İki dayısı oğlu ilə birgə qızı qaçıran gənc: "Öz razılığı ilə maşına oturdu"

İki dayısı oğlu ilə birgə qızı qaçıran gənc: "Öz razılığı ilə maşına oturdu"Ötən ilin payızında dayısı oğlanları ilə əlbir olaraq qız qaçıran şəxsə hökm oxunub.

"Kriminalqafqaz"ın əldə etdiyi məlumata görə, hadisə 2021-ci il sentyabrın 27-də Mingəçevir şəhərində baş verib.

Belə ki, Tərtər rayon sakini Şahin Məmmədov (ad və soyad şərtidir) Bərdə rayonunda yaşayan dayısı oğlanları Hüseyn Əhmədov (ad və soyad şərtidir) və Zaur Qurbanov (ad və soyad şərtidir) ilə əlbir olaraq Mingəçevirdə yaşayan 19 yaşlı Aysel Əliyevanı oğurlayıblar.

Hadisə ilə bağlı başlanılan cinayət işinə Şəki Ağır Cinayətlər Məhkəməsində baxılıb.

Məhkəmədə ifadə verən Şahin Məmmədov bildirib ki, Ayseli öz istəyi ilə qaçırıb:

"Ayselin şəklini mənə dayım qızı göstərmişdi. Daha sonra özüm də onu toyda görüb bəyənmişdim. Danışdıq və ona dedim ki, xoşuma gəlir və evlənmək istəyirəm. O da mənə hisslərinin olduğunu bildirdi. Məndən xoşu gəldiyini və tanımaq istədiyini dedi. Telefonu olmadığı üçün əlaqə saxlaya bilmirdik. Lakin dayım qızına demişdim ki, onunla aramızda görüş təşkil etsin, qaçırdacam. Maddi durumumun yaxşı olmadığını və toy edə bilməyəcəyimi də demişdim. Hadisə baş verən gün dayım qızı ilə danışdım, onlar birlikdə gəzməyə çıxmışdılar. Mənim maşınım olmadığı üçün dayım oğlanlarının maşını ilə getdim. Aysel öz razılığı ilə maşına oturdu və Tərtərə, evimizə gətirdik. Ona heç bir zorakılıq olmayıb. Bizdə olandan sonra onun ailəsi gəlib. Bundan sonra mübahisə düşüb. O, könüllü gəldiyini desə də, zorla maşına salıb aparıblar".

Şahinə Ayseli oğurlamaqda kömək etmiş dayısı oğlanları Hüseyn Əhmədov və Zaur Qurbanov da onunla eyni məzmunlu ifadəni veriblər.

Hadisə zamanı zərərçəkən Aysel Əliyeva məhkəmədəki ifadəsində deyib ki, Şahini daha əvvəl görməyib və tanımır:

"Qonşu qız Ülkər dedi ki, gəzməyə gedək. Mən və bacım, bir də elə qonşuluqda yaşayan qohumumuzla birlikdə getdik. Daha sonra yanımızda bir maşın saxladı və içindən iki nəfər düşdü. Daha sonra bildim ki, bunlar qonşu qız Ülkərin qohumlarıdır. Mən elə vəziyyəti başa düşən kimi Ülkərin arxasına keçsəm də, onlar məni məcbur maşına saldılar. Bacımgil onlara mane olmaq istədilər. Lakin onlar maşını sürüb oradan uzaqlaşdılar. Tərtərə gedəndən sonra hamı məni məcbur etdi ki, ərizədə Şahinlə könüllü gəldiyimi yazım. Mən isə etiraz etdim. Şahin mənim üzümə şillə vurdu. Mən də yalnız ailəm gələrsə, bu ərizəni yazaram dedim. Onlar da ailəmə məlumat verəcəklərini dedilər. Daha sonra mən ərizə yazdım. Ailəm gələndən sonra xalam qızına dedim ki, məni buraya məcburi gətiriblər. Bundan sonra anamgil məni özləri ilə aparacaqlarını dedilər. Mübahisə düşdü. Əlbəyaxa davada Şahinin qohumları məni və ailəmi vurdular. Biz çətinliklə maşına oturub Mingəçevirə getdik. Şəhərə çatan kimi polisə şikayət etdik. Hazırda Şahingil ilə barışmışıq. Heç bir şikayətim yoxdur".

Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Şahin Məmmədov altı il, Hüseyn Əhmədov və Zaur Qurbanovun hər biri isə beş il altı ay müddətinə azadlıqdan məhrum ediliblər.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1457   Tarix: 14 iyun 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Masazırda 65 yaşlı kişi özündən 16 yaş kiçik sevgilisini döydü

Abşeronda kişi sevgilisini döyüb. -a istinadən xəbər verir ki, hadisə Masazır kəndi, Səttar Bəhlulzadə küçəsində qeydə alınıb. 65 yaşlı Murad Şükürov (şərti adla) yaşadıqları evdə qeyri-rəsmi münasibətdə olduğu qadını əl, yumruq və təpik zərbələri ilə döyüb. Buna səbəb qadının Muradın içki içməsinə ira

21 oktyabr
.

Xəyyamın beşinci övladı doğulub

Əməkdar artist Xəyyam Nisanovun beşinci övladı dünyaya gəlib. Axşam.az xəbər verir ki, müğənni bu haqda "Kəşfət" proqramında danışıb. O, beşinci övladının da oğlan olduğunu bildirib. "Bu il bir övladım da dünyaya gəlib. Hər il mənim üçün önəmli və fərqlidir. Mənə ən çox kiçik qızım bənzəyir"

21 oktyabr
.

Qızını qorumaq üçün kürəkənini öldürmüşdü - Cəzası 8 il azaldıldı

Ali Məhkəmənin Cinayət kollegiyası zəruri müdafiə və zəruri müdafiə həddinin aşılması ilə bağlı məhkəmə təcrübəsini müəyyən edən qərar qəbul edib. "Qafqazinfo" xəbər verir ki, bu qərar qızına qarşı zorakılıq edən kürəkənini öldürməkdə təqsirli bilinərək 9 il 6 ay müddətinə azadlıqdan məhru

22 oktyabr
.

Aygün Bəylərin ailəsindən xəbərdarlıq: "Qanun çərçivəsində cavab verəcəklər"

Mərhum Əməkdar artist Aygün Bəylərin bacısı Zümrüd Hümbətova xanəndənin xatirəsinə həsr olunan gecə təşkil edib. Axşam.az xəbər verir ki, bu addım Aygün Bəylərin digər bacılarının və qızı Cananın narazılığına səbəb olub. Xanəndənin adına olan instaqram səhifəsində məsələ ilə bağlı paylaşım edilib. Bildirili

22 oktyabr
.

Qəzada ölən Elşən "AzərEnerji"nin əməkdaşı imiş - Foto

Cəbrayılda baş verən qəza zamanı həlak olan Elşən Rüstəmov "AzərEnerji"nin əməkdaşı olub. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, hadisə işə gedən zaman baş verib. Həyatını itirən Elşənin fotosunu təqdim edirik:

22 oktyabr
.

Leyla Əliyeva Zimbabvenin birinci xanımı ilə görüşdü

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva bu gün Özbəkistanın Səmərqənd şəhərində Zimbabvenin birinci xanımı Oksiliya Mnanqaqva ilə görüşüb. "Qafqazinfo" xəbər verir ki, görüşdə Azərbaycanla Zimbabve arasında ikitərəfli əlaqələrin və qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməs

21 oktyabr
.

Leyla Əliyeva Əminə Ərdoğanla görüşdü - Fotolar

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Özbəkistana səfəri çərçivəsində oktyabrın 21-də Səmərqənddə "Əbədi şəhər" kompleksi ilə tanış olub. Axşam.az xəbər verir ki, komplekslə tanışlıq zamanı Leyla Əliyeva Türkiyənin birinci xanımı Əminə Ərdoğan və Tacikistanın Baş nazirinin müavin

22 oktyabr
.

Azərbaycan işğala son qoymaqla torpaqlardakı terror yuvasını dağıtdı

Altı il əvvəl Azərbaycan 44 günlük Vətən müharibəsində əldə etdiyi qələbəsilə İranla olan 132 km-lik sərhədini bərpa etdi, beynəlxalq cəmiyyət üçün təhlükə yaradan Ermənistanla İranın birgə hərəkətlərinin qarşısı alındı. Torpaqlarımızın işğal altında olduğu 30 ilə yaxın vaxt ərzində İranla Ermənista

22 oktyabr
.

Ərzaq qiymətləri yenə artır: Qışda vətəndaşları nə gözləyir? - İQTİSADÇIDAN AÇIQLAMA

Ərzaq məhsullarının qiymətlərində artım davam edir. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2026-cı ilin yanvar-sentyabr aylarında ərzaq məhsulları, alkoqollu içkilər və tütün məmulatları üzrə qiymətlər ötən ilin eyni dövrü ilə müqayisədə 6,9 faiz artıb. Sentyabrda isə bu məhsullar üzrə qiymə

21 oktyabr