Azərbaycanda qış turizmi mövsümünə start verilib

Azərbaycanda qış turizmi mövsümünə start verilibDekabrın 18-də Dövlət Turizm Agentliyinin təşkilatçılığı ilə Azərbaycanda qış turizmi mövsümünün açılışı və turizm imkanlarının tanıdılması məqsədilə kütləvi informasiya vasitələri və televiziya nümayəndələri üçün "Şahdağ" Turizm Mərkəzinə mediatur təşkil edilib.

Mediaturun məqsədi Azərbaycanda qış turizmi növlərinin və məhsullarının təşviqi, insanların turizmin bu sahəsinə marağının artırılması, həmçinin "Şahdağ" Turizm Mərkəzinin fəaliyyəti, qış mövsümü ərzində turistlərə göstəriləcək xidmətlər haqqında ictimaiyyəti məlumatlandırmaqdır.

Mediatur çərçivəsində media nümayəndələrinə Azərbaycanda qış turizminin imkanları, Dövlət Turizm Agentliyinin bu sahədə gördüyü işlər, eləcə də "Şahdağ"Turizm Mərkəzinin fəaliyyəti və potensialı ilə bağlı təqdimat keçirilib.

Təqdimatda çıxış edən Azərbaycan Turizm Bürosunun Turizm məhsulu sektorunun müdiri Günel Bədəlova media nümayəndələrinə Azərbaycanda fəaliyyət göstərən qış turizm mərkəzləri üzrə statistik göstəricilər, xizəkçilik imkanları, qış turizm kompleklərində mövcud qış əyləncələri və digər turizm məhsulları haqqında məlumat verərək, 2023-cü il üçün görüləcək işlər və planlar barədə danışıb.

"Şahdağ" Turizm Mərkəzinin ölkənin qış turizminin inkişafında əhəmiyyətli rol oynadığını deyən Mərkəz direktoru Rüstəm Nəcəfov media nümayəndələrinə kompleksdə aparılan yenidənqurma və infrastruktur işləri, Mərkəz ərazisində yerləşən hotellər və digər turizm obyektlərinin fəaliyyəti, qonaqlara təklif olunan əyləncə növləri və gələcək planlar haqqında ətraflı məlumat verib.

Daha sonra media nümayəndələrinin sualları cavablandırılıb.


Sonxeber.az
Telegramda izləyin
Turizm   Baxılıb: 1473   Tarix: 18 dekabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Azərbaycana daha çox xarici turist cəlb etmək üçün hansı addımlar atılmalıdır? - AÇIQLAMA

Azərbaycan vətəndaşları üçün vizasız səfər imkanlarının genişlənməsi xaricə səyahətlərin daha əlçatan və rahat olmasına şərait yarada bilər. Viza prosedurlarının aradan qalxması və ya sadələşdirilməsi səyahət planlaşdırılmasını asanlaşdırmaqla yanaşı, turistlərin yeni istiqamətlərə marağını da artır

7 oktyabr
.

Almaniya təhlükəsizlik təhdidi səviyyəsini qaldırıb

Almaniya artan həyəcan siqnalları və kəşfiyyat məlumatları fonunda təhlükəsizlik təhdidi səviyyəsini "abstrakt"dan "yüksək"ə qaldırıb. "Report"un məlumatına görə, bu barədə Almaniyanın daxili işlər naziri Aleksander Dobrindт "Welt am Sonntag" qəzetinə müsahibəsind

18 iyul
.

Videooyun nəhəngi "Ubisoft"un həmtəsisçisi Fransada təyyarə qəzasında ölüb

Fransanın "Ubisoft" şirkətinin həmtəsisçisi Klod Giyemo (Claude Guillemot) Fransanın qərbində yüngül mühərrikli təyyarənin qəzaya uğraması nəticəsində həlak olub. "Report" "Le Figaro" qəzetinə istinadən xəbər verir ki, qəza iyunun 19-da axşam saatlarında Atlantika Luaras

20 iyun
.

Azərbaycana turist axını 8%-ə yaxın azalıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycana 191 ölkədən 1 milyon 586 min və yaxud ötən ilin eyni dövrü ilə müqayisədə 7,8 % az əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib. "Report" bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir. Gələnlərin 27,9 %-i Rusiya, 19,4 %-i Türkiyə, 7,

27 sentyabr
.

Xaricə getmək istəyənlərə ŞAD XƏBƏR: Aviabiletlər daha ƏLÇATAN OLACAQ

Azərbaycandan birbaşa beynəlxalq uçuşların artırılması və aşağıbüdcəli aviaşirkətlərin bazara daxil olması aviabiletlərin qiymətlərinin daha rəqabətli formalaşmasına imkan yarada bilər. Hazırda Heydər Əliyev Beynəlxalq Aeroportunda 40 aviaşirkət fəaliyyət göstərir və onların bir hissəsi low-cost və y

26 avqust
.

Gürcüstanda bəzi sahələrdə əcnəbilərin işləməsi qadağan edilir

Gürcüstan hökumətinin xüsusi qərarı ilə 2026-cı il martın 1-dən etibarən ölkədə xarici vətəndaşların bir sıra sahələrdə işləməsi tam şəkildə məhdudlaşdırılacaq. xəbər verir ki, məlumatı "Sputnik Gürcüstan" yayıb. Yeni qaydalara əsasən, əcnəbilərin kuryerlikdə, sərnişin daşımalarında, o cümlədə

22 fevral
.

Bölgələrdə istirahət üçün nə qədər vəsait lazımdır? - AÇIQLAMA

Bölgələrdə ailəvi istirahətin qiyməti seçilən rayon, otelin səviyyəsi, mövsüm və göstərilən xidmətlərdən asılı olaraq ciddi dəyişir. Hazırkı tur paketlərində 2 gün/1 gecəlik standart istirahət təxminən 100-200 manat, daha komfortlu və premium paketlər isə 250-400 manat aralığında təklif olunur. Bəs

28 avqust
.

Türkiyədə daha bir MƏKTƏB FACİƏSİ - 2 ölü, 2 yaralı

Türkiyənin Diyarbakır şəhərinin Ergani rayonunda məktəblərin birində faciə yaşanıb. "Qafqazinfo"ya istinadən bildirir ki, hadisə səhər saatlarında baş verib. Məlumata görə, məktəbin həyətindəki ağaca ildırım düşüb. Nəticədə ağacın altında olan 13 yaşlı Serkan Yıldırım, 14 yaşlı Kasım Yıldırı

18 aprel
.

Azərbaycanın mədəni irsi Yaponiya serialında təqdim olunacaq

Yaponiyanın məşhur "VIVANT" serialının ikinci mövsümündə Azərbaycanın təbiəti, mədəni irsi və müxtəlif regionları təqdim olunacaq. xəbər verir ki, bu barədə Azərbaycan Turizm Bürosu (ATB) məlumat yayıb. Bildirilib ki, serialın Azərbaycanda çəkilişləri başa çatıb. Agentlik "Tokyo Broadcastin

15 oktyabr