Daşkəsənə və Gədəbəyə dolu yağdı - VİDEO
Bir neçə gündür hökm sürən qeyri-sabit hava şəraiti nəticəsində Daşkəsən rayonuna dolu yağıb.
Sonxeber.az-ın APA-ya istinadla məlumatına görə, bu gün saat 13 radələrində leysan yağışından sonra təxminən 10-15 dəqiqə rayon mərkəzinə, rayonun Xoşbulaq, Çanaqçı, Alaxançallı, Almalı, Suqovuşan və Qabaqtəpə kəndlərinə dolu düşüb, çaylarda suyun səviyəsi artıb.
Rayon icra hakimiyyətindən bildirilib ki, güclü yağış və dolu yağması nəticəsində rayonda hər hansı problem qeydə alınmayıb.
Gədəbəyə isə yağışdan sonra güclü sel gəlib.
Xatırladaq ki, iyunun 10-da saat 19 radələrində Daşkəsən rayonu ərazisində dolu, qasırğalı küləklə müşahidə olunan güclü leysan yağışları və çaylarda sel sularının çoxalması nəticəsində 4 körpü dağlıb, yol, elektrik, rabitə təsərrüfatlarına, fərdi avtomobillərə, əhalinin kənd təsərrüfatı ilə bağlı əkin, kartofçuluq, arıçılıq sahələrinə və yaylaqlarda vətəndaşların çoxsaylı mal-qarasına ciddi ziyan dəyib, bir sıra kəndlərdə ciddi fəsadlar törədərək təhlükəli vəziyyət yaranıb. 4 kənddə elektrik enerjisi təchizatı dayanıb, elektrik dayaqları aşaraq tam yararsız vəziyyətə düşüb.
***
Gədəbəyə də leysan yağışdan sonra dolu düşüb.
Məlumata görə, bu gün saat 14:30 radələrində rayonun mərkəzi, Düzyurd, Arıxdam, Maarif, Söyüdlü və ucqar kəndlərə dolu düşüb. Bundan başqa güclü yağışdan sonra rayonun Novasaratovka və Başkəndə sel gəlib. Sel əkin sahələrinə ziyan vurub. Hazırda Gədəbəy rayonunda yağışlı hava davam edir.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 984 Tarix: 15 iyun 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Bu ərazilərdə qaz kəsiləcək - Xəbərdarlıq
Şəmkir rayonunun bəzi kənlərində qaz olmayacaq. "Qafqazinfo" xəbər verir ki, bu barədə Şəmkir Regional Qaz İstismar İdarəsi məlumat yayıb. Bildirilib ki, görüləcək təmir işləri, həmçinin "Qaz İxrac" İdarəsi tərəfindən yaz-yay mövsümü ilə bağlı nəzərdə tutulmuş işlərin icrası ilə əlaqəda
6 mayReseptini özü kəşf etdi, 29 ildir eyni ədviyyatı satır
Türkiyənin Samsun şəhərində fəaliyyət göstərən bir ədviyyatçının illər əvvəl hazırladığı xüsusi ədviyyat qarışımı bu gün də böyük maraq görür. türk mediasına istinadən xəbər verir ki, məlumata görə, ədviyyatçı 3 illik uzun sınaq və araşdırmalardan sonra 29 müxtəlif məhsulun qarışığından ibarət resept
6 maySon üç ildə İKİLİ SOYAD götürən qadınların sayı açıqlandı
Azərbaycanda son 3 ildə nikaha girdiyinə görə ərinin də soyadını götürərək ikili soyad daşıyan qadınların sayı açıqlanıb. "Yeni Sabah"a istinadla bildirir ki, bu barədə Ədliyyə Nazirliyindən məlumat verilib. Qeyd edilib ki, 2024-2026-cı illərdə həm kişilərin, həm də qadınların soyad seçim
5 mayOnlayn media üçün müsabiqə elan edildi
Medianın İnkişafı Agentliyi onlayn media subyektlərinə dəstək üçün müsabiqə elan edir. "Qafqazinfo" xəbər verir ki, Media Reyestrinə daxil edilmiş ictimai-siyasi və idman məzmunlu kütləvi informasiya dərc edən onlayn media subyektləri müsabiqədə iştirak edə bilərlər. Müsabiqədə iştirak etmə
5 may18 may tarixində bölgələrdən Bakıya gələn bu yol müvəqqəti bağlana bilər
WUF13 zamanı bölgələrdən Bakıya gələn nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət nəzərdə tutulmur. xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzinin (NİİM) rəisi polis polkovniki Namidan Piriyev deyib. Onun sözlərinə görə
5 mayBir aydır bağlı olan yoldakı 2 metrlik çuxur nə vaxt təmir olunacaq?
Xəbər verdiyimiz kimi, dünən axşam saatlarında Xaçmazın İstisu qəsəbəsindən keçən yoldakı çuxura avtomobil düşüb. "Qafqazinfo" xəbər verir ki, hadisə nəticəsində nəqliyyat vasitəsinə ciddi zərər dəyib. Minik avtomobilini iki metrədək dərinliyi olan çuxurdan çıxarmaq üçün əraziyə texnika cəl
6 may