"Müğənnilər 5-10 manata görə nə rüsvayçılıq desən edərlər..." - Xalq artisti

"Müğənnilər 5-10 manata görə nə rüsvayçılıq desən edərlər..." - Xalq artisti"Mənim gənclik yaşım çoxdan keçib. Amma mən öz gənclik illərimi xatırlayanda, yadıma düşür ki, iki ildən bir, üç ildən bir qəzetlərdə tanınmış jurnalistlər, sənətkarlar bayağı mahnılara qarşı, mənəviyyatı ucuz olan ifaçılara qarşı həmişə bir müzakirə aparırdılar, fikirlər söyləyirdilər. Bu fikirlər müəyyən qədər onlara təsir edirdi. İctimai rəy kimi formalaşırdı, nəticəsi də olurdu ki, hansısa ifaçı öz repertuarının bərbadlığına görə 6 ay efirə buraxılmırdı. Çünki o zaman bədii şuralar var idi. Azərbaycan radiosu, televiziyası son dərəcə ciddi baxırdı bu işə. Bu gün bəzən eşidirik ki, filankəsi efirə buraxmırdılar, çünki bəstəkar diplomu yox idi. Bu belə deyildi. Həvəskar bəstəkarların əsərləri də radioda nümayiş etdirilirdi. Təki istedadlı adam olsun. Amma yazırdılar ki, həvəskar bəstəkardır. Daha bu günki kimi ağzını Allah yoluna qoyasan, necə-gəldi oxuyasan, olmazın sözləri deyəsən olmurdu. Artıq son illərdir ki, biz böyük təəssüf içərisində yaşayırıq. Xüsusilə mahnı janrında olan rüsvayçılıq baş alıb gedir".

Bunu Xalq artisti, Üzeyir Hacıbəylinin ev muzeyinin direktoru Sərdar Fərəcov deyib.

"Mən bəstəkarlıq sənətinə gələndə müəyyən bazam var idi, o evdə formalaşmışdı. Evimizdə həmişə Bülbülün, Xan Şuşinskinin, Rəşid Behbudovun, Şövkət Ələkbərovanın valları var idi. Onların ifalarını uşaq vaxtında eşidirdim. Sonralar da içimdəki bu ifalar məni bəstəkarlıq sənətinə sövq etdi. Amma bu gün gənclərimizə çox heyfim gəlir. Onların qulağı o qədər zir-zibili qəbul edib ki, o qədər onlar layiq olmadıqları musiqiləri eşidib, canlarına hopdurublar ki, onlar sabah hansısa bir yaradıcılıqla məşğul olanda, yazdıqları da bu cür olacaq. Atalar sözü var, "Nə tökərsən aşına, o da çıxır qabağına". Bu günki gənclərimizin artıq musiqi zövqü, tərbiyəsi pozulub. Bərbad vəziyyətdədir. Çətin ki, onların qulaq asdıqları musiqilərin içində nə Üzeyir Hacıbəyov, nə də ki, Rəşid Behbudov olsun. Halbuki milli musiqimizin təməlini qoyan, ucaldan onlar olub. Bu vəziyyət hələ uzun müddət davam edəcək" deyə bəstəkar deyib.

Xalq artisti bildirib ki, bu işdə televiziyaların da günahı var.

"Çıxış yolunu nədə görə bilərik? Artıq bədii şura yoxdur ki, efirə buraxanda onları yoxlasın. Müğənninin tanışı varsa, pulu ilə efiri əlinə alır, istədiyini də edir. Mən onları elə millətin xaini kimi tanıyıram. Əgər mənim millətimin mənəviyyatını pozanlar varsa, onlar da millətimin düşməni kimi tanınmalıdırlar. Çıxış yolu varmı? Hansı efir bu gün bədii şura yaradacaq? Və bədii şuraya həmin adamların əkizləri gəlib oturacaqlarsa, bəh-bəhlə birini tərifləyəcəklərsə, bu kimə lazımdır? Maşallah efirlərimiz çoxdur. Hamısında da sosial problemlər.

Bu nə əxlaqlardır? Bu nə pozuntulardır? Adam az qalır ki, öz əxlaqına şübhə etsin. Əxlaqsızlığı təbliğ etmək, onu qabartmaq nə deməkdir? Əksiklik hər millətdə, hər ölkədə var. Onların məqsədləri nədir ki, bunu qabardırlar? Bu artıq millətə qarşı təxribatdır. Mən bunu bu cür qəbul edirəm. Əvvəl heç olmasa köhnə sənətkarlarla görüş tipli verilişlər var idi. İndi vur çatlasın, çal oynasındır. Efirə gündə yeni simalar çıxır, hamısı da bir-birinə çox bənzəyirlər. Bəzən onları ayırmaq da olmur. İfa yox, səs yox, mədəniyyət yox. Bir məsəl var- "Ölünü də özbaşına qoymaq olmaz". Bəlkə də kobud səsləndi. Əgər ölünü özbaşına qoymaq olmazsa, milləti tərbiyələndirən televiziyaları necə özbaşına qoymaq olar?! Kütləni zombiləşdiriblər. Zombiləri əldə saxlamaq üçün bayağı mahnılar onların kodudur. O mahnılar tez yadda qalır. Orada ağıl yox, məkr işləyir. 3 notun üstündə olan mahnıları yadda saxlamağa nə var ki? Buna da bir-iki axmaq söz qoyanda, millət dəli olacaq. Müğənnilər 5-10 manata görə nə rüsvayçılıq desən edərlər?" deyə Sərdar Fərəcov bildirib.

Yenisabah.az


Sonxeber.az
Telegramda izləyin
Mədəniyyət   Baxılıb: 3523   Tarix: 15 aprel 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

İlham Mirzəyevin vəziyyəti ağırdır

Teleaparıcı İlham Mirzəyevin vəziyyəti açıqlanıb. Mərkəzi Klinikadan "Qafqazinfo"nun sorğusuna cavab olaraq bildirilib ki, hazirda xəstənin vəziyyəti ağırdır. "Xəstə sol mədəciyin ön divarının miokard infarktı, kardiogen şok vəziyyətində qəbul olunub. Angioplastika icra olunub və sten

7 sentyabr
.

Riskli əməliyyat olunan Afaq Bəşirqızı nə vaxt evə buraxılacaq? - AÇIQLAMA

Xalq artisti Afaq Bəşirqızı bu gün xəstəxanadan evə buraxılacaq. Bu barədə -a açıqlamasında A.Bəşirqızı özü məlumat verib. O qeyd edib ki, artıq xəstəxanadan çıxışı üçün hazırlıq işləri görülür. Səhhətinin normallaşdığını deyən Xalq artisti keçirdiyi əməliyyatın çox riskli olduğunu vurğulayıb:. "Yaxşıyam

8 iyun
.

Xanəndənin ürəyində 4 damar dəyişdirildi

Əməkdar incəsənət xadimi, xanəndə Aqil Məlikov əməliyyat olunub. Bu barədə "Qafqazinfo"ya onun oğlu, xanəndə Hüseyn Məlikov məlumat verib. O bildirib ki, atası açıq ürək əməliyyatı keçirib və hazırda vəziyyəti qənaətbəxşdir: "Şükürlər olsun, hazırda səhhəti yaxşıdır. İyulun 31-də əməliyya

3 avqust
.

Mərhum Xalq artistinin abidəsi adi olmayacaq

Mərhum Xalq artisti Rasim Balayevin qəbirüstü abidəsinin layihəsi artıq hazırdır. xəbər verir ki, bu barədə -a mərhum aktyorun yaxın dostu, tanınmış şair Baba Vəziroğlu məlumat verib. Onun sözlərinə görə, abidənin müəllifi Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının rektoru, Xalq rəssamı Natiq Əliyevdir:

25 avqust
.

Xalq rəssamı Arif Hüseynov vəzifələrindən ayrılır

Xalq rəssamı Arif Hüseynov Azərbaycan Rəssamlar İttifaqının Rəyasət Heyətinə üzvlüyünə və "Kitab Qrafikası və Miniatür" bölməsinə sədrliyinə xitam verilməsi ilə bağlı İttifaqın Rəyasət Heyətinə açıq məktubla müraciət edib. Qaynarinfo xəbər verir ki, müraciətdə deyilir:. "Azərbaycan Rəssamla

20 iyul
.

Prezident və xanımı Şarovskinin vida mərasiminə əklil göndərdi

Azərbaycan Dövlət Akademik Rus Dram Teatrında Xalq artisti Aleksandr Şarovski ilə vida mərasimi keçirilir. "Qafqazinfo" xəbər verir ki, Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Xalq artistinin vida mərasiminə əklil göndəriblər. Qeyd edək ki, 78 yaşlı A. Şarovski b

9 sentyabr
.

İki teatr nazirliyin tabeliyinə keçdi

Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində olan "Yaşıl Teatr" Bakı Konsert Kompleksi və Bakı Şəhər Bələdiyyə Teatrı bütün əmlakı ilə birlikdə Mədəniyyət Nazirliyinin tabeliyinə verilib. "Qafqazinfo" xəbər verir ki, Baş nazir Əli Əsədov bu barədə Qərar imzalayıb. İqtisadiyya

9 sentyabr
.

Aleksandr Şarovski ilə vida mərasimi keçirilir

Xalq artisti Aleksandr Şarovski ilə vida mərasimi keçirilir. "Qafqazinfo" xəbər verir ki, vida mərasimi Rus Dram Teatrında baş tutur. Vida mərasimində mərhum sənətçinin ailə üzvləri, yaxınları, sənət dostları və ictimaiyyət nümayəndələri iştirak edirlər. Qeyd edək ki, 78 yaşlı A. Şarovski b

9 sentyabr
.

2026-cı ildə kino turizminin ən populyar istiqamətləri açıqlandı

Məşhur film və serialların çəkildiyi məkanlara səyahət etmək son illərdə dünyada sürətlə yayılan turizm istiqamətlərindən birinə çevrilib. Qaynarinfo xəbər verir ki, "Euronews"un məlumatına görə, "set-cetting" adlandırılan bu tendensiya bir çox şəhəri turistlərin əsas maraq mərkəzin

2 iyul