İlham Əliyev və Mehriban Əliyeva İsmayıllıda "DOST EVİ" filialının açılışında - YENİLƏNİB + FOTO/VİDEO

İlham Əliyev və Mehriban Əliyeva İsmayıllıda "DOST EVİ" filialının açılışında - YENİLƏNİB + FOTO/VİDEONoyabrın 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva İsmayıllıda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin "DOST EVİ" filialının açılışında iştirak ediblər.

AZƏRTAC xəbər verir ki, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev dövlətimizin başçısına və birinci xanıma görülən işlər barədə məlumat verib.

Qeyd edək ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən dövlət siyasətində sosial sahənin inkişafına və həssas təbəqənin sosial məsələlərinin həllinə daim xüsusi diqqət yetirilir. Bu istiqamətdə dövlət səviyyəsində icra olunan layihələrlə yanaşı, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsləri də xüsusi əhəmiyyəti ilə seçilir. Bu baxımdan DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin yaradılmasını da qeyd etmək olar. Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə yaradılan mərkəzin əsas məqsədi şəhid ailələrinin üzvləri, əlilliyi olan şəxslər, valideynini itirmiş uşaqlar, aztəminatlı ailələrin övladları sırasından istedadlı şəxslərin yaradıcılıq potensialının inkişaf etdirilməsidir.

Mərkəzin fəaliyyət istiqamətləri, əsasən, musiqi, təsviri incəsənət, rəqs, dulusçuluq, xalçaçılıq, toxuma, floristika, landşaft dizaynı və bağçılıq, bədii oyma, kulinariya, fotoqrafiya və sairdir.

Fəaliyyət dövrü ərzində 470 benefisiar mərkəzdə müxtəlif yaradıcılıq istiqamətləri üzrə təlim, sosial pedaqoji və psixoloji xidmətlərdən yararlanıb. Hazırda mərkəzdə 186 nəfərə xidmət göstərilir. Onlardan 131 nəfər əlilliyi olan şəxs, 21 nəfər valideynini itirmiş uşaq, 22 nəfər aztəminatlı ailələrin üzvləri, 12 nəfər isə şəhid ailəsi üzvüdür.

İsmayıllıdakı "DOST EVİ" də həmin Mərkəzin filialı kimi fəaliyyət göstərəcək.

Bildirildi ki, DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin "DOST EVİ" filialı Muğanlı-İsmayıllı yolunun 16-cı kilometrliyində yerləşir.

Müəssisə modern və konstruktiv elementlərlə, milli ornamentlər də əlavə olunmaqla müasir üslubda layihələndirilib, mühəndis sistemləri ən yüksək tələblərə cavab verir.

"DOST EVİ" birmərtəbəli olmaqla iki blokdan ibarətdir. Filialda on istiqamət üzrə altı emalatxana - dulusçuluq, bədii oyma, misgərlik və zərgərlik, dərzilik və kəlağayı, xalçaçılıq, toxuma və bədii tikmə, un məmulatları emalatxanaları fəaliyyət göstərəcək.

Sərgi və Satış Mərkəzində benefisiarların hazırladıqları əl işlərinin nümayişi, həmçinin satışı həyata keçiriləcək. Hazırda "DOST EVİ"ndə DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin benefisiarları tərəfindən dulusçuluq, bədii oyma, xalçaçılıq, toxuma və tikmə, dərzilik, təsviri incəsənət, floristika, bağçılıq və landşaft dizaynı istiqamətləri üzrə hazırlanmış əl işlərindən ibarət sərgi təşkil olunub. Sərgidə 150-dək əl işi təqdim edilir.

Diqqətə çatdırılıb ki, bölgədə yaşayan və "DOST EVİ"nə cəlb edilmiş əlilliyi olan şəxslər və digər həssas qrupların hazırladıqları sənətkarlıq nümunələrinin də burada nümayişi və satışı həyata keçiriləcək.

Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva "DOST EVİ"ndəki emalatxanalarla tanış olublar.

"DOST EVİ" bölgədə müvafiq peşə hazırlığı kursları üçün təlim bazası rolu oynamaqla yanaşı, özünüməşğulluq layihələrinin icrasına da dəstək olacaq. Burada 50 nəfərin məşğulluğu təmin ediləcək. Benefisiarlar, təlimçilər və digər işçilər əlilliyi olan şəxslər və digər həssas qruplar arasından seçiləcək.

Qeyd olunub ki, filialda 50-80 nəfər benefisiar üçün altı ay - iki il müddətində təlimlər-kurslar təşkil olunacaq və sonda onlara sertifikatlar veriləcək.

Əlilliyi olan şəxslər inklüziv kafe sahəsində işə cəlb edilərək ictimai iaşə xidmətləri təşkil olunacaq.

Burada qonaqlara ekoloji təmiz məhsullardan hazırlanan və milli kulinariya nümunələri olan keyfiyyətli qidalar, un məmulatları təqdim ediləcək. Filialın biomarket sahəsində ekoloji təmiz kənd təsərrüfatı məhsulları satılacaq.

Bir sözlə, "DOST EVİ" bölgədə yeni iş yerlərinin, o cümlədən əlilliyi olanlar, həmçinin digər həssas qrupların məşğulluq və gəlir imkanlarının artırılmasına, milli sənətkarlığın inkişafına və təbliğinə, bölgədə turizm imkanlarının genişləndirilməsinə, ekoloji təmiz məhsulların satışına, keyfiyyətli iaşə xidmətlərinin göstərilməsinə dəstək verəcək.

İsmayıllı rayonunda belə bir müəssisənin yaradılması, eyni zamanda, bu ərazinin abadlaşmasına imkan yaradıb.

"DOST EVİ" Muğanlı-İsmayıllı yolu ilə hərəkət edən insanlar, xüsusilə qonaqlar üçün gözəl asudə vaxt, istirahət və keyfiyyətli xidmətlər məkanı olacaq.

12:47

Noyabrın 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva İsmayıllıda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin "DOST EVİ" filialının açılışında iştirak ediblər.

Bu barədə AZƏRTAC xəbər verir.

İlham Əliyev və Mehriban Əliyeva İsmayıllıda "DOST EVİ" filialının açılışında - YENİLƏNİB + FOTO/VİDEOİlham Əliyev və Mehriban Əliyeva İsmayıllıda "DOST EVİ" filialının açılışında - YENİLƏNİB + FOTO/VİDEOİlham Əliyev və Mehriban Əliyeva İsmayıllıda "DOST EVİ" filialının açılışında - YENİLƏNİB + FOTO/VİDEOİlham Əliyev və Mehriban Əliyeva İsmayıllıda "DOST EVİ" filialının açılışında - YENİLƏNİB + FOTO/VİDEOİlham Əliyev və Mehriban Əliyeva İsmayıllıda "DOST EVİ" filialının açılışında - YENİLƏNİB + FOTO/VİDEOİlham Əliyev və Mehriban Əliyeva İsmayıllıda "DOST EVİ" filialının açılışında - YENİLƏNİB + FOTO/VİDEOİlham Əliyev və Mehriban Əliyeva İsmayıllıda "DOST EVİ" filialının açılışında - YENİLƏNİB + FOTO/VİDEOİlham Əliyev və Mehriban Əliyeva İsmayıllıda "DOST EVİ" filialının açılışında - YENİLƏNİB + FOTO/VİDEOİlham Əliyev və Mehriban Əliyeva İsmayıllıda "DOST EVİ" filialının açılışında - YENİLƏNİB + FOTO/VİDEOİlham Əliyev və Mehriban Əliyeva İsmayıllıda "DOST EVİ" filialının açılışında - YENİLƏNİB + FOTO/VİDEOİlham Əliyev və Mehriban Əliyeva İsmayıllıda "DOST EVİ" filialının açılışında - YENİLƏNİB + FOTO/VİDEOİlham Əliyev və Mehriban Əliyeva İsmayıllıda "DOST EVİ" filialının açılışında - YENİLƏNİB + FOTO/VİDEOİlham Əliyev və Mehriban Əliyeva İsmayıllıda "DOST EVİ" filialının açılışında - YENİLƏNİB + FOTO/VİDEOİlham Əliyev və Mehriban Əliyeva İsmayıllıda "DOST EVİ" filialının açılışında - YENİLƏNİB + FOTO/VİDEOİlham Əliyev və Mehriban Əliyeva İsmayıllıda "DOST EVİ" filialının açılışında - YENİLƏNİB + FOTO/VİDEOİlham Əliyev və Mehriban Əliyeva İsmayıllıda "DOST EVİ" filialının açılışında - YENİLƏNİB + FOTO/VİDEOİlham Əliyev və Mehriban Əliyeva İsmayıllıda "DOST EVİ" filialının açılışında - YENİLƏNİB + FOTO/VİDEO


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 1970   Tarix: 15 noyabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Rusiya Azərbaycanın şərtlərini qəbul edib - Eskpertən AÇIQLAMA

Xəbər verdiyimiz kimi, ötən gün Lavrovla Mirzoyanın görüşündə əsas diqqətçəkən məqamlardan biri də birgə mətbuat konfransında Rusiya XİN başçısının erməni diversantlarla bağlı açıqlaması və Ermənistan XİN rəhbərinin dəfələrlə Qarabağın "status"u məsələsini qaldırmasına baxmayaraq, Lavrovu

2 sentyabr 2021
.

Türkiyə səfirindən Bakının azad olunması ilə bağlı PAYLAŞIM

Türkiyə Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Cahid Bağcı Bakının bolşevik və erməni quldur dəstələrinin işğalından azad edilməsinin ildönümü ilə bağlı paylaşım edib. "Bu gün Bakının bolşevik və erməni quldur dəstələrinin işğalından azad edilməsinin 103-cü ildönümüdür. B

15 sentyabr 2021
.

Rüstəm Muradov nə ilə yadda qaldı? - Deputatdan AÇIQLAMA

Xəbər verdiyimiz kimi, ötən gün Azərbaycanın Qarabağ bölgəsində müvəqqəti yerləşən Rusiya sülhməramlı qüvvələrinin komandanı olan general-leytenant Rüstəm Muradov xidməti vəzifəsini başa çatdırdı. Hələ may ayından söyləntilər gəzirdi ki, onun yerinə general-mayor Aleksey Avdeyev gətiriləcək. Lakin a

7 sentyabr 2021
.

"15 qəpiklə heç kim kasıblamaz" - Deputatdan bahalaşmaya reaksiya

"Hazırda ölkə iqtisadi cəhətdən ciddi bir dövrünü yaşayır. Həm COVID-19 pandemiyası, həm də Vətən müharibəsi ilə əlaqədar olaraq xərclərimiz çoxdur. Həmçinin dövlət son illər hərbiyə də olduqca çox vəsait ayırır. Doğrudur, Azərbaycan kifayət qədər iqtisadi gücə malikdir, amma bizim ABŞ-da olduğ

15 sentyabr 2021
.

"Üç Qardaş - 2021" təliminin əhəmiyyəti ilə bağlı türkiyəli generaldan AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Bakıda ilk dəfə olaraq Azərbaycan, Türkiyə və Pakistanın xüsusi təyinatlı qüvvələrinin "Üç Qardaş - 2021" birgə beynəlxalq təlimi keçiriləcək. Birgə təlimin əsas məqsədi döyüş əməliyyatlarının aparılması zamanı dost və tərəfdaş ölkələrin xüsusi təyinatlı bölmələrini

13 sentyabr 2021
.

Ərdoğan Azərbaycanın yeni səfiri ilə görüşəcək

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanın bu ölkəyə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Rəşad Məmmədovun etimadnaməsini qəbul edəcək. Türkiyə Prezident Administrasiyasının rəsmi saytında bu barədə məlumat dərc olunub. Təqdimat mərasimi Türkiyə Prezident Sarayında yerli vaxtl

9 sentyabr 2021
.

"Onlar sülhməramlı deyil, "erməniməramlı"dır" - Deputatdan SƏRT AÇIQLAMA

Xəbər verdiyimiz kimi, ötən gün Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev BBC-yə müsahibəsində bildirib ki, Qarabağda Rusiya sülhməramlılarının mandatı ilə bağlı əlavə hüquqi mexanizmlər məsələsi barədə tərəflər arasınd

6 sentyabr 2021
.

Azərbaycan və Türkiyə birgə hərbi layihəyə start verib

Azərbaycan Ordusuna dəstək məqsədilə Ermənistan işğalından azad edilən bölgələrdə mina axtarışı və zərərsizləşdirilməsi fəaliyyətləri davam edir. xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Nazirliyinin təşkil etdiyi mətbuat konfransında bildirilib. Qurum rəsmisinin sözlərinə görə, ölkənin Silahlı Qüvvələr

5 sentyabr 2021
.

Türkiyənin Baş Ombudsmanı "Türk Şəhidliyi" abidəsini ziyarət etdi - FOTO

Bakının işğaldan azad olunmasının ildönümü ilə əlaqədar Azərbaycan Respublikasının ombudsmanı Səbinə Əliyeva və türkiyəli həmkarı Şərəf Malkoç, həmçinin hər iki ölkənin nümayəndələri Şəhidlər Xiyabanı və Türk Şəhidliyi abidəsini ziyarət ediblər. xəbər verir ki, ombudsmanlar Əbədi Məşəl abidəsinin önün

15 sentyabr 2021