Məktəbli düşərgələrinin qiyməti əl yandırır - Uşaqlar yayı necə keçirsinlər?

Məktəbli düşərgələrinin qiyməti əl yandırır - Uşaqlar yayı necə keçirsinlər?Artıq tədris ili sona çatıb. Təbii ki, hər bir valideyn istəyir ki, övladı yay tətilində vaxtını səmərəli keçirsin. Bunun üçün övladlarını yay düşərgələrinə yollamaq istəyənlər də az deyil. Lakin qiymətlər heç də hər kəsin büdcəsinə uyğun deyil.

Yay düşərgəsi təşkil edən bir neçə məktəblə əlaqə saxladıq. Məlum oldu ki, məktəblər şəhərdən kənardakı istirahət mərkəzlərində otaqlar kirayələyir və uşaqlar orada dincəlirlər.
Məktəblərin birindən bildirildi ki, bir şagirdin Bakı ərazisində altı gün beş gecə yay düşərgəsinə qatılması üçün valideyn 600-700 manat pul ödəməlidir.

Digər məktəbdən isə bildirildi ki, düşərgə həftə içi hər gün 09:00-18:00 arası keçirilir. Düşərgənin bir növbəsi beş gün davam edir. Bir növbə üçün 299 manat, iki növbə üçün 549 manat, dörd növbə üçün isə 1099 manatdır. Düşərgəyə 6-15 yaşlı uşaqlar qəbul olunurlar.

Bir ailədən iki uşaq düşərgədə iştirak edən zaman qiymətə 10 faiz endirim edilir.

Deputat Ceyhun Məmmədov Oxu.az-a açıqlamasında bildirib ki, bu gün şagirdlərin yay tətilində vaxtlarının səmərəli təşkili xüsusi əhəmiyyət daşıyır:

"Sovet Sosialist Respublikaları İttifaqı dövründə yay düşərgələri var idi. Hazırda isə bu düşərgələr yoxdur, olsa da, kütləvi təşkil edilmir. Hesab edirəm ki, şagirdlərin vaxtlarını səmərəli keçirmək, bilik və bacarıqlarını artırmaq üçün yay düşərgələrinin təşkili önəmlidir.

Əksər valideynlərin bir qayğısı var ki, uşaqları yay aylarında tətillərini səmərəli keçirə bilmirlər, zərərli təsirlərə məruz qalırlar. Bu baxımdan gənclərin vaxtlarının təşkili önəm və əhəmiyyət daşıyır. Bu gün bu məsələyə baxılmalı və gələcəkdə bu istiqamətdə müəyyən addımlar atılmalıdır".

Qeyd edək ki, ötən ildən məktəblərdə iki həftəlik "Yay məktəbi" təşkil edildi. Məqsəd şagirdlərin zəruri bilik və bacarıqlarının möhkəmləndirilməsi, öyrənilənlərin ümumiləşdirilməsi idi.

Bu il də "Yay məktəbi" təşkil ediləcək. Birinci sinifdən başlayaraq 10-cu sinfə qədər hər kəs qatıla bilər. İyun ayının sonuna qədər müəllimlər dərs yükünə uyğun maaş aldıqları üçün əlavə ödəniş nəzərdə tutulmur.

Əlavə ödənişin olmadığı üçün müəllimlər də "Yay məktəbi"nin təşkilindən narazıdırlar.
Saytımıza danışan müəllimlərdən biri bildirdi ki, isti yay günündə əlavə dərslərin keçirilməsi çətindir:

"İl ərzində uşaqlarla məşğul oluruq. Yenidən "Yay məktəbi"ndə onlarla işləmək çətindir. Hava isti olur, onlar məktəbdə olmaq istəmirlər. Dərslər arasında fasilələr olanda da uşaqları yenidən dərs üçün bir yerə yığa bilmirik".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1361   Tarix: 17 iyun 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Maqsud Mahmudov Ukraynada tutularaq Azərbaycana gətirildi - RƏSMİ

2020-ci ilin yanvar ayının 10-dan Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə Daxili İşlər Nazirliyi tərəfindən beynəlxalq axtarışa verilmiş Mahmudov Maqsud Soltan oğlu bu il iyul ayında Ukrayna Respublikası ərazisində tutulub. Bu barədə Baş Prokurorlu

18 sentyabr 2021
.

Rayonlara dolu düşüb, şimşək çaxıb

Azərbaycanda faktiki hava açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, sentyabrın 17-si saat 16.00-a olan məlumatına əsasən Şəki, Daşkəsən, Gədəbəy, Göy-göl, Quba, Ləzə, Qusar, Oğuz, Kişçay (Şəki), Balakən, Zaqatala, Tovuz, İsmayıllıd

17 sentyabr 2021
.

Azərbaycan polisindən ermənilərə süngülü dərs - VİDEO

Gorus-Qafan yolu üzərində xidmət göstərən Azərbaycan polisi yoldan keçmək istəyən ermənilərə dərs verib. "Qafqazinfo" xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə üzərində qondarma respublikanın "bayrağ"ı olan avtomobilin postdan keçmək üçün yaxınlaşdığı görünür. Postd

18 sentyabr 2021
.

ATS rabitə xidmətindən ŞİKAYƏT: "Belə sürünə-sürünə işlətməkdənsə..."

ın redaksiyasına ATS rabitə xidməti ilə bağlı şikayət daxil olub. Belə ki, şikayətçi Cəfər Məmmədovun sözlərinə görə, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, Əli Məmmədov küçəsində yerləşən 11 nömrəli binada günlərdir ki, internet bərbad vəziyyətdədir:. "Tək bizim "WiFi" olsa, modem aparatınd

18 sentyabr 2021
.

Azərbaycanda xarici diplomların tanınması qaydası dəyişir

"Xarici kvalifikasiyaların (diplomların) tanınması qaydalarına dəyişiklik edilməsi ilə bağlı hökumətə yeni layihə təqdim edilib. Yaxın bir ayda diplomların tanınması başqa formata keçəcək". xəbər verir ki, bunu Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) İdarə Heyətinin sədri Eldar Oruco

17 sentyabr 2021
.

Tovuzda sel suları məktəb və evlərə doldu - VİDEO

Axşam saatlarında qərb bölgəsinə yağan güclü yağış daşqınlara səbəb olub. Xüsusən, Tovuz rayonunun Yanıqlı və Əsrik-Cırdaxan kəndlərində sel suları kənd yollarını yuyub. Su orta məktəb binasına və bəzi evlərə dolub. Bundan əlavə, əkin sahələrinə ciddi ziyan dəyib. Hazırda Yanıqlı kəndində elektrik enerjisini

18 sentyabr 2021
.

Prezident Xalq artistinə mənzil verdi

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Xalq artisti, görkəmli tarzən Vamiq Məmmədəliyevə mənzil verib. Bu barədə Xalq artisti özü sosial şəbəkə hesabında məlumat verib. O qeyd edib ki, 75 illik yubileyi münasibəti ilə bağlı mənzil şəraitinin yaxşıllaşdırılaması üçün İlham Əliyev tərəfində

17 sentyabr 2021
.

Qondarma rejimin "bayrağ"ını silən polis kimdir? - FOTO/VİDEO

Xəbər verdiyimiz kimi, Gorus-Qafan yolunun Şurnux kəndi ərazisindən keçən zolağa nəzarət edən Azərbaycan polisi burada hərəkət edən avtomobilin üzərindəki qondarma "respublika"nın qondarma "bayrağı"nı elə yerindəcə süngü ilə qazıyıb. Sosial şəbəkələrdə yayılan məlumata görə, həmi

18 sentyabr 2021
.

Azərbaycan polisi qondarma "bayrağ"ı maşınların üzərindən süngü ilə qazıdı - VİDEO

Gorus-Qafan yolunun Şurnux kəndi ərazisindən keçən 21 kilometr zolağına nəzarət edən Azərbaycan polisi bu yoldan keçən avtomobillərdəki daha bir qanunsuzluğu aradan qaldırmaq üçün maraqlı üsula əl atıb. Belə ki, ərazidəki postda xidmət edən qəhrəman polislərimiz sözügedən yoldan keçən avtomobilləri

17 sentyabr 2021