Qəzada ölən nişanlı cütlüyün hekayəsi: Ananın gördüyü yuxu hər kəsi kövrəltdi

Qəzada ölən nişanlı cütlüyün hekayəsi: Ananın gördüyü yuxu hər kəsi kövrəltdi"İbrahimin anası yuxu gördü. Yuxuda oğlumuz əlində gül ilə böyük bir daşın üzərində oturub və deyir, ay Günel, həyatım, gəlmirsən? Və artıq biz oyandıq ki..."

Sonxeber.az Lent.az-a istinadən xəbər verir ki, bunu qəzada dünyasını dəyişən nişanlı cütlük İbrahim və Güneldən danışan Rəhim bəy deyir. Rəhim bəy İbrahimin atasıdır.

Bilmirik, bəlkə də, bu hadisəyə üzülməkdə haqsızıq. Günel və İbrahim yenə qovuşub axı...

Rəhim bəy özü də dediyi kimi, balalarından danışır. Oğlunun fəaliyyətindən o qədər qürurlu, rahat danışır ki... Ta ki, onu itirdiyi nöqtəyə gələnə qədər...

- Oğlum İbrahim 1990-cı ildə Balakən rayonunda doğulub. Gürcüstanda ali təhsil alıb. Daha sonra isə inşaat mühəndisliyi üzrə təhsil alıb. Çox bacarıqlı idi, idmana gedirdi. Gürcüstanda cüdo üzrə Azərbaycan bayrağını qaldırıb və ona Gürcüstan vətəndaşlığı təklif olunmuşdu.

Oğlum yüksək dərəcəli inşaat mühəndisi və memar idi. İnşaat mühəndisliyini bitirdi və Bakıya getdi. Burada isə o, Gəncə depo inşaatında baş layihəçi işlədi. Bu yaxında həmin deponun açılışı oldu və prezident də iştirak etdi. Bax, o deponu mənim oğlum tikib. O "Şərq bazarı"nda da layihə və sahə mühəndisi kimi işə başladı. Orada gördüyünüz gözəllikləri, miniatürləri düzəldən mənim oğlumdur. Ora da cənab Prezident açılışa gəldi.

Ən son ona Şüvəlanda layihə başlayacaqdı. Və həmin işə başlayarkən yorulmuşdu. Özü dedi ki, bizim toyun vaxtını yaxınlaşdırın.

Kimin arzusu belə tez reallaşar ki, Allah sizi daha tez qovuşdurmaq istəyib...

- Onlar Balakəndə, ötən ilin dekabrında "ASAN xidmət"in qarşısında tanış olublar. Son məqamlarında artıq İbrahim elə bil ki, Güneldən başqa heç kimi görmürdü. Günel də İbrahimdən başqa... İkisi də tərbiyəli, yetişmiş uşaqlar idi. Oğlum türk, ərəb və ingilis dillərində sərbəst danışırdı. Günel balam da ingilis dilini bilirdi. Maşında hamımız bir yerdə olanda onlar öz aralarında ingilis dilində danışırdılar ki, biz başa düşməyək.
Qəzada ölən nişanlı cütlüyün hekayəsi: Ananın gördüyü yuxu hər kəsi kövrəltdiAmma qəribə hekayənizi çox adam bildi...

- Hansı ki, fevral ayında nişanda oynamışdıq, qızıllar alınmışdı, xonçalar düzəlmişdi. Bu ayın 19-u toy olmalı idi. Ayın 10-u axşam mənə çıxacağını bildirdi Bakıdan Balakənə. Yəni toyu olacağı rayona... Mən ona dedim ki, gecdi, ay oğul. Yox, dedi ata. Axşam maşın az olur. Nişanlısı Günel AMEA-da laboratoriya mütəxəssisi kimi çalışırdı. Onu da götürüb, yola çıxıb...
Qəzada ölən nişanlı cütlüyün hekayəsi: Ananın gördüyü yuxu hər kəsi kövrəltdiYola çıxıblar, amma o yol nə torpaqdan, nə də asfaltdan olmadı. O yol, bu dünyada olanlardan olmadı...

- Yağışlı hava, yeni tökülmüş qara asfalt. Yolu çaşıb və 90-100 arası sürətlə yoldan çıxıb. Yolu itirdikdən sonra isə yığışdıra bilməyib. Və yoldan aşağıda olan ağaca çırpılıb. Oğlum yerindəcə keçinib. Sonra orda sürücülər bunlara yaxınlaşıb. Günelin nəbzinin döyündüyünü görüb və onu Şəki mərkəzi xəstəxanasına aparıblar (ağlayır). Oğlumu isə morqa aparıblar. Və qızımız həyatla çarpışdı. İbrahimin anası yuxusunda gördü ki, oğlumuz böyük bir daşın üzərində oturub və əlində gül ilə, Günel, həyatım, gəlmirsən? Beləcə deyib. Biz oyandıq ki, Günel dünyasını dəyişib. Onu dünən elə İbrahimin yanında torpağa tapşırdıq.
Qəzada ölən nişanlı cütlüyün hekayəsi: Ananın gördüyü yuxu hər kəsi kövrəltdiToya hazırlaşan bir ana yasa boğularsa, necə dözümlü olsun ki...

- Həyat yoldaşım bunlara dözə bilmədi və öz canına qıymaq istədi. Qarşısını aldıq, indi həyata qaytarmışıq. Yaxşıdır.

Mən istəmirdim oğlum maşın alsın. Amma gördüm ki, artıq maşınsız işlərini həll edə bilmir. Elə Günellə tanış olmazdan iki ay əvvəl maşın almışdı...


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 4694   Tarix: 17 iyun 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Maqsud Mahmudov Ukraynada tutularaq Azərbaycana gətirildi - RƏSMİ

2020-ci ilin yanvar ayının 10-dan Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə Daxili İşlər Nazirliyi tərəfindən beynəlxalq axtarışa verilmiş Mahmudov Maqsud Soltan oğlu bu il iyul ayında Ukrayna Respublikası ərazisində tutulub. Bu barədə Baş Prokurorlu

18 sentyabr 2021
.

Rayonlara dolu düşüb, şimşək çaxıb

Azərbaycanda faktiki hava açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, sentyabrın 17-si saat 16.00-a olan məlumatına əsasən Şəki, Daşkəsən, Gədəbəy, Göy-göl, Quba, Ləzə, Qusar, Oğuz, Kişçay (Şəki), Balakən, Zaqatala, Tovuz, İsmayıllıd

17 sentyabr 2021
.

Azərbaycan polisindən ermənilərə süngülü dərs - VİDEO

Gorus-Qafan yolu üzərində xidmət göstərən Azərbaycan polisi yoldan keçmək istəyən ermənilərə dərs verib. "Qafqazinfo" xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə üzərində qondarma respublikanın "bayrağ"ı olan avtomobilin postdan keçmək üçün yaxınlaşdığı görünür. Postd

18 sentyabr 2021
.

ATS rabitə xidmətindən ŞİKAYƏT: "Belə sürünə-sürünə işlətməkdənsə..."

ın redaksiyasına ATS rabitə xidməti ilə bağlı şikayət daxil olub. Belə ki, şikayətçi Cəfər Məmmədovun sözlərinə görə, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, Əli Məmmədov küçəsində yerləşən 11 nömrəli binada günlərdir ki, internet bərbad vəziyyətdədir:. "Tək bizim "WiFi" olsa, modem aparatınd

18 sentyabr 2021
.

Azərbaycanda xarici diplomların tanınması qaydası dəyişir

"Xarici kvalifikasiyaların (diplomların) tanınması qaydalarına dəyişiklik edilməsi ilə bağlı hökumətə yeni layihə təqdim edilib. Yaxın bir ayda diplomların tanınması başqa formata keçəcək". xəbər verir ki, bunu Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) İdarə Heyətinin sədri Eldar Oruco

17 sentyabr 2021
.

Tovuzda sel suları məktəb və evlərə doldu - VİDEO

Axşam saatlarında qərb bölgəsinə yağan güclü yağış daşqınlara səbəb olub. Xüsusən, Tovuz rayonunun Yanıqlı və Əsrik-Cırdaxan kəndlərində sel suları kənd yollarını yuyub. Su orta məktəb binasına və bəzi evlərə dolub. Bundan əlavə, əkin sahələrinə ciddi ziyan dəyib. Hazırda Yanıqlı kəndində elektrik enerjisini

18 sentyabr 2021
.

Prezident Xalq artistinə mənzil verdi

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Xalq artisti, görkəmli tarzən Vamiq Məmmədəliyevə mənzil verib. Bu barədə Xalq artisti özü sosial şəbəkə hesabında məlumat verib. O qeyd edib ki, 75 illik yubileyi münasibəti ilə bağlı mənzil şəraitinin yaxşıllaşdırılaması üçün İlham Əliyev tərəfində

17 sentyabr 2021
.

Qondarma rejimin "bayrağ"ını silən polis kimdir? - FOTO/VİDEO

Xəbər verdiyimiz kimi, Gorus-Qafan yolunun Şurnux kəndi ərazisindən keçən zolağa nəzarət edən Azərbaycan polisi burada hərəkət edən avtomobilin üzərindəki qondarma "respublika"nın qondarma "bayrağı"nı elə yerindəcə süngü ilə qazıyıb. Sosial şəbəkələrdə yayılan məlumata görə, həmi

18 sentyabr 2021
.

Azərbaycan polisi qondarma "bayrağ"ı maşınların üzərindən süngü ilə qazıdı - VİDEO

Gorus-Qafan yolunun Şurnux kəndi ərazisindən keçən 21 kilometr zolağına nəzarət edən Azərbaycan polisi bu yoldan keçən avtomobillərdəki daha bir qanunsuzluğu aradan qaldırmaq üçün maraqlı üsula əl atıb. Belə ki, ərazidəki postda xidmət edən qəhrəman polislərimiz sözügedən yoldan keçən avtomobilləri

17 sentyabr 2021