Premyer Liqa: "Araz-Naxçıvan" səfərdə "Qəbələ"ni məğlub edib
Futbol üzrə Azərbaycan Premyer Liqasında X tura yekun vurulub.
Son matçda "Qəbələ" "Araz-Naxçıvan"ı qəbul edib.
Qələbə şəhər stadionundakı qarşılaşma qonaqların 4:1 hesablı qələbəsi ilə bitib. Naxçıvan təmsilçisinin heyətində 32-ci dəqiqədə Turan Manafov, 44-cü dəqiqədə Kadiri Məhəmməd, 69-cu dəqiqədə Elviş Maşike, 71-ci dəqiqədə Miço Kuzmanoviç fərqləniblər.
Meydan sahiblərində Samuel Tetteh 37-ci dəqiqədə rəqib qapısına yol tapa bilib. Bundan əlavə, "Qəbələ"dən İlkin Qırtımov 28-ci dəqiqədə birbaşa qırmızı, 60-cı dəqiqədə Osama Xalayla ikinci sarı vərəqəni alaraq meydandan qovulublar.
Bu nəticədən sonra xallarının sayını 17-yə çatdıran "Araz-Naxçıvan" üçüncü sıradakı "Səbail"ə çatıb. "Qırmızı-qaralar" yeddi xalla doqquzuncudur.
Qeyd edək ki, turun əvvəlki oyunlarında "Neftçi" "Səbail"i (4:2), "Sabah" "Sumqayıt"ı (3:1) məğlub edib. "Turan Tovuz" - "Qarabağ" (2:2), "Kəpəz" - "Zirə" (0:0) görüşlərində qalib müəyyənləşməyib.
Sonxeber.az
Telegramda izləyin
İdman Baxılıb: 728 Tarix: 22 oktyabr 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Nəriman Axundzadə ABŞ-da darmadağına şahid oldu
ABŞ MLS liqasında 12-ci turun oyunları keçirilir. Qaynarinfo xəbər verir ki, Azərbaycan milli komandasının hücumçusu Nəriman Axundzadənin yer aldığı "Kolambus Kryu" növbəti oyununa çıxıb. Sözügedən komanda səfərdə "Nyu York Siti" ilə qarşılaşıb. Meydan sahiblərinin 3:0 hesabı il
11 may"Qarabağ" isveçli hücumçunu TRANSFER EDİR - Danışıqlar son mərhələdə
"Qarabağ" klubu İsveçin "Yurqorden" klubunun futbolçusu Zakaria Savonu transfer edə bilər. Bu barədə Sportime.sigmalive nəşrinə istinadən xəbər verir. Məlumata görə, hazırda Kiprin "AEL Limassol" klubunda çıxış edən Zakaria Savonun icarə müddəti bitdikdən sonra karyerasın
16 mayFinal günü: Azərbaycan Kubokunun qalibi müəyyənləşir
Bu gün futbol üzrə Azərbaycan Kubokunun final matçı baş tutacaq. Qaynarinfo-nun məlumatına görə, Misli Premyer Liqasında çempionluğu rəsmiləşdirən "Sabah" komandası "Zirə" ilə münasibətləri aydınlaşdıracaq. FIFA referisi Elçin Məsiyevin idarə edəcəyi görüş saat 20:00-da, "Palm
13 mayMikels "Bakılı balasıyam" oynayanda...
"Sabah" layiq olduğu çempionluq kubokuna qovuşdu. Valdas Dambrauskasın çalışdırdığı komanda sözün bütün mənalarında əla mövsüm keçirdi. "Qarabağ"ın yolunun Çempionlar Liqasında gözləniləndən daha çox uzanması, "köhlən atlar"ın bu çətin marafonda xeyli güc itirməsi də "Sabah"ı
19 may"Sabah"ın Çempionlar Liqasındakı mümkün rəqibləri bəlli oldu - SİYAHI
Azərbaycan çempionu kimi ölkəmizi təmsil edəcək "Sabah" klubunun Çempionlar Liqasının 1-ci təsnifat mərhələsindəki ehtimal olunan rəqiblərinin adlarına böyük ölçüdə aydınlıq gəlib. xəbər verir ki, qitənin ən nüfuzlu klub turnirinin ilkin mərhələsi 28 komandanın gərgin mübarizəsinə səhnə olacaq
19 may"Qarabağ" onun gəlişini maraqlı kadrlarla açıqladı - Video
"Qarabağ" növbəti transferini gerçəkləşdirib. "Qafqazinfo" kluba istinadən xəbər verir ki, fransalı vinger Jali Muaddiblə 3 illik müqavilə imzalanıb. 25 yaşlı futbolçu 2029-cu ilin yayına qədər "Qarabağ"da çıxış edəcək. O, klubda 7 nömrəli formanı geyinəcək. Jalinin so
18 mayFIFA "Neftçi"yə niyə transfer qadağası qoyub? (AÇIQLAMA)
FIFA-nın "Neftçi"yə tətbiq etdiyi transfer qadağası maksimum 3-5 günə aradan qaldırılacaq. Bu barədə Qaynarinfo-ya "ağ-qaralar"ın mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, transfer ödənişi geçikəndə FIFA-nın müvafiq portalı avtomatik olaraq klubu qırmızı siyahıya salır v
7 mayDünya çempionu Tunar Axundzadəyə iki nüfuzlu hakim adı verildi
Kyokushinkai Karate üzrə dünya çempionu Tunar Axundzadə növbəti uğura imza atıb. 2022 ci ildə dünya çempionatında 1-ci yerə layiq görülən idmançı bu dəfə hakimlik fəaliyyəti ilə diqqət mərkəzinə düşüb. Belə ki, o, beynəlxalq arenada göstərdiyi peşəkar hakimlik fəaliyyətinə görə "İlin hakimi"
2 may