İranla sərhəddə zastava bir neçə dəfə "Silaha" komandası ilə qaldırıldı: Saxlanılanlar var - FOTO

İranla sərhəddə zastava bir neçə dəfə "Silaha" komandası ilə qaldırıldı: Saxlanılanlar var - FOTODövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri çərçivəsində son günlərdə Dövlət Sərhəd Xidmətinin "Göytəpə" və "Lənkəran" sərhəd dəstələrinin əməkdaşları tərəfindən 11 kiloqram 499 qram narkotik vasitənin və 3956 ədəd psixotrop tərkibli həblərin qaçaqmalçılıq yolu ilə İrandan Azərbaycana keçirilməsinin qarşısı alınıb.

Bu barədə Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat Mərkəzi məlumat yayıb.

İyun ayının 1-də saat 23:10-da "Göytəpə" sərhəd dəstəsinin xidməti ərazisində İmişli rayonunun Aranlı kəndi yaxınlığında yerləşən sərhəd zastavasının sahəsində xidmət aparan sərhəd naryadı tərəfindən dövlət sərhədinin İrandan Azərbaycan istiqamətində pozulmasına dəlalət edən əlamətlər aşkar edilib, sərhəd zastavası dərhal "Silaha" komandası ilə qaldırılıb, ərazi qapadılıb.

Həyata keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində sərhədboyu ərazidə kolluqların arasında gizlənən bir nəfər şübhəli şəxs qismində saxlanılıb. Onun Cəlilabad rayonunun Privolnoye kəndində yaşayan, 2002-ci il təvəllüdlü Abbaszadə Fərəc Əli oğlu olması müəyyənləşdirilib, əlindəki bağlamaya baxış zamanı ümumi çəkisi 3348 qram narkotik vasitə (2800 qram "heroin", 520 qram "metamfetamin" və 28 qram "marixuana") aşkar olunaraq götürülüb.

May ayının 31-də saat 23:00 radələrində "Lənkəran" sərhəd dəstəsinin xidməti ərazisində Astara rayonunun Züngüləş kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti sahəsində dövlət sərhədinin pozulması barədə məlumat daxil olub. Sərhəd zastavası dərhal "Silaha" komandası ilə qaldırılıb, ərazi qapadılıb, sərhədboyu zolaq və nəzarətedici vasitələr yoxlanılaraq bir nəfərə məxsus ayaq izləri aşkarlayıb, yerli hüquq-mühafizə orqanları məlumatlandırılaraq sərhəd axtarışına başlanılıb.

Keçirilmiş sərhəd axtarışı və qoşun-əməliyyat tədbirləri nəticəsində meşəlik massivdə kolluqların arasında gizlənən Astara rayonunun Ərçivan kənd sakini, 1993-cü il təvəllüdlü İmaməliyev Gündüz Əfqan oğlu saxlanılıb.

Araşdırma zamanı G.İmaməliyevin əvvəllər də dəfələrlə məhkum edildiyi, qaçaqmalçılıq yolu ilə İran İslam Respub­likasından Azərbaycan Respublikasına narkotik vasitələr gətirmək məqsədilə dövlət sərhədini pozması müəyyənləşdirilib.

G.İmaməliyevin saxlanıldığı ərazidə xidməti itlər də cəlb edilməklə keçirilmiş axtarış zamanı kolluqların arasında onun tərəfindən gizlədilmiş bir ədəd çanta, içərisində ümumi çəkisi 7748 qram olan müxtəlif növ narkotik vasitələr (2149 qram "heroin", 2265 qram "marixuana", 2039 qram "tiryək", 1295 qram "metamfetamin"), 976 ədəd psixotrop tərkibli "metadon-40" həbi və bir ədəd ov bıçaqı aşkar edilərək götürülüb.

İyun ayının 8-də saat 00:10-da "Lənkəran" sərhəd dəstəsinin xidməti ərazisində Astara rayonunun Alaşa kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti sahəsində bir nəfər naməlum şəxsin İran-Azərbaycan istiqamətində hərəkət edərək mühəndis çəpərinə yaxınlaşması və dərhal geri qayıtması ərazidə xidmət aparan sərhəd naryadı tərəfindən müşahidə olunub.

Sərhəd zastavası dərhal "Silaha" komandası ilə qaldırılıb, qeyd olunan ərazi qapadılıb və nəzarətə götürülüb. Dövlət sərhədinin pozulması ilə əlaqədar keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində saat 00:50-də Ələt-Astara avtomagistral yolunun 13-cü km yaxınlığında sərhədboyu ərazidə avtomobildən düşərək yol nişanı sütununun altından naməlum əşya götürən bir nəfərin şübhəli hərəkətləri sərhədçilərin diqqətini cəlb edib.

Sərhəd naryadının "Dayan" əmrinə tabe olmayan şübhəli şəxs hadisə yerindən uzaqlaşmağa cəhd edərkən saxlanılıb. Lənkəran şəhər sakini, 1982-ci il təvəllüdlü Ağayev Kənan Sərhad oğlu olması müəyyənləşdirilmiş şəxsin üzərinə baxış keçirilərkən bir ədəd bağlamanın içərisində 403 qram narkotik vasitə "heroin" və 2980 ədəd psixotrop tərkibli "metadon-40" həbi aşkar olunaraq götürülüb.

Faktlar üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.
İranla sərhəddə zastava bir neçə dəfə "Silaha" komandası ilə qaldırıldı: Saxlanılanlar var - FOTOİranla sərhəddə zastava bir neçə dəfə "Silaha" komandası ilə qaldırıldı: Saxlanılanlar var - FOTOİranla sərhəddə zastava bir neçə dəfə "Silaha" komandası ilə qaldırıldı: Saxlanılanlar var - FOTO


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1085   Tarix: 14 iyun 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Masazırda 65 yaşlı kişi özündən 16 yaş kiçik sevgilisini döydü

Abşeronda kişi sevgilisini döyüb. -a istinadən xəbər verir ki, hadisə Masazır kəndi, Səttar Bəhlulzadə küçəsində qeydə alınıb. 65 yaşlı Murad Şükürov (şərti adla) yaşadıqları evdə qeyri-rəsmi münasibətdə olduğu qadını əl, yumruq və təpik zərbələri ilə döyüb. Buna səbəb qadının Muradın içki içməsinə ira

21 oktyabr
.

Xəyyamın beşinci övladı doğulub

Əməkdar artist Xəyyam Nisanovun beşinci övladı dünyaya gəlib. Axşam.az xəbər verir ki, müğənni bu haqda "Kəşfət" proqramında danışıb. O, beşinci övladının da oğlan olduğunu bildirib. "Bu il bir övladım da dünyaya gəlib. Hər il mənim üçün önəmli və fərqlidir. Mənə ən çox kiçik qızım bənzəyir"

21 oktyabr
.

Qızını qorumaq üçün kürəkənini öldürmüşdü - Cəzası 8 il azaldıldı

Ali Məhkəmənin Cinayət kollegiyası zəruri müdafiə və zəruri müdafiə həddinin aşılması ilə bağlı məhkəmə təcrübəsini müəyyən edən qərar qəbul edib. "Qafqazinfo" xəbər verir ki, bu qərar qızına qarşı zorakılıq edən kürəkənini öldürməkdə təqsirli bilinərək 9 il 6 ay müddətinə azadlıqdan məhru

22 oktyabr
.

Aygün Bəylərin ailəsindən xəbərdarlıq: "Qanun çərçivəsində cavab verəcəklər"

Mərhum Əməkdar artist Aygün Bəylərin bacısı Zümrüd Hümbətova xanəndənin xatirəsinə həsr olunan gecə təşkil edib. Axşam.az xəbər verir ki, bu addım Aygün Bəylərin digər bacılarının və qızı Cananın narazılığına səbəb olub. Xanəndənin adına olan instaqram səhifəsində məsələ ilə bağlı paylaşım edilib. Bildirili

22 oktyabr
.

Qəzada ölən Elşən "AzərEnerji"nin əməkdaşı imiş - Foto

Cəbrayılda baş verən qəza zamanı həlak olan Elşən Rüstəmov "AzərEnerji"nin əməkdaşı olub. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, hadisə işə gedən zaman baş verib. Həyatını itirən Elşənin fotosunu təqdim edirik:

22 oktyabr
.

Leyla Əliyeva Zimbabvenin birinci xanımı ilə görüşdü

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva bu gün Özbəkistanın Səmərqənd şəhərində Zimbabvenin birinci xanımı Oksiliya Mnanqaqva ilə görüşüb. "Qafqazinfo" xəbər verir ki, görüşdə Azərbaycanla Zimbabve arasında ikitərəfli əlaqələrin və qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməs

21 oktyabr
.

Leyla Əliyeva Əminə Ərdoğanla görüşdü - Fotolar

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Özbəkistana səfəri çərçivəsində oktyabrın 21-də Səmərqənddə "Əbədi şəhər" kompleksi ilə tanış olub. Axşam.az xəbər verir ki, komplekslə tanışlıq zamanı Leyla Əliyeva Türkiyənin birinci xanımı Əminə Ərdoğan və Tacikistanın Baş nazirinin müavin

22 oktyabr
.

Azərbaycan işğala son qoymaqla torpaqlardakı terror yuvasını dağıtdı

Altı il əvvəl Azərbaycan 44 günlük Vətən müharibəsində əldə etdiyi qələbəsilə İranla olan 132 km-lik sərhədini bərpa etdi, beynəlxalq cəmiyyət üçün təhlükə yaradan Ermənistanla İranın birgə hərəkətlərinin qarşısı alındı. Torpaqlarımızın işğal altında olduğu 30 ilə yaxın vaxt ərzində İranla Ermənista

22 oktyabr
.

Ərzaq qiymətləri yenə artır: Qışda vətəndaşları nə gözləyir? - İQTİSADÇIDAN AÇIQLAMA

Ərzaq məhsullarının qiymətlərində artım davam edir. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2026-cı ilin yanvar-sentyabr aylarında ərzaq məhsulları, alkoqollu içkilər və tütün məmulatları üzrə qiymətlər ötən ilin eyni dövrü ilə müqayisədə 6,9 faiz artıb. Sentyabrda isə bu məhsullar üzrə qiymə

21 oktyabr