Baş Prokurorluq: "Ermənistan Qərbi Azərbaycanda soydaşlarımıza qarşı cinayətlərə görə cavab verəcək"
"Qərbi Azərbaycanda yaşamış soydaşlarımıza qarşı törədilən cinayətlərə görə Ermənistan dövləti və müvafiq şəxslər cavab verəcək".
Sonxeber.az report-a istinadən xəbər verir ki, bunu Baş Prokurorun müavini Elmar Camalov Milli Məclisdə "Qərbi Azərbaycana qayıdış: Hüquqi aspektlər" mövzusunda keçirilən ictimai dinləmədə çıxışı zamanı deyib.
Onun sözlərinə görə, soyqırımı və qətliamları özündə əks etdirən arxiv sənədlərin toplanması zamanı çoxsaylı yerli tarixi sənədlərlə yanaşı, xarici arxiv sənədlərin surətləri də əldə edilərək cinayət işinə əlavə edilib: "Əsrin əvvəlində, o cümlədən 1905-1906, 1918-1920, daha sonra 1948-1953-cü illərdə baş vermiş deportasiya, soyqırımı və qətliamları özündə əks etdirən arxiv sənədlərin toplanması zamanı çoxsaylı yerli tarixi arxiv sənədləri ilə yanaşı, xarici arxiv sənədlərinin surətləri də əldə edilərək cinayət işinə əlavə edilib. Hazırda bu istiqamətdə istintaqın aparılması davam etdirilir. Təbii ki, bu işin gedişatı və nəticəsi barədə ictimaiyyət Azərbaycan Baş Prokurorluğu tərəfindən məlumatlandırılacaq".
E.Camalov vurğulayıb ki, eyni zamanda, Azərbaycan Baş Prokurorluğu, Ermənistan və onların havadarları tərəfindən törədilən cinayətlərlə bağlı beynəlxalq ictimaiyyətə və məhkəmələrə çatdırılması barədə təkliflərin hazırlanması istiqamətində işlər aparılmaqdadır: "Əminəm ki, birgə apardığımız işlər tarixi ədalətin bərqərar olmasına səbəb olacaq. Xalqımıza qarşı, o cümlədən Qərbi Azərbaycanda yaşamış soydaşlarımıza qarşı törədilən cinayətlərə görə Ermənistan dövləti və müvafiq şəxslər cavab verəcək, mümkün olan şəxslər müəyyən edilərək cinayət məsuliyyətinə cəlb olunacaqlar. Bütün qaçqın və məcburi köçkünlər isə öz doğma torpaqlarına qayıdacaqlar".
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Bu İnstitut ləğv edilir - Baş nazirdən qərar
David Seliverstov Çingiz Qənizadəyə qarşı xüsusi ittiham qaldırdı - məhkəmə iclası təyin edildi
Bank kredit borcuna görə borclunun qohumlarına zəng edə bilər? - AÇIQLAMA
Bakıda maraqlı toy karvanı - Video
Sabahdan metronun bu stansiyalarına giriş pulsuz olacaq
Şahramanyanın imzaladığı sənədin hər hansı rolu, əhəmiyyəti və məzmunu yoxdur - ŞƏRH
Bu bank müştərilərini boğaza yığıb: "Pul hesaba oturmur"
Paytaxtın bu rayonunda 52 bina söküləcək: Kompensasiya məbləği açıqlandı
Məktəblərin iş dəftəri problemi: Müəllim valideyndən iş dəftərini almağı tələb edə bilə?
Məktəbli formasında YENİ DÖVR: vahid geyim qaydaları dəyişir - məqsəd nədir?
Çaylar quruyur, şirin su ehtiyatları tükənir: Səbəb nədir? - AÇIQLAMA
Qadın duşda gizli kamera aşkarladı: idman salonunda araşdırma başladı
Bakının iki rayonunda İŞIQ OLMAYACAQ
Koxalski "Qarabağ"dan ayrılma səbəbini açıqladı
Tacir Şahmalıoğlu əməliyyat olundu