"İnnoMEDİA" layihəsinin açılış mərasimi keçirilib
Medianın İnkişafı Agentliyinin təşkilatçılığı, yerli və xarici təlimçilərin iştirakı ilə "Jurnalistikada konvergensiya" və "Mediada rəqəmsal imkanlar" mövzularında 2 moduldan ibarət "İnnoMEDİA" layihəsinin açılış mərasimi keçirilib.
Açılış mərasimində çıxış edən Media subyektləri və jurnalistlərlə iş şöbəsinin müdiri Natiq Məmmədli bildirib ki, rəqəmsal alətlərdən istifadə edərək səmərəli ünsiyyətin qurulması, sosial medianın məlumat mənbəyi kimi aktuallaşması, rəqəmsal transformasiya, ümumilikdə isə rəqəmsal qloballaşma prosesləri fonunda dünyada müxtəlif trendlərin mövcudluğu gənclərin yeni media mühitini anlaması və bilik və bacarıqlara yiyələnməsini vacib edir.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin "INNOLAND" İnkubasiya və Akselerasiya Mərkəzində təşkil olunan proqramın ilk təlimində "ASAN Radio"nun direktoru Emin Musəvi "Ənənəvi və rəqəmsal mediada jurnalistika" mövzusunda çıxış edib. O, təlim zamanı qeyd edib ki, texnoloji təkamülün media mühitinə kompleks təsiri və ənənəvi media məzmunlarının rəqəmsal formaya inteqrasiyası medianın təsir dairəsini genişləndirmiş və bu onu ictimai platformaya çevirmişdir.
Sonda interaktiv müzakirə sessiyaları olub, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Dekabrın 24-nə qədər 50 nəfərə yaxın gəncin iştirakı ilə davam edəcək "İnnoMEDİA" layihəsinin əsas məqsədi jurnalistika sahəsində yaranan yeni imkanların və mediada yeni tendensiyaların öyrənilməsi, rəqəmsal media sahəsində peşəkar vərdişlərin inkişaf etdirilməsi, şəbəkələşmə mühitinin üstünlüklərindən yararlanaraq kommunikasiya əlaqələrinin qurulması və inkişaf etdirilməsi, rəqəmsal media ekosisteminin inkişafına töhfə verilməsidir.









Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 618 Tarix: 20 dekabr 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Məktəbli forması: Nizam-intizamın əsas tələblərindən biri
Məktəbli forması şagirdlərdə nizam-intizamın formalaşması, məktəb mühitində vahidliyin qorunması və təhsil müəssisəsinin daxili qaydalarına riayət olunması baxımından mühüm əhəmiyyət daşıyır. Şagirdlərin müəyyən edilmiş geyim qaydalarına əməl etməsi onların məktəb məsuliyyətinin bir hissəsidir. Bu baxımdan
14 oktyabrMəktəbli forması sadəcə geyim deyil: Nizam-intizamın əsas tələbi
Məktəbli forması təhsil müəssisələrində nizam-intizamın qorunması, şagirdlər arasında vahid geyim mədəniyyətinin formalaşdırılması və məktəb mühitində bərabərliyin təmin edilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Şagirdlərin müəyyən edilmiş geyim qaydalarına əməl etməsi məktəb intizamının tərkib hissəsidir
14 oktyabrBakıda maşın atla toqquşdu - At sahibi saxlanıldı - Video - Yenilənib
Paytaxtın Yasamal rayonunun Yeni Yasamal yaşayış massivində minik avtomobili atla toqquşub. -a istinadən xəbər verir ki, qəza Mirzəyev küçəsi ilə Əsəd Əhmədov küçəsinin kəsişməsində qeydə alınıb. Hadisə nəticəsində xəsarət alan olmasa da, minik avtomobilinə ciddi ziyan dəyib. Qəzanın hansı şəraitdə ba
15 oktyabrAzərbaycanda məktəbli formasına görə asayişi pozanlar həbs edildilər
Azərbaycanda bir sıra məktəblərdə geyim forması ilə bağlı ictimai asayişi pozanlara qarşı tədbirlər görülüb. -a istinadən xəbər verir ki, onların bəziləri Nazirlər Kabinetinin qərarı ilə təsdiqlənən məktəblərdə vahid geyim forması ilə bağlı insanları qanunsuz nümayişlərə çağırıblar. Bəziləri isə ort
14 oktyabrSumqayıtda uşaq bağçasındakı hadisə ilə bağlı polis hərəkətə keçdi - Video
Sumqayıt şəhərində yerləşən özəl uşaq bağçasında azyaşlının xəsarət alması ilə bağlı araşdırma aparılır. -ın əldə etdiyi məlumata görə, hadisə ilə bağlı vətəndaş polisə müraciət edib. Hazırda faktla bağlı təhqiqat araşdırması davam etdirilir. Xatırladaq ki, Sumqayıt şəhər sakini Yaqub Yasinov azyaşl
15 oktyabr