Ginekoloqun faciəli ölümünə şahidlik edən uşaqları KİMƏ VERİLƏCƏK? - "Atam bais oldu..."
Tanınmış ginekoloq Xalidə Kəngərlinin ölümündən 3 gün keçir. İctimaiyyətdə qadının əzablı və dəhşətli ölümünün müzakirəsi bitmək bilmir. Xüsusilə ananın azyaşlı övladlarının gözü qarşısında faciəli ölümü, bu azmış kimi ataları ilə birgə cəsədə şahid olmaları təsəvvür edilməyəcək qədər ağır mənzərədir desək yanılmarıq.
Sonxeber.az xəbər verir ki, hadisənin dözülməzliyindən ciddi travma almış azyaşlıların sonrakı aqibəti ilə bağlı məsələ aktuallaşıb.
Məsələ ilə bağlı "bizim.media"-ya danışan Azərbaycan Uşaqlar Birliyinin rəhbəri Kəmalə Ağazadə bildirib ki, hadisə baş verən kimi olay yerinə dərhal aidiyyəti icra hakimiyyəti yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın əməkdaşları yaxınlaşmalı idi:
"Komissiyanın tərkibindəki psixoloq o uşaqların durumunu qiymətləndirməli, dərhal o ərazidən uzaqlaşdırmalı idi. Uşaqlar üçün bir qədər sakit mühit yaradılmalı idi. Uşaq şahidlik də edəcək, istintaqa da gedəcək. Travmalar üst-üstə o qədər yığılacaq ki, hətta atanın bu işlərdə günahı olmamış olsa belə, o uşaqların psixologiyasında "atam bais oldu" deyə bir fikir formalaşacaq.
İstintaqın işinə müdaxlə etmək kimi bir fikrim yoxdur. Amma mənə göstərin ki, bu illər ərzində anaları qətl edilmiş, gözlərinin qarşısında intihar və ya fiziki zorakılıq görmüş, ümumiyyətlə valideynlərinin faciəli ölmünü eşidən uşaqlarla hansı qurum işləyib? Heç kim işləməyib. Həmişə deyirik ki, zorakılıq qurbanı olmaq təkcə şillə, təpik, təcavüz görmək deyil. Psixoloji zorakılığın və travmanın özü çox dəhşətli bir haldır".
Kəmalə ağazadənin fikrincə, araşdırma və istintaq prosesi bitənə qədər o uşaqların kimdə qalması rəsmi qaydada müəyyən olunmalıdır:
"Bilirəm ki, indi o uşaqlar yasın içindədir. Onlarla heç kim iş aparmır. Halbuki onlar mütəxəssislərə cəlb olunmalıdır. Bəlkə o uşaqların daxilində post travmatik sindromdan sonra ciddi bir fəsad yaranıb? İmmunitetləri aşağı düşüb? Bunları kim nəzərə alacaq? Ailə bunu edəcəkmi?
Ailə hazırda yasını, ehsanını necə verməyi, istintaqın düzgün aparılıb-aparılmaması marağındadır. Uşaq maraqlı deyil. Biz niyə gecikməliyik? Bu məsələnin köklü şəkildə mexanizmi formalaşmalıdır. Gözləyə-gözləyə aqressiv, sındırılmış, iradəsiz, çox zəif duruma düşən və ya cinayət törədə biləcək nəsil yetişdiririk".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 2697 Tarix: 30 iyun 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
İdeal nəticə axtarışı nə zaman təhlükəli həddə çatır? - AÇIQLAMA
Mükəmməl olmaq istəyi bir çox hallarda uğurun açarı kimi təqdim edilsə də, mütəxəssislər bu yanaşmanın hər zaman sağlam olmadığını bildirir. Son illərdə xüsusilə gənclər arasında yayılan perfeksionizm meyli, görünməz psixoloji təzyiq yaradır və insanların həm emosional vəziyyətinə, həm də gündəlik həya
6 maySon üç ildə İKİLİ SOYAD götürən qadınların sayı açıqlandı
Azərbaycanda son 3 ildə nikaha girdiyinə görə ərinin də soyadını götürərək ikili soyad daşıyan qadınların sayı açıqlanıb. "Yeni Sabah"a istinadla bildirir ki, bu barədə Ədliyyə Nazirliyindən məlumat verilib. Qeyd edilib ki, 2024-2026-cı illərdə həm kişilərin, həm də qadınların soyad seçim
5 mayBakıda məhkum kamera yoldaşını qətlə yetirib
Bakıda cəzaçəkmə müəssisəsində məhkum kamera yoldaşını qətlə yetirib. "Qafqazinfo"nun məlumatına görə, hadisə bir neçə ay əvvəl Xətai rayonunda yerləşən 7 saylı cəzaçəkmə müəssisəsində baş verib. Daha əvvəl haqqında məlumat yayılmayan qətllə bağlı məhkəmə prosesi bu gün başlayıb. İş materiallarınd
6 may"Ağıl və ürək dilemması daxili qarışıqlığın əlamətidir" - PSİXOLOQ
Ətrafımızsan, sosial şəbəklərdən izlədiyimiz və gördüyümüz qədəri ilə bir çox münasibətlərdə ciddi bir problem yaşandıqdan sonra tərəflər münasibəti sorğulamağa başlayır və ağıl ilə ürək arasında qalaraq qərar verməkdə çətinlik çəkirlər. Bəs, belə hallarda daha sağlam və düzgün qərar vermək üçün psixoloj
6 maySon dəqiqələrdə finala vəsiqə qazandı - VİDEO
ATV-nin "Kəlmə-Kəlməyə" meyxana şousunda ikinci finalçı da məlum olub. xəbər verir ki, yarışmanın 2-ci finalçısını müəyyələndirmək üçün Fariz Zeynalov və Tərlan Xəlilov üz-üzə gəliblər. Gərgin keçən görüşdə söz ustadları maraqlı çıxışları ilə diqqət çəkib. Möhtəşəm meyxana ilə çıxış edən tərəflə
6 mayDostlarınızın sizi qısqandığını göstərən 11 əlamət
Qısqanclıq təbii bir hiss olsa da, güclü olduqda zəhərli hal ala bilər. Bəzi insanlar var ki, açıq-aşkar sizə qarşı səhv etməsələr də, bəzi şeylərin yolunda getmədiyini hiss edirsinizsə, bunun ən sadə izahı qısqanclıq ola bilər. Ölkə.Az xəbər verir ki, ABŞ-li sağlamlıq və qidalanma üzrə yazıçı Arian
6 mayPartlayışda xəsarət alan həkim öldü
Aprelin 30-u Milli Onkologiya Mərkəzində baş verən partlayışda xəsarət alan həkim-radioloq Asif Nəsirli vəfat edib. "Qafqazinfo" xəbər verir ki, bu haqda Səhiyyə Nazirliyi məlumat yayıb. O, müalicə aldığı xəstəxanada dünyasını dəyişib. "Milli Onkologiya Mərkəzinin Şüa terapiya şöbəsini
5 mayFutbol oynayarkən ölən tələbənin - Fotosu
Xəbər verdiyimiz kimi, Mingəçevirdə 20 yaşlı oğlan futbol oynayarkən vəfat edib. "Qafqazinfo"nun məlumatına görə, stadionda ölən 2006-cı il təvəllüdlü Həsən Məhəmməd Abdullah oğlunun fotosu yayılıb. Qeyd edək ki, ilkin məlumata görə, onun dili qatlanıb və bu səbəbdən həyatını xilas etmək mümkü
5 mayXərçəngə qalib gələn şagird olimpiadada qızıl medal qazandı
Xərçəngə qalib gələn şagird olimpiadada qızıl medal qazanıb. bu barədə "Azərbaycan Universitetləri" səhifəsinə istinadən xəbər verir. Qeyd olunub ki, kimya və biologiya təmayüllü Respublika Liseyinin doqquzuncu sinif şagirdi Emin Mustafazadə Respublika Fənn Olimpiadasında kimya fənni üzrə ölk
6 may