Həyatınızı dəyişdirəcək Yeni il ritualları hansılardır? - ARAŞDIRMA + FOTO

Həyatınızı dəyişdirəcək Yeni il ritualları hansılardır? - ARAŞDIRMA + FOTO2022-ci ilin son dəqiqələrində hər kəsin dilində bir arzu olacaq: "2023-cü il hamımız üçün daha gözəl il olsun". Təzə il yeni ümidləri, gözləntiləri, məqsədləri, arzuları ifadə edir. Təsadüfi deyil ki, yeni ilin gəldiyi ilk gün sehrli hesab olunur və məhz bu gün arzuların yerinə yetirilməsi dövrü kimi bilinir. İnanclara görə, bayram gecəsində tutulan arzular mütləq yerinə yetir. Bu səbəbdən də insanlar məhz bu gün müxtəlif rituallar həyata keçirirlər.

"Kaspi" qəzeti Yeni il ritualları və onların mənaları barədə aşardırma edib.

Yaşam koçu, NLP mütəxəssisi Nuranə Camallı bildirib ki, ən effektli rituallardan biri arzunuzu simvolizə edən əşyalar almaq və həmin əşyaları şam ağacının ətrafına yığmaq, yaxud ağacdan asmaqdır:

"2021-ci ilin dekabrında bu haqda paylaşım etdim və 2022-ci ildə insanların niyyət və arzularının gerçəkləşməsi ilə bağlı geri dönüşlər aldım. Əgər şam ağacı qurmamısınızsa, 2023-cü ildə xəyalını qurduğunuz evin, maşının, işin simvolu olacaq bir əşya almalı və həmin əşyanı 2022-ni təhvil verdiyiniz dəqiqələrdə əlinizdə tutub niyyətlər edərək yeni ili qarşılaya bilərsiniz. Məsələn, maşın üçün kiçik maşın fiquru, ev üçün ev oyuncağı, səyahət üçün xarici pasportunuzu ağacdan asmaq və ya əlinizdə tutmaq sizi arzularınıza yaxınlaşdıracaq. Daha sonra həmin əşyaları il boyu evinizdə, ofisinizdə gözünüz görəcək yerlərdə saxlamalısınız".

Yeni illə bağlı məşhur rituallardan biri insanların hədəf və arzularını bir vərəqə yazmalarıdır. Bəs arzularımızı yazmaq bizə nə verir?

Yaşam koçu qeyd edib ki, arzularımızı yazmaqla istədiyimizi müəyyən edirik və şüuraltımıza konkret xəritə, ünvan veririk:

"Şüuraltı gedəcəyi yeri bilməyən taksiyə bənzəyir. Əgər ona gedəcəyi ünvanı verməsək, o bütün yolları dolanıb öz ünvanını tapmaqda uzun müddət vaxt itirəcək və ya ünvanı tapmayacaq. Biz arzularımızı yazmaqla nə istədiyimizi müəyyən edir və şüuraltımıza konkret xəritə, ünvan veririk. Niyyət və arzularımızı indiki zamanda və pozitiv cümlələrlə yazmalıyıq. Məsələn, 2023-cü ildə sağlam olmağı arzu ediriksə, "mən xəstə olmaq istəmirəm" əvəzinə, "mən sağlamam" formasında yazmalıyıq. İnsanlar niyyət və arzularını yazıb, şam ağacından asaraq və ya hədiyyə qutularının içinə qoyaraq artıq yeni ilin hədəflərini müəyyən etmiş olurlar. Yazdığınız kağızı növbəti ilin sonuna qədər saxlamalısınız".

Mütəxəssis deyir ki, insanların inandığı digər ritullardan biri də Dilək corabı ritualıdır:

"Bu ritualı etmək üçün bizə Yeni il corabı və ya yeni il torbası lazımdır. 2023-cü ildə özünüzə nə arzu edirsinizsə kiçik kağızlara yazın və kağızların üzərini qırmızı sapla dolayın. Arzu yazdığınız kağızları yeni il corabına yığın. Dekabrın 31-i gecəsi 3 ədəd kağız seçib şam ağacının altına qoyun. Yanvarın 1-i, ilk günə başladığınız zaman 3 dilək kağızınızı açıb oxuyun. Digər kağızlarla birgə bu kağızları hədiyyə qutularınıza qoyub saxlaya bilərsiniz. Məhz o 3 diləyiniz həyata keçə bilər".

Ən məşhur rituallardan biri isə, kökü Qədim Misirə, Şamanizmə gedən Nar qırma ritualıdır. Həmsöhbətimiz bu ritualı etməyin də sirlərini bizimlə bölüşdü. Onun sözlərinə görə, bu ritualla bağlı da insanlardan pozitiv geri dönüşlər alıb:

"Nar bolluğu, bərəkəti, birin min olmasını təmsil edir. Nar eyni zamanda türk dünyasında yaşamı simvolizə edir. Hətta əvvəllər insanlar evlərində nar fiquru saxlamaqla bolluğun, bərəkətin artacağına inanırdılar. 31 dekabr günü 1 ədəd nar götürüb üzərindəki neqativ enerjini duzlu su ilə yuyaraq təmizləmək lazımdır. Narı hər iki ovcunuzun içinə alaraq niyyət edin. "Narın dənələri qədər bolluğu və bərəkəti əllərimdə hiss edirəm", "yeni ildə nar dənələrinin bolluq enerjisini həyatıma çəkməyə niyyət edirəm", "çöldən evimə bol pullar gəlsin, bolluq yağış kimi yağsın, nar dənələri kimi bərəkətli olsun" sözlərini təkrarlayın. Narı iki qat paketə qoyaraq ağzını möhkəm bağlayın və sürətlə evin giriş qapısına doğru yerə çırpın".

Növbəti məşhur rituallardan biri yeni ilin ilk 12 günü ilə bağlıdır. İnsanların inanclarına görə, yanvarın ilk 12 günü ilin 12 ayını təmsil edir. Məsələn, yanvarın 1-i yanvar ayını, 2-si fevral ayını, 3-ü isə mart ayını təmsil edərək davam edir. Mütəxəssis bildirir ki, bu inanc sisteminə görə, 12 günü ailənizlə, sevdiklərinizlə əyləncəli və xoş keçirməlisiniz. İnsanların əksəriyyəti isə yanvarın 1-də xüsusi rituallar edirlər. Məsələn, ailə üzvlərindən biri yanvarın 1-i ev əhlinin sayı qədər qəpik və ya kağız pul götürərək evdən çıxır. Həmin pulları evin qapısından içəri ataraq hər kəsin adına, yeni ilin uğurlu, bol-bərəkətli və sağlıqlı keçməsinə niyyətlər edir. Həmin pulu xeyriyyə məqsədi ilə kiməsə verə və ya növbəti ilin təhvil verilməsinə qədər özünüzdə saxlaya bilərsiniz".

Yəqin ki, dilək bankası ritualını eşitmisiniz. Həmsöhbətimiz o ritualın da qaydalarını bizimlə bölüşdü: "Yeni ilin ilk günü ediləcəklərdən biri də dilək bankası ritualıdır. Bir banka götürüb üzərinə "2023 Hədəflərim" yazısı yazılmış bir kağız yapışdırın. Bankanın digər üzünə isə 17981, 419 488 71, 8888, 8 rəqəmlərini yapışdırın. Yanvar ayı hər gün 2023-cü ilə aid niyyət və arzularınızı kiçik kağızlara yazaraq bu bankaya atın. Fevralın 1-i isə bu vərəqləri yandıraraq külünün bir hissəsini torpağa, bir hissəsini isə suya atmaqla "4 elementin enerjisini aktiv edirəm" deyib ritualı tamamlamalısınız. Bu ritualla diləklərin həyata keçməsinə inanılır".

Mütəxəssis sonda vurğulayıb ki, rituallarla bağlı əsas nüans odur ki, onları qaydasında etməli, arzularınızı heç kəsə deməməli və arzularınızın yerinə yetəcəyinə sidq ürəkdən inanmalısınız.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1357   Tarix: 01 yanvar 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Bəhruz Quliyev: "Kəlağayı Azərbaycan qadınının milli kimliyi və dünyəvi mədəniyyətimizin rəmzidir"

Azərbaycan kəlağayısı sadəcə baş örtüyü deyil. O, xalqımızın tarixi yaddaşını, estetik zövqünü, sənətkarlıq ənənələrini və nəsillər arasında mənəvi bağlılığı yaşadan milli mədəniyyət nümunəsidir. Kəlağayının dəyəri onun yalnız geyim elementi olmasında deyil, Azərbaycan xalqının özünəməxsusluğunu əsrlə

13 oktyabr
.

Scroll et, öyrən, danış: TikTok-da alman dili dərsləri

Bu gün TikTok artıq sadəcə əyləncə platforması deyil, həm də bilik və bacarıqların daha əlçatan və maraqlı formada təqdim olunduğu rəqəmsal təhsil mühitinə çevrilir. Azərbaycanda alman dili müəllimləri və kontent yaradıcıları qısa, dinamik videolar vasitəsilə yeni sözləri, qrammatik qaydaları, düzgü

12 oktyabr
.

Hamı intizamlı, səliqəli və vahid formada - Video

Şagirdlərin vahid formaya uyğun geyinməsi təhsil mühitində bərabərliyin qorunması və daxili intizam qaydalarına əməl olunması baxımından vacib amildir. "Qafqazinfo" xəbər verir ki, Naftalan şəhər 1 nömrəli tam orta və Şəmkir rayonu Əhməd Cəmil adına Zəyəm qəsəbə tam orta ümumtəhsil məktəblər

13 oktyabr
.

Məktəb direktorunun maşını yandırıldı - Fotolar

Qaradağ rayonunda orta məktəb direktorlarından birinin maşını yandırılıb. "Qafqazinfo" APA-ya istinadən xəbər verir ki, yaxınlıqda uşaqlar da olub. Xoşbəxtlikdən xəsarət alan olmayıb. Bu fakt bir daha onu nümayiş etdirir ki, xarici qüvvələrin təhriki ilə Azərbaycanın dünyəvi dövlət modelin

12 oktyabr
.

"Azərbaycanda hicabın qadağan olunmasını heç yerdə görmürəm" - Video

"Azərbaycanda din dövlətdən, məktəb də dindən ayrıdır". "Qafqazinfo" xəbər verir ki, bunu Qafqaz Müsəlmanlar İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadə "Real TV"yə müsahibəsində bildirib. "Biz dövlətin qərarlarına qarşı heç bir şey demək iqtidarında deyilik

13 oktyabr
.

AZAL 9 ayda 3,3 milyona yaxın sərnişin daşıyıb

"Azərbaycan Hava Yolları" QSC (AZAL) bu ilin yanvar-sentyabr aylarında 14,1 min reys həyata keçirərək 3,3 milyona yaxın sərnişinə xidmət göstərib. Bu barədə -a AZAL-dan məlumat verilib. Bildirilib ki, onlardan 2,6 milyondan çoxu beynəlxalq istiqamətlər üzrə səyahət edib. Orta yüklənmə faktor

13 oktyabr
.

İran Azərbaycan uşaqlarını necə "zəhərləyir"? - Məktəbli forması üzərindən ideoloji təbliğat

Azərbaycan məktəblərində vahid geyim qaydaları müəyyən edilib və həmin qaydalara hər kəs əməl etməlidir. Məktəb özbaşına davranışın deyil, nizam-intizamın, məsuliyyətin və qanunlara hörmətin formalaşdığı məkandır. Lakin Azərbaycanda məktəbli forması və hicabla bağlı məsələlərin İran mediasında qabardılmas

13 oktyabr
.

Uşaq və gənclərin fiziki və mənəvi inkişafı cəmiyyətin gələcəyini müəyyən edən əsas amildir

"Uşaq və gənclərin fiziki və mənəvi inkişafı hər bir cəmiyyətin tərəqqisini, dövlətin gələcək inkişaf perspektivlərini və milli dəyərlərin qorunmasını müəyyən edən mühüm amillərdən biridir. Sağlam, savadlı, yüksək mənəvi keyfiyyətlərə malik, vətənpərvər və məsuliyyətli gəncliyin yetişdirilməsi yalnı

12 oktyabr
.

Xoşqədəm Hidayətqızı: "Məktəbdə vahid geyim qaydası var, hamı əməl etməlidir"

Əməkdar jurnalist, televiziya aparıcısı Xoşqədəm Hidayətqızı məktəblərdə vahid geyim qaydaları və hicabla bağlı müzakirələrə münasibət bildirib. xəbər verir ki, Xoşqədəm Hidayətqızı Sovet dövründə məktəblərdə tətbiq olunan vahid forma qaydalarını xatırladaraq, şagirdlərin müəyyən edilmiş geyim tələblərin

12 oktyabr