İcra hakimiyyətdən yalnış yazılmış sözlə bağlı AÇIQLAMA - YENİLƏNİB + FOTO
Nəsimi Rayon İcra Hakimiyyəti səhv yazılmış "mühafizə" sözü ilə bağlı açıqlama verib.
Açıqlamada deyilir:
"Oxu.az" xəbər portalında qeyd edilib ki, rayon İcra Hakimiyyəti tərəfindən quraşdırılan lövhədə "mühafizə" sözü "mühavizə" kimi yazılıb.
İlk növbədə qeyd edirik ki, sözügedən lövhə rayon İcra Hakimiyyəti tərəfindən quraşdırılmamış və quraşdırılma ilə bağlı RİH tərəfindən hər hansı razılıq və ya icazə olmayıb.
Ünvana baxış keçirilmiş və qanunsuz quraşdırılmış lövhə yığışdırılıb.
Lövhə yığışdırıldıqdan dərhal sonra Azadlıq prospekti ev 18, mənzil 95 ünvanda yaşayan vətəndaş Gözəlov Fəxrəddin Əhməd oğlu özünü "Qəsr" Mədəni İrsi və Tarixi Abidələri Qoruyaq" İctimai Birliyinin sədri kimi təqdim edərək lövhənin onun tərəfindən quraşdırıldığını qeyd edərək demontaj olunmasına narazılığını bildirib.
Vətəndaşa müvafiq izahat verilib".
16:09
Nəsimi Rayon İcra Hakimiyyəti tərəfindən yazılan lövhədə yanlışlığa yol verilib.
Bu barədə "Grammar Azi" səhifəsi məlumat paylaşıb.
Belə ki, RİH tərəfindən quraşdırılan lövhədə "mühafizə" sözü "mühavizə" kimi yazılıb./Oxu.az

Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 3604 Tarix: 24 iyun 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Azərbaycanda yağ kəskin bahalaşdı
Azərbaycanda kərə və duru yağların qiyməti artıb. -a istinadən xəbər verir ki, bahalaşma həm yerli, həm də xarici məhsullarda hiss olunur. Qeyd olunub ki, ümumilikdə yağların qiymətində 6 manatadək bahalaşma müşahidə edilir. Satıcılar bahalaşmanın səbəblərindən məlumatsız olduqlarını bildirirlər
21 oktyabrAnar Bayramov niyə nazir təyin edildi?
Prezident İlham Əliyevin 19 oktyabr 2026-cı il tarixli Sərəncamı ilə Anar Bayramov Azərbaycan Respublikasının səhiyyə naziri təyin edilib. Həmin gün imzalanmış digər sənədlə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) fəaliyyətinə ümumi rəhbərlik və nəzarət səlahiyyəti Səhiyyə Nazirliyinə verilib
20 oktyabrŞəki Xan Sarayını nə qədər turist ziyarət edib? - Gəlir açıqlandı
"2026-cı ilin 9 ayı ərzində Şəki "Yuxarı Baş" Milli Tarix-memarlıq qoruğunda yerləşən Xan sarayına ümumilikdə 128 min turist bilet alaraq ziyarət edib. Təqribən 50 minə yaxın turist biletsiz, yəni ödənişsiz giriş əldə edib". Ölkə.az xəbər verir ki, bunu Qoruqları İdarəetmə Mərkəzini
20 oktyabrÖvladı doğulduğu üçün maşınını bəzəyənlər 500 manat cərimələnirlər? (VİDEO)
Toy karvanları və yeni doğulmuş körpələrin evə gətirilməsi münasibətilə bəzədilən avtomobillərə tez-tez rast gəlinir. Sürücülər sevinclərini bölüşmək istəyərkən bəzən yol hərəkəti qaydalarını unudurlar. Bəs avtomobillərə vurulan bəzəklər hansı hallarda cəriməyə səbəb ola bilər?. Yeni övladın dünyay
21 oktyabrİş stresi ailənizə də təsir edə bilər - Tükənmişliyin 4 əlaməti və çıxış yolu
Səhərlər oyanmaq istəmirsinizsə, özünüzü yorğun, yetərsiz hiss edir və daim maneələrlə qarşılaşdığınızı düşünürsünüzsə, tükənmişlik sindromu ilə üzləşə bilərsiniz. Psixiatriya üzrə mütəxəssis, doktor Talat Sarıkavak bu sindromun əlamətləri və onunla mübarizə yolları barədə məlumat verib. Qaynarinfo xəbə
21 oktyabr