"Vətən Müharibəsindəki qələbəmiz Ermənistan və onların havadarlarının bölgədəki siyasətini iflasa uğratdı" - Deputat

"Vətən Müharibəsindəki qələbəmiz Ermənistan və onların havadarlarının bölgədəki siyasətini iflasa uğratdı" - Deputat"Vətən Müharibəsindəki qələbəmiz Ermənistan və onların havadarlarının bölgədəki siyasətini iflasa uğratdı. Prezident cənab İlham Əliyevin başçılığı altında Azərbaycan Ordusu və Azərbaycan xalqı bölgədə yeni reallıqlar yaratmağı bacardı. Bu reallıq bölgədə sülhün və əmin-amanlığın bərqərar olmasına xidmət edir".

Bu sözləri Milli Məclisin deputatı Kamilə Əliyeva Sonxeber.az-a bildirib.

O qeyd edib ki, Vətən Müharibəsində əldə etdiyimiz Qələbə Azərbaycanın tarixinə yazılacaq ən şanlı hadisə oldu.  Azərbaycan öz torpaqlarını işğaldan azad etməklə yanaşı beynəlxalq hüququ və ədaləti bərpa etdi. Ölkəmiz qalıb ölkə, müzəffər xalq kimi əbədi yaşayacaq. Vətən müharibəsində qəhrəmanlıqla vuruşaraq Azərbaycan bayrağını işğaldan azad edilmiş torpaqlarımızda dalğalandıran, bu yolda şəhid olmuş zabit və əsgərlərimizə ehtiram əlaməti olaraq Prezident cənab İlham Əliyev  27 sentyabr  - Vətən Müharibəsinin  başladığı günü -  Azərbaycanda Anım Günü kimi qeyd edilməsi barədə 2 dekabr 2020-ci ildə Sərəncam imzaladı:

"Çar Rusiyası tərəfindən qədim Azərbaycan torpağı olan Qarabağa köçürülən ermənilər azərbaycanlılara qarşı qətiyamlar törətməyə başladılar. 1918-ci ildə azərbaycanlılara məxsus torpaqlarda öz müstəqilliklərini elan edən Ermənistan dövləti Azərbaycan Xalq Cümhuriyyətinə qarşı öz çirkin əməllərini davam etdirmişdi. Sovetlər İttifaqının tərkibində olan zaman və 1991-ci ildə hər iki dövlət yenidən müstəqillik əldə etdikdən sonra da Ermənistan Azərbaycana qarşı ərazi iddiaları irəli sürməyə başladı və öz havadarları ilə birlikdə azərbaycanlılara qarşı dəhşətli soyqırım aktları törətdi. Bu illər ərzində ermənilər hər zaman azərbaycanlılara qarşı düşmənçilik siyasəti aparmış və bu çirkin əməlləri bu gün də davam etdirirlər.
ХХ əsrin əvvəllərində, 1905-1907 və 1920-ci illərdə 100 minlərlə azərbaycanlı erməni vəhşiliyinin qurbanı olmuşdur. 1918-1920-ci illərdə erməni silahlı quldurlarının amansız, misli görünməmiş qəddarlığı xalqımızın yaddaşından heç vaxt silinməyəcək. Bu illərdə qədim Azərbaycan torpaqları olan İrəvanda, Zəngəzurda, Göyçədə, Bakıda, Şamaxıda, Qubada və bir çox digər ərazilərimizdə dinc azərbaycanlı əhalisinə ermənilər tərəfindən işgəncələr verilərək qətlə yetirilmiş,  xalqımız soyqırıma məruz qalmış, öz ata ocaqlarından qovulmuşdular. Sovetlər dövründə də ermənilər bu soyqırım siyasətlərini davam etdirmişdilər. 1948-1953-cü illərdə Ermənistandakı tarixi Azərbaycan torpaqları olan ərazilərdən 150 min, 1988-ci ildə isə 300 min soydaşımız deportasiya olunaraq Azərbaycana yerləşdirilmişdir. Həyata keçirilən bu deportasiya zamanı 10 minlərlə insan qətlə yetirilmiş, evləri dağıdılmış, yurd yerləri viran qoyulmuşdur.
Ermənilərin törətdikləri bu vəhşiliyə, soyqırımına ilk dəfə olaraq Ulu Öndər Heydər Əliyev tərəfindən siyasi-hüquqi qiymət verilmişdir. Ulu Öndər Heydər Əliyevin 26 mart 1998-ci il tarixdə imzaladığı Fərmanla 31 mart Azərbaycanlıların soyqırımı günü elan edilmişdir. 
1988-ci ildən başlayaraq ermənilər öz havadarlarının köməyi ilə Qarabağda azərbaycanlıları qətlə yetirir, onların yaşadıqları evlərə od vururdular. Sonda Azərbaycan torpaqlarınının 20 faizi Ermənistan tərəfindən işğal edildi. Qarabağ və Şərqi Zəngəzurda ermənilər böyük vəhşiliklər törətdilər, soydaşlarımızı qətlə yetirdilər. 1992-ci il fevralın 26-da ermənilər XX əsrin ən böyük faciəsi olan Xocalı soyqırımını həyata keçirdilər. Yüzlərlə qadın, uşaq, qoca ən ağır işgəncələrlə qətlə yetirildi. Ermənistan-Azərbaycan arasında olan münaqişənin nizamlanması məqsədi ilə yaradılmış ATƏT-in Minsk qrupunun fəaliyyəti məsələnin həllinə yox, dondurulmasına yönəlmişdir. Elə bu səbəbdən də illərlə davam edən danışıqlar nəticəsiz qalmışdır. Beynəlxalq təşkilatlar bu problemə ciddi yanaşmamışdılar. BMT TŞ-nın qəbul etdiyi 4 qətnamə kağız üzərində qaldı. BMT bir dəfə də olsun Ermənistana işğala son qoyması üçün heç bir təzyiq göstərmədi. 
Ermənistanın torpaqlarımızı işğal etməsi nəticəsində bir milyona yaxın soydaşımız öz yurd yerlərindən qovuldu. Tarixi, mədəni, dini abidələrimiz dağıldı, şəhər və kəndlərimiz yerlə yeksan edildi. Təmas xəttinə yaxın ərazilərdə yaşayan dinc sakinlər erməni təxribatları nəticəsində həlak olurdular. Prezident cənab İlham Əliyev  dəfələrlə Ermənistana və beynəlxalq ictimaiyyətə Azərbaycan xalqının bu işğalla barışmayacağını bəyan etmişdir. 2016-cı ilin aprelində Lələtəpə və 2020-ci ilin iyul ayında Tovuz döyüşləri zamanı Azərbaycan bu işğalla barışmayacağını bir daha nümayiş etdirdi. Ermənistan bu dərslərdən nəticə çıxarmadı, təxribatçı hərəkətlərə, bəyanatlarına son qoymadı. 2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələri bütün cəbhə boyu Azərbaycan ordusunun mövqelərinə intensiv top və raket zərbələri endirməyə başladı. Ermənistan silahlı qüvvələri Tərtər, Ağdam, Füzuli rayonlarını top atəşinə tutması nəticəsində hərbi qulluqçularımızla yanaşı 11 dinc sakin, o cümlədən 2 uşaq həlak olmuşdur. Ermənistanın bu geniş miqyaslı hərbi təxribatının qarşısını almaq və bu təxribatlara son qoymaq üçün Azərbaycan Respublikasının Prezidenti Ali Baş Komandan cənab İlham Əliyev Azərbaycan Ordusuna bütün cəbhə boyu əks-hücuma keçmək əmrini verdi. 27 sentyabr tarixindən  Azərbaycan Ordusunun başladığı əks hücum zamanı  Azərbaycan Silahlı Qüvvələrinin əsgər və zabitləri böyük igidlik və mərdlik göstərdilər. 44 günə Azərbaycan Ordusu Ermənistan tərəfindən işğal edilmiş torpaqlarımızı işğaldan azad etdi.
Mədəniyyət paytaxtımız Şuşa şəhəri işğaldan azad edildikdən sonra Ermənistanın hərbi siyasi rəhbərliyi müqavimət göstərməyin mənasız olduğunu anladı. 10 noyabr 2020-ci ildə atəşkəsin elan olunması barədə üçtərəfli Bəyannamə imzalandı və bununla da Ermənistan kapitulyasiya aktına imza atmış oldu.  44 gün ərzində Azərbaycan Ordusu nəyə qadir olduğunu bütün dünyaya göstərdi. Azərbaycan əsgəri şəhid oldu, amma bir addım belə geri çəkilmədi. Vətən müharibəsində 2907 şəhid verdik. 1000 dən çox hərbiçimiz yaralandı, 7 nəfər itkin düşdü. Bu, Azərbaycan xalqının dönməzliyinin, iradəsinin nümunəsidir.
Azərbaycan Ordusu 44 gün ərzində 5 şəhər, 4 qəsəbə, 286 kəndi işğaldan azad etdi. Bir çox hərbi əhəmiyyətli yüksəkliklər ələ keçirildi. Prezident Ali Baş Komandan cənab İlham Əliyevin apardığı uğurlu,  qətiyyətli siyasəti nəticəsində Kəlbəcər,  Laçın, Ağdam rayonları bir güllə atılmadan,  heç bil şəhid vermədən Azərbaycana qaytarıldı. 
Vətən Müharibəsində əldə etdiyimiz Qələbə Azərbaycanın tarixinə yazılacaq ən şanlı hadisə oldu.  Azərbaycan öz torpaqlarını işğaldan azad etməklə yanaşı beynəlxalq hüququ və ədaləti bərpa etdi. Ölkəmiz qalıb ölkə, müzəffər xalq kimi əbədi yaşayacaq. Vətən müharibəsində qəhrəmanlıqla vuruşaraq Azərbaycan bayrağını işğaldan azad edilmiş torpaqlarımızda dalğalandıran, bu yolda şəhid olmuş zabit və əsgərlərimizə ehtiram əlaməti olaraq Prezident cənab İlham Əliyev  27 sentyabr  - Vətən Müharibəsinin  başladığı günü -  Azərbaycanda Anım Günü kimi qeyd edilməsi barədə 2 dekabr 2020-ci ildə Sərəncam imzaladı. 
Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin komandanlığı altında böyük Zəfərə imza atdı. Bu gün Azərbaycan Ordusu dünyanın ən güclü ordusu sıralarında yer alır. Azərbaycan Ordusu MDB də döyüş hazırlığına görə ön sıralarda gedir. Eləcə də Cənubi Qafqazda ən güclü ordudur. Bu Müzəffər Ali Baş Komandan Prezident cənab İlham Əliyevin ordu quruculuğu sahəsində apardığı islahatların, silahlı qüvvələrin maddi - texniki, hərbi potensialının artırılması istiqamətində apardığı böyük işlərin məntiqi nəticəsidir.  Vətən müharibəsində Azərbaycan Ordusunun apardığı döyüş taktikası dünya hərb tarixində yenilik hesab edilir. Bir çox qərb dövlətlərinin orduları, eləcə də ABŞ Hərbi Akademiyası və Pentaqon, Azərbaycan Ordusunun hərbi taktikasının öyrənilməsinin zəruri olduğunu qeyd ediblər.
Vətən Müharibəsi zamanı Ermənistan rəhbərliyi və hərbiçiləri Azərbaycan Ordusunun qarşısında tab gətirə bilməyəcəyini anladıqları üçün hərbi cinayətə əl atdılar. Cəbhə xəttindən uzaqda yerləşən Gəncə, Bərdə, Tərtər, Goranboy şəhərlərini top, raket atəşinə tutdular. Nəticədə 100-ə yaxın dinc, günahsız insanlar həlak oldular, 400-dən çox insan yaralandı. Minlərlə fərdi ev, onlarla çoxmərtəbəli yaşayış evləri dağıdıldı. Ermənistan rəhbərliyinin daha bir hərbi cinayəti işgal zamanı torpağa basdırılmış və onlarla vətəndaşımızın həlak olmasına səbəb olan minalanmış ərazilərin xəritələrini Azərbaycan tərəfinə verməməsidir. Beynəlxalq təşkilatlar mina xətitələrini Azərbaycana verməməsinə görə Ermənistanı qınamalı və hərbi məsuliyyətə cəlb etməlidir. 
Bu gün Prezident cənab İlham Əliyev başda olmaqla bütün xalqımız torpaqlarımızın işğaldan azad edilməsi uğrunda şəhid olmuş hərbiçilərimizin ailə üzvlərinə və yaralanmış əsgər və zabitlərimizə böyük ehtiram göstərir. 
Vətən Müharibəsində qazandığımız qələbə münasibətilə təsis edilmiş orden və medallar bu qələbənin əbədiləşdirilməsinə və iştirakçılarına ayrılan  diqqətin nümunəsidir. Vətən müharibəsində qazandığımız qələbə münasibətilə Ali Baş Komandan cənab İlham Əliyevin sərəncamları ilə igid və qəhrəman döyüşçülərimiz orden və medallarla təltif olunublar. "Zəfər" və "Qarabağ " ordenləri ilə yanaşı "Vətən Müharibəsi Qəhrəmanı" medalı da daxil olmaqla 15 yeni medal təsis edilib. Bu gün dövlət tərəfindən bütün şəhid ailələrinə, qazilərə böyük diqqət və qayğı göstərilir. Müharibə zamanı əlini, qolunu, ayağını itirmiş yaralılar ən son texnologiyalarla hazırlanmış protezlərlə təmin edilir. On mindən çox şəhid ailəsi və qazilər mənzillərlə təmin edilmişdir.
I və II Qarabağ müharibəsi  əlillərinə Bakıda, Sumqayıtda və digər şəhər və rayonlarımızda bu ilin sonuna qədər mənzillər veriləcək. Müharibədə əlil olmuş hərbiçilərimizə 7000 dən çox avtomobil verilmişdir. Dövlətimizin həyata keçirdiyi bu qayğıya dəstək olaraq vətəndaş cəmiyyəti "Yaşat Fondu" yaratmışdır. "Yaşat Fondu"na indiyə qədər 78 milyon manat vəsait toplanmış və bu vəsait şəhid ailələrimizin sosial vəziyyətinin yaxşılaşdırılmasına, eləcə də qazilərimizin sağlamlığının bərpasına sərf olunur.
Vətən Müharibəsindəki qələbəmiz Ermənistan və onların havadarlarının bölgədəki siyasətini iflasa uğratdı. Prezident cənab İlham Əliyevin başçılığı altında Azərbaycan Ordusu və Azərbaycan xalqı bölgədə yeni reallıqlar yaratmağı bacardı. Bu reallıq bölgədə sülhün və əmin-amanlığın bərqərar olmasına xidmət edir. 
Vətən Müharibəsində qələbə qazandıqdan sonra qalib ölkə olmağımıza baxmayaraq Prezident cənab İlham Əliyev Ermənistana sülh sazişi bağlamağı təklif etdi. Ermənistan rəhbərliyi və Qarabağdakı separatçılar sülh sazişinin bağlanmaması üçün Azərbaycana qarşı təxribatlar törətməyə başladılar. Mülki əhalimizə və hərbiçilərimizə qarşı terror aktı törədirdilər. Prezident cənab İlham Əliyev Qarabağdakı separatçılara silahı yerə qoyub təslim olmaları barədə dəfələrlə xəbərdarlıq etmişdir. Sentyabrın 19-da separatçılar Azərbaycanın mülki əhalisinə və polis əməkdaşlarına qarşı növbəti dəfə teror aktı həyata keçirtdi. Etmənilərin basdırdığı minaların partlaması nəticəsində mülki vətəndaşlarımız və polis əməkdaşlarımız şəhid oldular. Bundan sonra Azərbaycan Silahlı Qüvvələrinin noyabrın 19-da Qarabağda həyata keçirdiyi lokal xarakterli antiterror tədbiri uğurla nəticələndi. Qarabağdakı Ermənistan dövlətinin və buradakı separatçı rejimin silahlı dəstələri 24 saat belə Azərbaycan Ordusunun qarşısında duruş gətirə bilmədi. Ordumuz ermənilərin bütün hərbi texnikalarını və sursatlarını dəqiq atəşlə sıradan çıxartdı və hərbi xunta təslim olduqlarını bildirərək ağ bayraq qaldırdı. Azərbaycan dövləti Qarabağdakı separatizmin kökünü birdəfəlik kəsdi. 20 sentyabr 2023-cü il Azərbaycan tarixinə şanlı bir səhifə kimi yazıldı. Prezident, Ali Baş Komandan cənab İlham Əliyev başda olmaqla Azərbaycan Ordusu, Azərbaycan xalqı tarixi qələbə əldə etdi".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Siyasət   Baxılıb: 887   Tarix: 26 sentyabr 2023  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Prezidentin xüsusi tapşırıqlar üzrə nümayəndəsi vəzifəsi inzibati vəzifələrin birinci təsnifatına daxil edilib

Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsinin vəzifəsi inzibati vəzifələrin birinci təsnifatına daxil edilib. xəbər verir ki, bu, Prezident İlham Əliyevin bu gün təsdiqlədiyi "Dövlət qulluğu haqqında" qanuna olunan dəyişiklikdə əksini tapıb

6 dekabr
.

İlham Əliyev: "Azərbaycan bütün məsələləri BMT Nizamnaməsinin 51-ci maddəsinə uyğun olaraq həll edib"

"Bu gün biz bir neçə beynəlxalq çağırışla üzləşirik. Təəssüf olsun ki, biz tərəfdaş hesab etdiyimiz bəzi ölkələrlə müəyyən anlaşılmazlıq yaşayırıq". AZƏRTAC xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev dekabrın 6-da ADA Universitetində keçirilən "Qarabağ: 30 ildən sonra evə dönüş

6 dekabr
.

Prezident İlham Əliyev Qarabağda erməni sakinlər üçün yaradılan şəraitdən danışıb

"Onlar (erməni icmasının nümayəndələri - red.) yalnız 20 sentyabrdan sonra görüşməyə razılıq verdilər. Biz artıq suverenliyimizi bərpa etmək üçün güc tətbiq etmək fikrinə gəldikdə onların nümayəndəsi Yevlaxa gəldi. Bir dəfə yox, iki dəfə gəldi. İndi sual verilir, nəyə görə əvvəllər gəlmirdi? Əgə

6 dekabr
.

Prezident İlham Əliyev: "Ermənistan beş məlum prinsipi qəbul etməyə yaxındır"

"Bizim tərəfimizdən antiterror tədbirləri planlaşdırılmamışdı. Ən azı, 2020-ci ilin noyabrında belə bir şey yox idi, mən bunu çox aydın şəkildə deyə bilərəm". AZƏRTAC xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev dekabrın 6-da ADA Universitetində keçirilən "Qarabağ: 30 ildən sonr

6 dekabr
.

Ermənistan parlament nümayəndə heyəti KTMT PA-nın qarşıdakı iclasında iştirak etməyəcək

Ermənistan parlamentinin spikeri Alen Simonyan KTMT Parlament Assambleyası Şurasının qarşıdakı iclasında iştirak etməyəcək. xəbər verir ki, bu barədə Ermənistan parlamentinin mətbuat xidməti məlumat yayıb. Dekabrın 19-da Moskvada KTMT PA Şurasının 16-cı plenar iclası keçiriləcək. Parlamentin spiker

5 dekabr
.

Ağdərə rayonunun yaradılmasının parlamentdə müzakirəyə çıxarılacağı tarix məlum olub

Ağdərə rayonunun yaradılmasının parlamentdə müzakirəyə çıxarılacağı tarix məlum olub. "Azərbaycan Respublikasının Ağdərə rayonunun yaradılması haqqında" Qanunu layihəsi dekabrın 5-də keçiriləcək plenar iclasın gündəliyinə daxil edilib. Plenar iclasda, həmçinin "Azərbaycan Respublikasını

2 dekabr
.

Prezident İlham Əliyev ABŞ dövlət katibinin köməkçisini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 6-da ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O’Brayeni qəbul edib. Bu barədə AZƏRTAC xəbər verir

6 dekabr
.

Türkiyə və Özbəkistan prezidentləri görüşüb

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Dubayda keçirilən BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 28-ci sessiyasında (COP28) Özbəkistan prezidenti Şavkat Mirzoyoyevlə görüşüb. xəbər verir ki, bu barədə türk mətbuatı məlumat yayıb. Onlar Türkiyə-Özbəkistan münasibətlərin

1 dekabr
.

Prezident İlham Əliyev Tailand kralını təbrik edib

Azərbaycan Prezidenti İlham Əliyev dekabrın 5-də Tailandın Kralı Maha Vajiralongkorn Phra Vajiraklaochaoyuhuaya təbrik məktubu ünvanlayıb. Bu barədə xəbər verir. Məktubda deyilir:. "Əlahəzrət, Tailand Krallığının milli bayramı münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbayca

5 dekabr