Tarix yazan qəhrəmanlarımızın həyat yolu vətənpərvərlik məktəbidir

Tarix yazan qəhrəmanlarımızın həyat yolu vətənpərvərlik məktəbidir44 günlük Vətən müharibəsində qanları ilə tarix yazan qəhrəmanlarımızın həyat yolu həyat yolu vətənpərvərlik məktəbidir".

Sentyabrın 27-si cənab Prezident İlham Əliyevin Sərəncamı ilə Anım Günü kimi qeyd edilir. Cənab prezidentin bu sərəncamı Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü yolunda canlarından keçmiş bütün şəhidlərimizə dərin ehtiramın ifadəsidir. 2020-ci il sentyabr ayının 27-də təkcə Azərbaycanın deyil, bütün Cənubi Qafqazın tarixində tamamilə yeni bir səhifənin açılmasına səbəb olmuş tarixi qərar qəbul olundu. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin əmri ilə Azərbaycan Ordusu Vətən torpaqlarının işğaldan azad edilməsi uğrunda erməni terroruna qarşı Zəfər yürüşünə başladı. 27 sentyabr 30 ildən artıq müddət ərzində dünya ictimaiyyətinin göz yumduğu işğala öz gücümüzlə son qoyduğumuz gündür. Ermənistan həm I Qarabağ müharibəsində, həm də II Qarabağ müharibəsində çox sayda hərbi cinayətlər törədib. Ermənilər hər zaman döyüş meydanından qaçan qorxaq millət olub. onlar həmişə "güc şousu"nu əliyalın, sivil vətəndaşlar üzərində göstəriblər. 44 günlük Vətən müharibəsində də belə oldu. Döyüş meydanından qaçan barbar ermənilər yaşayış məskənlərimizi atəşə tutaraq müxtəlif terror aktları törətdilər. Təəssüf ki, 2 il keçsə də, hələ də Gəncə, Bərdə və digər rayonlarda törədilən terrorlara görə səbəbkarlar cəzasız qalıb".

44 gün davam edən Vətən müharibəsi təxminən otuz illik işğala son qoyulması və ərazi bütövlüyümüzün bərpası ilə nəticələndi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi və şanlı Ordumuzun qələbəsi ilə qazanılmış möhtəşəm Zəfər tariximizə qızıl hərflərlə yazıldı. 30 il ərzində çalışdıq ki, 20% ərazimizi işğal edən Ermənistanla danışıqlar apararaq münaqişəni sülh yolu ilə nizamlayaq. Danışıqlar heç bir nəticə vermədi, əksinə, aydın şəkildə müşahidə edildi ki, Ermənistan tərəfi, sadəcə olaraq, vaxt udmaq istəyir, status-kvonu möhkəmləndirməyə çalışır. Əlbəttə, bu, qəbuledilməz idi. Biz heç bir zaman işğalla barışa bilməzdik. Barışmadıq da. Tovuz döyüşləri Azərbaycan xalqının səbrini daşırdığı son damla oldu.

Bilirsiniz ki, sentyabrın 26-dan başlayaraq Ermənistan silahlı qüvvələri bir neçə istiqamətdən, müxtəlif növ silahlardan, o cümlədən ağır artilleriyadan istifadə etməklə bizim yaşayış məntəqələrimizi, eyni zamanda hərbi mövqelərimizi atəşə tutmuşdular. Düşmən atəşi nəticəsində mülki əhali və hərbçilərimiz arasında itkilər, yaralananlar oldu. Əlbəttə, Azərbaycanın Müzəffər Ordusu onların qanını yerdə qoymadı. Bir gün sonra, yəni sentyabrın 27-də, səhər saatlarında Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev televiziya kanalları vasitəsilə Azərbaycan xalqına tarixi müraciətini etdi. Ali Baş Komandanın tarixi çıxışı, etnik, dini, siyasi mənsubiyyətindən asılı olmayaraq, vətəndaşlarımızı və dünya azərbaycanlılarını vahid yumruq kimi birləşdirdi.

90-cı illərin əvvəllərində ayaqyalın öz dədə-baba torpaqlarını tərk edən uşaqlar tank belində doğma yurdlarına geri qayıdaraq, qanları ilə tarix yazdılar. 27 sentyabr tək ərazi bütövlüyümüzün deyil, həm də milli qürurumuzun bərpa olunduğu gündür. Cənab Prezident İlham Əliyevin rəhbərliyi dövründə yetişən, formalaşan vətənpərvər gənclər Vətəni qorumaq üçün hər cür fədakarlığa hazır olduqlarını sübut etdilər. Qanları və canları ilə tarix yazan qəhrəmanlarımız heç bir zaman unudulmayacaq. Çünki onların İkinci Qarabağ müharibəsində və 24 saatlıq lokal antiterror tədbirlərində göstərdiyi qəhrəmanlıq sayəsində biz artıq ərazi bütövlüyümüzü və ölkə suverenliyimizi tam bərpa edərək, Azərbaycan xalqının gücünü nəyinki düşmənə, bütün dünyaya sübut etdik.

Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə isə şəfa versin.

Cavanşir Paşazadə

Milli Məclisin deputatı


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 2985   Tarix: 27 sentyabr 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Bu şəxslər üçün avtobus və metro PULSUZDUR

Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən, ictimai nəqliyyatdan (metropoliten, şəhəriçi və qəsəbələrarası avtobuslar) ödənişsiz istifadə etmək hüququ müəyyən olunmuş xüsusi kateqoriyalı şəxslərə həvalə edilib. Bu güzəştlər həm sosial müdafiə məqsədilə, həm də xidməti vəzifələrin icrasını təmi

26 sentyabr
.

Bank kartları ilə bağlı - Daha bir qadağa

Azərbaycanda bir sıra banklar eyni kateqoriyaya aid kartın vətəndaşlara birdən artıq satışına qadağa qoyub. -a istinadən xəbər verir ki, bununla bağlı banklara təlimatlar göndərilib. Bəzi banklar eyni kateqoriyaya aid kartı vətəndaşlara birdən artıq satmır. Banklardan bəziləri bu məhdudiyyəti tətbi

24 sentyabr
.

Heydər Əliyev xanımı ilə "Formula 1"də - FOTOLAR

Prezident İlham Əliyevin oğlu Heydər Əliyev xanımı Alyona Əliyava ilə Bakı şəhər halqasında "Formula 1" Azərbaycan Qran-Prisinin əsas yarışını izləyib. onların fotolarını təqdim edir:

26 sentyabr
.

"Kritik xammal və qlobal iqtisadi təhlükəsizlik" mövzusunda panel sessiya keçirilib

25-26 sentyabr tarixlərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında keçirilən 2-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində "Kritik xammal və qlobal iqtisadi təhlükəsizlik" mövzusunda panel sessiya təşkil olunub. Panel sessiyada Azərbaycan Respublikasını

26 sentyabr
.

Pensiyalar 10 FAİZ ARTDI : Bəs pensiyaçılara nə qədər pul qalır?

Pensiyaların artması hər il cəmiyyətin ən çox müzakirə etdiyi sosial-iqtisadi məsələlərdən biridir. Çünki burada söhbət yalnız dövlətin sosial xərclərinin artmasından və ya orta pensiyanın nominal məbləğinin yüksəlməsindən getmir. Əsas məsələ pensiyaçının əlində qalan vəsaitin gündəlik həyatında rea

26 sentyabr
.

Qanun icazə verir, cəmiyyət qınayır - Azərbaycanda MÜBAHİSƏLİ MÖVZU

Gənc yaşda evlilik Azərbaycan cəmiyyətində həyatın təbii mərhələsi kimi qəbul edilsə də, 50-60 yaşdan sonra qurulan ailə hələ də qeyri-adi hadisə kimi qarşılanır. "Bu yaşda evlilik olar, "İnsan bu yaşdan sonra həyatını dəyişərmi?" kimi qınaqlar eşidilir. Ancaq Dövlət Statistika Komitəsini

26 sentyabr
.

Pensiya və müavinətlərlə bağlı YENİ XƏBƏR

Bu ilin yanvar-avqust ayları ərzində 124 026 pensiya, müavinət və təqaüd təyinatı elektron infrastruktur üzərindən proaktiv qaydada həyata keçirilib. xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna (DSMF) istinadən xəbər verir. Məlumata görə

27 sentyabr
.

"Təhlükəsizlik artıq yalnız sərhədlərin qorunmasından ibarət deyil" - Əli Nağıyev

Sentyabrın 22-də Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) təşkilatçılığı və beynəlxalq təşkilatların, eləcə də 100-dən artıq ölkənin xüsusi xidmət orqanlarının rəhbərlərinin və yüksək səviyyəli nümayəndələrinin iştirakı ilə "Qlobal təhlükəsizlik arxitekturasında yeni çağırışlar və terrorçuluğa qarş

24 sentyabr
.

Hava ilə bağlı XƏBƏRDARLIQ: Sulu qar yağacaq

Sentyabrın 28-i axşam Azərbaycanın qərb rayonlarından başlayaraq, 30-u gündüzədək bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, ayrı-ayrı yerlərdə yağışın qısamüddətli leysan xarakterli intensiv olacağı, şimşə

26 sentyabr