Hicama sağlamlıqdır, yoxsa infeksiya mənbəyi? - FOTO

Hicama sağlamlıqdır, yoxsa infeksiya mənbəyi? - FOTOİnsanlar kütləvi şəkildə hicama üçün müraciət edir, paytaxtımızda bir-birinin ardınca bu xidməti təklif edən mərkəzlər fəaliyyətə başlayır. Peşəkar həkim isə deyir ki, tibdə belə bir şey yoxdur. Əksinə, dərini zədələməklə əlavə infeksiya üçün qapı açılır.

Son zamanlar hicama dəbə düşən müalicə növlərindən birinə çevrilib. İnsanlar kütləvi şəkildə hicama üçün müraciət edir, paytaxtımızda bir-birinin ardınca bu xidməti təklif edən mərkəzlər fəaliyyətə başlayır. Bəs hicama nədir?

Sonxeber.az mövzu ilə bağlı "Kaspi" qəzetinin yazısını təqdim edir.

Hicama qançıxarma yolu ilə müalicə metodudur və vakuum bankaları vasitəsilə orqanizmdə qanaxmanı gücləndirməkdir. Bir çox xəstəliklər zamanı istifadə olunan hicamanın əsasını Çin botaniki Ci Hanici qoyub. O, hələ e.ə. 143–182-ci illərdə bu prosedurdan geniş istifadə etmişdi. Qaydası beləydi: xəstəliyə uyğun olaraq, bədənin müəyyən yerlərində kiçik ölçülü yarıqlar edir, sonra da həmin yerlərdən qan çıxarırdı. İndiki bankaları o vaxt heyvan buynuzları əvəz edirdi. Hicama ilə bağlı Simpin "Tibb ensiklopediyası"nda, həmçinin də Hippokratın da nəzəriyyəsində qeydlər var. Bu gün dünyanın dörd bir tərəfində hicama ilə müalicə edirlər. Bəs hicama orqanizmdə hansı dəyişiklikləri edir ki, prosedurdan sonra insan sağlamlaşır?

Hicama hansı xəstəliklərin müalicəsində istifadə edilir?

Hicama nəzəriyyələrinə görə, qanın funksiyaları çoxdur. O, bədəni oksigenlə, hormonlarla təmin edir, qidalandırır, orqanizmdən karbon qazının, mübadilə zamanı digər maddələrin çıxmasına yardımçı olur. Bundan başqa, istiliyin tənzimlənməsində, immunitetin artmasında, su-mineral balansının formalaşmasında mühüm rol oynayır.

Hicama proseduru vərəm, dəri xəstəlikləri, əzələ iltihabı, şəkərli diabet, sidik qaçırma, prostatit, impotensiya, menstrual pozğunluq, aşağı və yüksək təzyiq, qaraciyər və ya öd kisəsinin funksiyasının pozğunluğu, böyrək problemləri, hemoroy, ürək-damar xəstəlikləri, damarların daralması və tıxanması, bronxial astma, əl və ayaq əzələlərinin uyuşması, artrit, revmatizm, boyun və bel ağrıları, artroz, osteoxondroz, bədən iflici, zəifgörmə, göz təzyiqi, gözlərin iltihabı, zəif eşitmə, qıcolmalar, bel ağrısı, depressiya, xroniki yorğunluq və s. kimi xəstəliklərdə istifadə olunur.

"Kursa gedib, sertifikatımı almışam"

10 ildən artıq hicama ilə məşğul olan Nazlı Əliyeva deyir ki, bu işdə peşəkarlıq vacibdir: "12-13 yaşımdan anama hicama etmişəm. Amma bu işlə məşğul olmaq fikrinə düşəndə kursa gedib, sertifikatımı almışam. Düşünürəm ki, istənilən halda, kursa getmək lazımdır. Əzələlərdə süd turşusu yığılır. Hicama prosedurunda qanda yığılan süd turşusu, toksinlər, şlaklar çıxır. Amma əsas məsələ hicamanı düzgün yerinə yetirməkdir. Şəkərli diabetin yüngül formalarında, yüksək qan təzyiqində, xərçəng xəstəliyinin ilkin etaplarında, miqrendə, əzələ ağrılarında, allergiyada, dəri səpkiləri və s. hicamanın müalicəvi əhəmiyyəti var. "Hicama xalq təbabətidir", - deyir Nazlı xanım: "Necə ki, hər əldə bir istilik var deyirlər, məncə, hər əldə bir şəfa var. Yəni hicama edən adamın özünün də enerjisi vacibdir. O, bu işi sevə-sevə və əlbəttə ki, düzgün yerinə yetirməlidir. Yəni hicamanın özünün müalicəvi əhəmiyyətindən başqa, bunu edən də pozitiv enerji ötürməyi bacarmalıdır. Bu işi təkcə pul almaq xətrinə yox, həm də şəfa ötürmək xətrinə etmiş olmalıdır".

Həkim hicama prosedurunun əleyhinədir

Amma hicamanın əleyhinə olanlar da var. Məsələn, Tibb Universitetinin fizioterapiya və tibbi reabilitasiya kafedrasını müdiri Paşa Mehdiyev hicama prosedurunun əleyhinə olduğunu bildirir: "Tibdə belə bir şey yoxdur. Hətta bununla dərini zədələməklə əlavə infeksiya qapısı açılır. Eyni zamanda çərtilməklə dərinin tamlığı pozulur. Bəzən deyirlər ki, guya oradan zəhərli qanı çıxarırlar. Bunu kim təyin edib ki, zəhərli qan məhz həmin o banka qoyulan yerə toplanıb? Yəni banka qoyanda prosedur düzgün edilsə, lap sağlam adamda da (həmin nahiyə əvvəlcədən müxtəlif məlhəmlər, yağlarla sürtülsə, yüngülvarı masaj olunsa) mütləq həmin bankanın altında qaraltı olacaq. Bu nədir? Mənfi təzyiq nəticəsində orada kapillyarlarda qansızmalar olur, ona görə də qaraltı yaranır, çərtilmiş olanda qan çıxır".

Fəqərə sütununun üstünə, alına banka qoymaq olmaz

Paşa həkim buna oxşar müalicə metodu olan bankaqoymadan da danışdı: "Deyə bilərəm ki, belə bir şey tibdə var və buna yayındırıcı terapiya deyirlər. Tibdə baroterapiya adlanan bu prosedur mənfi təzyiqlə aparılan müalicə metodudur və müxtəlif xəstəliklərdə – traxitdə, bronxitdə, müxtəlif mənşəli əzələ ağrılarında, əzələ gərginliyi olan hallarda və köksük ağrıları olan hallarda istifadə etmək olar. Bunun elmi əsası var və göstəriş olanda düzgün olunubsa, effekt də verir. Əzələdə spazmanı götürür, yerli qan dövranını yaxşılaşdırır, həmin nahiyədə spazmanı götürür, bioloji fəaliyyəti düzəldir. Dolayısıyla immunitetə təsir edir, bəlğəmin yumşalıb xaric olmasını sürətləndirir. Amma qeyd etməliyəm ki, bankanı fəqərə sütunun üstünə, alına qoymaq olmaz. Osteoxondroz zamanı, yuxarı və aşaq ətrafların ağrısı, barmaqların uyuşması zamanı da istifadə edilir. Lakin bunu da bilmək lazımdır ki, ağır ürək çatışmazlığı, hipertoniya xəstəliyinin 3-4-cü dərəcəsi, qanaxma, onkoloji xəstəliklər, vərəmin açıq formasında, ağır bronxial xəstəliyi olan adamlara banka qoyma əks göstərişdir".

"Hicamadansa, gedib laborator şəraitdə qan versinlər"

Doktor deyir ki, qanalma yaxşı şeydir: "Məsələn, ürək çatışmazlığı, hipertoniya, yəni yüksək təzyiqi olan adamlara, hətta göstərişdir. 100-200 qram qan vermək çox yaxşıdır. Amma qanı laborator şəraitdə vermək yaxşı olar. Çünki dövr edən qanın miqdarını azaldanda ürək fəaliyyəti bir xeyli yüngülləşir. Bunun böyük əhəmiyyəti var. Qısası deyim ki, hicamadansa, insanlar gedib laborator şəraitdə qan versinlər".

Yeri gəlmişkən, hicama bazarındakı qiymətlərlə də maraqlandıq. Müxtəlif mərkəzlər müxtəlif qiymətlər təklif edirlər. Ümumilikdə hicama etdirmək istəyənlər minimum 25 manat, maksimum 40 manat xərcə düşməlidirlər.


Sonxeber.az
Telegramda izləyin
Sağlamlıq   Baxılıb: 1166   Tarix: 20 noyabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Davamlı yorğunluq hansı xəstəliklərin əlamətidir?

Bəzən yorğunluq gündəlik həyatın adi bir hissəsi kimi qəbul olunsa da, hər gün davam edən halsızlıq orqanizmdə gizli sağlamlıq probleminin əlaməti ola bilər. Mütəxəssislərin sözlərinə görə, davamlı yorğunluğun əsas səbəbləri arasında qan azlığı, qalxanabənzər vəz xəstəlikləri, şəkərli diabet, B12 vitamin

1 avqust
.

Antibiotik və ağrıkəsici qəbul edənlər bunu bilməlidir

Antibiotik, ağrıkəsici və digər dərmanlardan sonra orqanizmi "təmizləmək" üçün bitki çayları və detoks proqramlarına müraciət edənlər olsa da, mütəxəssislər bu üsulların əksəriyyətinin elmi əsasının olmadığını bildirirlər. xəbər verir ki, həkim Svetlana Burnatskayanın sözlərinə görə, dərmanları

1 avqust
.

İnsan ömrünün son həddi açıqlandı

Bütün xəstəliklərin müalicəsi tapılsa və qocalmanı ləngidən ideal dərman hazırlansa belə, insanların əbədi yaşaması mümkün olmayacaq. "Qafqazinfo"nun məlumatına görə, rusiyalı alimlərin yeni araşdırması göstərir ki, hüceyrələrdə zamanla yığılan təsadüfi DNT mutasiyaları insan ömrü üçün aşılmas

24 iyul
.

Köp, ürəkbulanma və qarın ağrısı: Qida zəhərlənməsi, yoxsa mədə-bağırsaq xəstəliyi? - VİDEO

Baku TV-nin "Baku Med" verilişinin yeni buraxılışında qastroenteroloji xəstəliklər barədə müzakirə aparılıb. Qarın ağrısı hansı hallarda xəstəlik əlaməti sayılır?. Uzunmüddətli qəbizliyin səbəbləri nədir?. Qida zəhərlənməsi ilə həzm xəstəlikləri necə fərqlənir?. Helikobakter pilori hansı xəstəliklər

26 iyul
.

55 illik araşdırma: Alimlər uzunömürlülüyün sirrini tapıb?

100 yaşdan çox yaşayan insanlar üzərində aparılan uzunmüddətli araşdırma göstərib ki, 100 il və daha artıq yaşamağın vahid resepti yoxdur. Bununla belə, uzunömürlü insanları birləşdirən bir sıra ümumi amillər müəyyən edilib. Qayanrinfo xəbər verir ki, "ScienceAlert"in yazdığına görə, Qahirədək

22 iyul
.

Su qəbulunu necə artırmaq olar? - 5 faydalı məsləhət

İnsan orqanizminin böyük hissəsi sudan ibarətdir. Su hüceyrələrə qida maddələri və oksigenin daşınmasında, bədən temperaturunun tənzimlənməsində, həmçinin beynin normal fəaliyyətinin qorunmasında mühüm rol oynayır. Qaynarinfo xəbər verir ki, "Better Homes & Gardens" nəşri diyetoloqları

27 iyul
.

İsti havalarda tromb riski artır: Həkimdən vacib xəbərdarlıq

İsti havalarda bədənin susuzlaşması və qanın qatılaşması səbəbindən tromb yaranma ehtimalı arta bilər. xəbər verir ki, bu barədə rusiyalı həkim-terapevt Tatyana Vinoqradova RT-yə müsahibəsində bildirib. Mütəxəssisin sözlərinə görə, tromb damar daxilində yaranan və qan dövranını qismən və ya tamamil

19 iyul
.

Qarpız bu şəxslər üçün zərərlidir

"Həddindən artıq qarpız istehlakı xüsusilə böyrək xəstəliyindən əziyyət çəkənlər və şəkərli diabeti olan şəxslər üçün ciddi təhlükə yarada bilər". "Qafqazinfo" xəbər verir ki, bu sözləri diyetoloq Olqa Yamilova deyib. Mütəxəssis qeyd edib ki, qarpız güclü sidikqovucu təsirə mali

7 iyul
.

Allergiyadan astmaya aparan səbəblər: Kondisioner də nəfəs yollarını zədələyir? - VİDEO

"Baku Med" verilişinin yeni buraxılışında tənəffüs yolları xəstəliklərindən danışılıb. Tənəffüs yolları xəstəlikləri hansı qruplara bölünür?. Ən çox rast gəlinən problemlər hansılardır?. Tənəffüs yolları xəstəliklərinin səbəbləri nələrdir?. Hava çirkliliyi ağciyərlərə necə təsir edir?. Siqareti

1 avqust