istinadən xəbər verir ki, hadisə Masazır kəndi, Səttar Bəhlulzadə küçəsində qeydə alınıb. 65 yaşlı Murad Şükürov (şərti adla) yaşadıqları evdə qeyri-rəsmi münasibətdə olduğu qadını əl, yumruq və təpik zərbələri ilə döyüb. Buna səbəb qadının Muradın içki içməsinə ira

21 oktyabr
.

Xəyyamın beşinci övladı doğulub

Əməkdar artist Xəyyam Nisanovun beşinci övladı dünyaya gəlib. Axşam.az xəbər verir ki, müğənni bu haqda "Kəşfət" proqramında danışıb. O, beşinci övladının da oğlan olduğunu bildirib. "Bu il bir övladım da dünyaya gəlib. Hər il mənim üçün önəmli və fərqlidir. Mənə ən çox kiçik qızım bənzəyir"

21 oktyabr
.

Qızını qorumaq üçün kürəkənini öldürmüşdü - Cəzası 8 il azaldıldı

Ali Məhkəmənin Cinayət kollegiyası zəruri müdafiə və zəruri müdafiə həddinin aşılması ilə bağlı məhkəmə təcrübəsini müəyyən edən qərar qəbul edib. "Qafqazinfo" xəbər verir ki, bu qərar qızına qarşı zorakılıq edən kürəkənini öldürməkdə təqsirli bilinərək 9 il 6 ay müddətinə azadlıqdan məhru

22 oktyabr
.

Aygün Bəylərin ailəsindən xəbərdarlıq: "Qanun çərçivəsində cavab verəcəklər"

Mərhum Əməkdar artist Aygün Bəylərin bacısı Zümrüd Hümbətova xanəndənin xatirəsinə həsr olunan gecə təşkil edib. Axşam.az xəbər verir ki, bu addım Aygün Bəylərin digər bacılarının və qızı Cananın narazılığına səbəb olub. Xanəndənin adına olan instaqram səhifəsində məsələ ilə bağlı paylaşım edilib. Bildirili

22 oktyabr
.

Qəzada ölən Elşən "AzərEnerji"nin əməkdaşı imiş - Foto

Cəbrayılda baş verən qəza zamanı həlak olan Elşən Rüstəmov "AzərEnerji"nin əməkdaşı olub. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, hadisə işə gedən zaman baş verib. Həyatını itirən Elşənin fotosunu təqdim edirik:

22 oktyabr
.

Leyla Əliyeva Zimbabvenin birinci xanımı ilə görüşdü

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva bu gün Özbəkistanın Səmərqənd şəhərində Zimbabvenin birinci xanımı Oksiliya Mnanqaqva ilə görüşüb. "Qafqazinfo" xəbər verir ki, görüşdə Azərbaycanla Zimbabve arasında ikitərəfli əlaqələrin və qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməs

21 oktyabr
.

Leyla Əliyeva Əminə Ərdoğanla görüşdü - Fotolar

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Özbəkistana səfəri çərçivəsində oktyabrın 21-də Səmərqənddə "Əbədi şəhər" kompleksi ilə tanış olub. Axşam.az xəbər verir ki, komplekslə tanışlıq zamanı Leyla Əliyeva Türkiyənin birinci xanımı Əminə Ərdoğan və Tacikistanın Baş nazirinin müavin

22 oktyabr
.

Azərbaycan işğala son qoymaqla torpaqlardakı terror yuvasını dağıtdı

Altı il əvvəl Azərbaycan 44 günlük Vətən müharibəsində əldə etdiyi qələbəsilə İranla olan 132 km-lik sərhədini bərpa etdi, beynəlxalq cəmiyyət üçün təhlükə yaradan Ermənistanla İranın birgə hərəkətlərinin qarşısı alındı. Torpaqlarımızın işğal altında olduğu 30 ilə yaxın vaxt ərzində İranla Ermənista

22 oktyabr
.

Ərzaq qiymətləri yenə artır: Qışda vətəndaşları nə gözləyir? - İQTİSADÇIDAN AÇIQLAMA

Ərzaq məhsullarının qiymətlərində artım davam edir. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2026-cı ilin yanvar-sentyabr aylarında ərzaq məhsulları, alkoqollu içkilər və tütün məmulatları üzrə qiymətlər ötən ilin eyni dövrü ilə müqayisədə 6,9 faiz artıb. Sentyabrda isə bu məhsullar üzrə qiymə

21 oktyabr