Turistlər Azərbaycana bu SƏBƏBDƏN gəlir
Azərbaycana gələn turistlərin sayına görə Türkiyə ilk beş ölkə arasındadır.
Bunu 26-cı Şərqi Aralıq dənizi Beynəlxalq Turizm Sərgisi çərçivəsində Azərbaycan Turizm Bürosunun baş icraçı direktorunun müavini Bəhruz Əsgərov bildirib.
O qeyd edib ki, 2022-ci ildə Azərbaycana Türkiyədən 311 min turist gəlib.
"Bu, Türkiyənin Azərbaycanda turizm sənayesi üçün nə qədər əhəmiyyətli olduğunu bir daha göstərir. Türkiyədən daha çox turist cəlb etmək potensialımız var. Ölkələrimizin vətəndaşları yalnız şəxsiyyət vəsiqəsi ilə, vizasız və pasportsuz səyahət edə bilərlər", - B.Əsgərov deyib.
Onun sözlərinə görə, Azərbaycan təbii sərvətlərlə və tarixi abidələrlə zəngindir və bu, ölkəni turistlər üçün cəlbedici edir.
"Azərbaycan yay, qış və müalicə turizmi infrastrukturunun inkişafına mühüm investisiyalar yatırıb. Bakı müasir və tarixi memarlığı ilə turistlərin diqqətini çəkir. Ölkənin şimalında, məsələn, Quba və Qusar şəhərlərində müasir qış turizmi mərkəzləri tikilib. Üç tarixi abidə YUNESKO-nun Ümumdünya İrs Siyahısına daxildir. Bunlar Şirvanşahlar Sarayı və Bakının mərkəzində köhnə İçərişəhərin ərazisində Qız Qalasıdır. 2019-cu ildə siyahıya həm də ən cəlbedici turistik yerlər sırasında olan Şəki şəhərinin tarixi mərkəzi də daxil edilib. O, tarixi İpək Yolunun üzərində yerləşir", - B.Əsgərov əlavə edib.
Büro nümayəndəsi onu da xatırladıb ki, bu yaxınlarda Şamaxı şəhəri Türk Dövlətləri Təşkilatı tərəfindən 2023-cü ildə türk dünyasının turizm paytaxtı elan edilib.
Report
Sonxeber.az
Telegramda izləyin
Turizm Baxılıb: 2402 Tarix: 16 aprel 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
KİV: ABŞ-də minlərlə nümayişçi miqrasiya xidmətinə qarşı çıxıb
ABŞ-nin bəzi şəhərlərində Miqrasiya və Gömrük Nəzarəti Xidmətinin (ICE) fəaliyyətinə qarşı etiraz aksiyaları keçirilib. "Report" xəbər verir ki, bu barədə "The Washington Post" (WP) qəzeti məlumat yayıb. "ICE - rədd ol!" - şüarının səsləndirildiyi qeyd olunub. Qəzetin məlumatın
1 fevralPanama Donald Trampdan BMT-yə şikayət edə bilər
Panama Prezidenti Xose Raul Mulino bildirib ki, Donald Tramp Panama kanalı ilə bağlı ölkəyə təzyiqləri davam etdirərsə, ölkəsi BMT Təhlükəsizlik Şurasına müraciət edə bilər. xəbər verir ki, bu barədə "Politico" nəşri Panamanın keçmiş prezidenti Ernesto Balladaresə istinadən məlumat verib. Sabi
11 yanvar 2025Blinken İraqdan İranın Suriyaya silah göndərməsinin qarşısını almasını istəyib
ABŞ-nin dövlət katibi Antoni Blinken İraqın Baş naziri Məhəmməd Əl-Sudanidən İranın Suriyaya silah tədarükünün qarşısını almasını istəyib. xəbər verir ki, "Bloomberg" agentliyi bu barədə Birləşmiş Ştatlar rəsmisinə istinadən xəbər yayıb. Məlumata görə, Blinken vurğulayıb ki, Suriya həssas vəziyyətdədir
14 dekabr 2024ABŞ Ukraynaya yeni hərbi yardım paketi ayırır
ABŞ Ukraynaya 425 milyon dollar dəyərində yeni silah paketi ayırdığını açıqlayıb. xəbər verir ki, bu barədə Pentaqonun Mətbuat Xidməti məlumat yayıb. Sənəddən məlum olduğu kimi, yeni yardım paketinə "NASAMS" zenit-raket kompleksləri üçün döyüş sursatı, "HIMARS" reaktiv atəş sistemləri
3 noyabr 2024Gürcüstanda bəzi sahələrdə əcnəbilərin işləməsi qadağan edilir
Gürcüstan hökumətinin xüsusi qərarı ilə 2026-cı il martın 1-dən etibarən ölkədə xarici vətəndaşların bir sıra sahələrdə işləməsi tam şəkildə məhdudlaşdırılacaq. xəbər verir ki, məlumatı "Sputnik Gürcüstan" yayıb. Yeni qaydalara əsasən, əcnəbilərin kuryerlikdə, sərnişin daşımalarında, o cümlədə
22 fevralFilippin Çinin təqibindən sonra Cənubi Çin dənizində tədqiqatları dayandırır
Filippin Cənubi Çin dənizində elmi tədqiqatların dayandırıldığını bəyan edib. "Report" xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb. Filippin Sahil Mühafizəsinin məlumatına görə, Sendi-Key adasından qum nümunələri toplamaq üçün gedən iki Filippin balıqçı gəmisi Çin sahil mühafizəsini
25 yanvar 2025