Meymunçiçəyi, yoxsa dəri xəstəliyi? - Həkim-dermatoveneroloqdan HƏYƏCAN TƏBİLİ + FOTO
Son günlər sosial şəbəkədə meymunçiçəyi virusu ilə bağlı müxtəlif fikirlər paylaşılır. Üstəlik, ictimai nəqliyyatda qolunda meymunçiçəyi infeksiyasına xas səpkiləri xatırladan yaralar olan sərnişinin fotosu insanlar arasında daha da narahatlıq yaradıb.
Səhiyyə Nazirliyinin mətbuat xidmətinin yaydığı son məlumata görə, ölkədə meymunçiçəyinə yoluxma faktı aşkarlanmayıb.
Bəs meymunçiçəyi, eləcə də suçiçəyi infeksiyası ilə eyni formada təzahür edən dəri xəstəliyi varmı?
Oxu.Az-ın bu və digər suallarını həkim-dermatoveneroloq Aqşin Kəngərli cavablandırıb.
Həkim bildirib ki, iri, suluqlu yaralarla müşahidə edilən müxtəlif dəri xəstəlikləri var:
"Səpki və qaşınma ilə xarakterizə olunan polietioloji dəri xəstəlikləri qrupundan olan dəmrovu misal çəkmək olar. Bu xəstəliyin bir çox növü var - sulu dəmrov, ekzema, pullu dəmrov, kəmərləyici dəmrov və s. Ekzemanın müəyyən formaları - sulu, yarısulu, quru kimi səpkilərlə müşahidə edilir. Ən əsas və əhali arasında ən çox yayılan xəstəliklər məhz bunlardır. Yəni onların dəridə müşahidə edildiyi forma suluqlu yaranı xatırladır".
Həkim onu da əlavə edib ki, bu xəstəliklər təmasla keçmir:
"Onların hər birinin müxtəlif mənbəyi və yaranma forması var. Sadalananlar arasında elə dəri xəstəlikləri var ki, autoimmun problem səbəbindən, eləcə də genetik, orqanizmdə yaranan müəyyən aqressiya səbəbindən əmələ gəlir. Kəmərləyici dəmrov isə virus xəstəliyidir. Viruslar isə ümumiyyətlə çoxdur.
Kəmərləyici dəmrov virusu sinir sisteminin virusu hesab edilir. O, yarandığı zaman dəri sinirlərini zədələyir və başlayır törəyərək yayılmağa".
Bəs bu sadalanan xəstəliklər dəridə iz qoyur, yoxsa təmiz sağalır?
Həkim-dermatoveneroloq bildirib ki, dəridə iz qalması birbaşa virusun dərinin hansı qatına düşməsindən asılıdır:
"Dərinin qatları çoxdur. Əgər virus dərinin iki-üç qatını zədələyibsə, əlbəttə ki, müalicədən sonra da müəyyən ləkələr, izlər qala bilər. Hətta çapıq formasında da qala bilər. Yox, əgər dəri səthindədirsə, heç bir iz olmadan sağala bilir".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 3412 Tarix: 17 iyun 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Maqsud Mahmudov Ukraynada tutularaq Azərbaycana gətirildi - RƏSMİ
2020-ci ilin yanvar ayının 10-dan Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə Daxili İşlər Nazirliyi tərəfindən beynəlxalq axtarışa verilmiş Mahmudov Maqsud Soltan oğlu bu il iyul ayında Ukrayna Respublikası ərazisində tutulub. Bu barədə Baş Prokurorlu
18 sentyabr 2021Rayonlara dolu düşüb, şimşək çaxıb
Azərbaycanda faktiki hava açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, sentyabrın 17-si saat 16.00-a olan məlumatına əsasən Şəki, Daşkəsən, Gədəbəy, Göy-göl, Quba, Ləzə, Qusar, Oğuz, Kişçay (Şəki), Balakən, Zaqatala, Tovuz, İsmayıllıd
17 sentyabr 2021Azərbaycan polisindən ermənilərə süngülü dərs - VİDEO
Gorus-Qafan yolu üzərində xidmət göstərən Azərbaycan polisi yoldan keçmək istəyən ermənilərə dərs verib. "Qafqazinfo" xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə üzərində qondarma respublikanın "bayrağ"ı olan avtomobilin postdan keçmək üçün yaxınlaşdığı görünür. Postd
18 sentyabr 2021ATS rabitə xidmətindən ŞİKAYƏT: "Belə sürünə-sürünə işlətməkdənsə..."
ın redaksiyasına ATS rabitə xidməti ilə bağlı şikayət daxil olub. Belə ki, şikayətçi Cəfər Məmmədovun sözlərinə görə, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, Əli Məmmədov küçəsində yerləşən 11 nömrəli binada günlərdir ki, internet bərbad vəziyyətdədir:. "Tək bizim "WiFi" olsa, modem aparatınd
18 sentyabr 2021Azərbaycanda xarici diplomların tanınması qaydası dəyişir
"Xarici kvalifikasiyaların (diplomların) tanınması qaydalarına dəyişiklik edilməsi ilə bağlı hökumətə yeni layihə təqdim edilib. Yaxın bir ayda diplomların tanınması başqa formata keçəcək". xəbər verir ki, bunu Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) İdarə Heyətinin sədri Eldar Oruco
17 sentyabr 2021Tovuzda sel suları məktəb və evlərə doldu - VİDEO
Axşam saatlarında qərb bölgəsinə yağan güclü yağış daşqınlara səbəb olub. Xüsusən, Tovuz rayonunun Yanıqlı və Əsrik-Cırdaxan kəndlərində sel suları kənd yollarını yuyub. Su orta məktəb binasına və bəzi evlərə dolub. Bundan əlavə, əkin sahələrinə ciddi ziyan dəyib. Hazırda Yanıqlı kəndində elektrik enerjisini
18 sentyabr 2021Prezident Xalq artistinə mənzil verdi
Prezident İlham Əliyev Azərbaycan Respublikasının Xalq artisti, görkəmli tarzən Vamiq Məmmədəliyevə mənzil verib. Bu barədə Xalq artisti özü sosial şəbəkə hesabında məlumat verib. O qeyd edib ki, 75 illik yubileyi münasibəti ilə bağlı mənzil şəraitinin yaxşıllaşdırılaması üçün İlham Əliyev tərəfində
17 sentyabr 2021Qondarma rejimin "bayrağ"ını silən polis kimdir? - FOTO/VİDEO
Xəbər verdiyimiz kimi, Gorus-Qafan yolunun Şurnux kəndi ərazisindən keçən zolağa nəzarət edən Azərbaycan polisi burada hərəkət edən avtomobilin üzərindəki qondarma "respublika"nın qondarma "bayrağı"nı elə yerindəcə süngü ilə qazıyıb. Sosial şəbəkələrdə yayılan məlumata görə, həmi
18 sentyabr 2021