Son zamanlar müzakirə olunan "Qayınana" filminin çəkiliş prosesinin arxiv görüntüləri yayıldı - VİDEO
"Qayınana" filminin çəkiliş prosesinin görüntüləri yayımlanıb.
Azərbaycan Kinematoqrafçılar İttifaqından verilən məlumata görə, görüntülər Azərbaycan kinorejissoru, Azərbaycan SSR əməkdar incəsənət xadimi və Azərbaycan kino tarixində ilk rəngli bədii filmin müəllifi Hüseyn Seyidzadə tərəfindən çəkilib.
Bildirilib ki, jurnalist Telli Pənahqızının AzTV üçün hazırladığı süjeti "Qayınana" filminin çəkiliş prosesini əks etdirir. Sözügedən kadrları Azərbaycan Kinematoqrafçılar İttifaqına ssenarist Füzuli Sabiroğlu təqdim edib.
Kadrlarda Hüseyn Seyidzadə və baş rolun ifaçısı Nəsibə xanım Zeynalovadan başqa, aktrisa İnarə Quliyeva və filmin quruluşçu operatoru Fikrət Əsgərov görünürlər.
Qeyd edək ki, Xalq artisti Şeyx Əbdül Mahmudov bir neçə gün öncə "Qayınana" filmini tənqid edərək, onun Azərbaycan ədəbiyyatına xas olmadığını iddia edib. Daha sonra Şeyx: "Mən filmə yox, gəlin-qayınana münasibətlərinin o cür təbliğ olunmasına qarşıyam", - deyə açıqlama verərək sözlərinə aydınlıq gətirib.
Həmin görüntüləri təqdim edirik:
Oxu.az
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 3034 Tarix: 24 iyun 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Azərbaycanda yağ kəskin bahalaşdı
Azərbaycanda kərə və duru yağların qiyməti artıb. -a istinadən xəbər verir ki, bahalaşma həm yerli, həm də xarici məhsullarda hiss olunur. Qeyd olunub ki, ümumilikdə yağların qiymətində 6 manatadək bahalaşma müşahidə edilir. Satıcılar bahalaşmanın səbəblərindən məlumatsız olduqlarını bildirirlər
21 oktyabrAnar Bayramov niyə nazir təyin edildi?
Prezident İlham Əliyevin 19 oktyabr 2026-cı il tarixli Sərəncamı ilə Anar Bayramov Azərbaycan Respublikasının səhiyyə naziri təyin edilib. Həmin gün imzalanmış digər sənədlə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) fəaliyyətinə ümumi rəhbərlik və nəzarət səlahiyyəti Səhiyyə Nazirliyinə verilib
20 oktyabrŞəki Xan Sarayını nə qədər turist ziyarət edib? - Gəlir açıqlandı
"2026-cı ilin 9 ayı ərzində Şəki "Yuxarı Baş" Milli Tarix-memarlıq qoruğunda yerləşən Xan sarayına ümumilikdə 128 min turist bilet alaraq ziyarət edib. Təqribən 50 minə yaxın turist biletsiz, yəni ödənişsiz giriş əldə edib". Ölkə.az xəbər verir ki, bunu Qoruqları İdarəetmə Mərkəzini
20 oktyabrÖvladı doğulduğu üçün maşınını bəzəyənlər 500 manat cərimələnirlər? (VİDEO)
Toy karvanları və yeni doğulmuş körpələrin evə gətirilməsi münasibətilə bəzədilən avtomobillərə tez-tez rast gəlinir. Sürücülər sevinclərini bölüşmək istəyərkən bəzən yol hərəkəti qaydalarını unudurlar. Bəs avtomobillərə vurulan bəzəklər hansı hallarda cəriməyə səbəb ola bilər?. Yeni övladın dünyay
21 oktyabrİş stresi ailənizə də təsir edə bilər - Tükənmişliyin 4 əlaməti və çıxış yolu
Səhərlər oyanmaq istəmirsinizsə, özünüzü yorğun, yetərsiz hiss edir və daim maneələrlə qarşılaşdığınızı düşünürsünüzsə, tükənmişlik sindromu ilə üzləşə bilərsiniz. Psixiatriya üzrə mütəxəssis, doktor Talat Sarıkavak bu sindromun əlamətləri və onunla mübarizə yolları barədə məlumat verib. Qaynarinfo xəbə
21 oktyabr