Uşaqlara qoyulan rayon və şəhər adları - SİYAHI
Yəqin ki, Azərbaycanda yeni doğulan körpələrə rayon və şəhər adlarının verilməsi hallarından çoxları xəbərsizdir. Maraqlıdır ki, belə faktlar var.
Modern.az-ın Ədliyyə Nazirliyindən əldə etdiyi məlumata görə, bəzi valideynlər hansısa şəhər və ya rayonun adına şəkilçi və ya köməkçi söz əlavə etməklə onu övladına verib. Bəzi rayon adları isə elə olduğu kimi uşaqlara qoyulub.
Məsələn, son beş ildə dörd uşağa Tovuz adı verilib.
Bir körpəyə Gəncə, altısına Gəncəli, birinə Gəncəbanu adı qoyulub.
2021-ci ildə dünyaya gələn bir körpə qız Şuşa adlandırılıb.
Son beş ildə iki uşağa Quba, birinə Qubaxanım ismi qoyulub.
Valideynlər bir körpəni Şəmkir, birini Şəki adlandırıblar.
Bundan başqa, Şəki adına uyğunluq təşkil edən yeni isimlər də düzəldilib. Belə ki, bir uşağa Şəkixanım, birinə Şəkiyə, birinə Şəkixan, birinə Şəkibə adı verilib.
Hazırda bir uşaq Zərdabi, bir uşaq Kəpəz, biri Ağsurə adı ilə böyüyür.
Son beş ildə 335 körpəyə Oğuz adı qoyulub. 88 uşaq Oğuzxan, dördü Oğuzcan adlandırılıb.
Son beş ildə 50 körpəyə Nəsimi, 321-nə Nizami, altısına Xətai, 197 körpəyə Xəzər, 65-nə Füzuli adı verilib.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1410 Tarix: 01 iyul 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
"Dünyanın heç bir yerində mart ayında buraxılış imtahanı verilmir" - AÇIQLAMA
Martın 9-da 11-ci sinif şagirdləri üçün ölkə üzrə keçirilən buraxılış imtahanından sonra sosial şəbəkələrdə və təhsil ictimaiyyətində müzakirələr başlayıb. Bəzi şagirdlər və təhsil mütəxəssisləri imtahana salınan sualların ayrılan vaxtla tam mütənasib olmadığını, ötən illərlə müqayisədə daha çətin olduğun
10 martİftar süfrəsi üçün fərqli reseptlər
Axşam.az "Günün menyusu"nda iftar süfrəsinə hazırlaya biləcəyiniz asan yemək reseptləri təqdim edir. Xarço şorbası. Ərzaqlar:. Mal əti -300 qr. Kartof - 1 ədəd. Soğan - 1 ədəd. Yumru düyü - 100 qr. Sarımsaq - 1 diş. Kərə yağı - 60 qr. Tomat pastası - 1 ç Dəfnə yarpağı - 2 ədəd. Nanə qurusu
10 martBƏƏ-dəki Azərbaycan vətəndaşları Omandan Bakıya təxliyə edilir
Yaxın Şərq regionunda baş verən hadisələrlə əlaqədar regionda, o cümlədən Birləşmiş Ərəb Əmirliklərində qalan Azərbaycan vətəndaşlarının ölkəyə qayıdışı üçün Oman Sultanlığının Muskat şəhərindən Bakıya növbəti təxliyə reysi həyata keçirilir. AZAL-a istinadən xəbər verir ki, AZAL-ın Muskat-Bakı marşrut
10 martPensiyaçılara ŞAD XƏBƏR: Tarix açıqlandı
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən qarşıdan gələn bayramlarla əlaqədar olaraq martın 11-də respublika üzrə pensiyaların qrafikdən əvvəl tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub. xəbər verir ki, bu barədə Dövlət Sosial Müdafiə Fond
10 martİşsizliyin gücü: Qorxunu necə fürsətə çevirmək olar? - Psixoloq yazır
İnsanlar çox zaman öz çətinliklərini gizlətməyə çalışır, sanki zəifliklərini göstərmək ayıbdır. Halbuki məhz bu məqamda yanılırlar. Hər bir insanın taleyində enişlər və yoxuşlar olur. Elə anlar gəlir ki, insan özünü zəif hiss edir, amma məhz bu zəiflik anlarında o, yaşamaq uğrunda mübarizə aparmaq üçü
9 mart