"YAP hakimiyyətdə olduğu 20 ildə Azərbaycan həm siyasi, həm də iqtisadi cəhətdən inkişaf edərək güclü bir dövlətə çevrilib" - Kamilə Əliyeva

"YAP hakimiyyətdə olduğu 20 ildə Azərbaycan həm siyasi, həm də iqtisadi cəhətdən inkişaf edərək güclü bir dövlətə çevrilib" - Kamilə Əliyeva"1992-ci il noyabrın 21-də Azərbaycanın bütün regionla­rından seçilmiş 550 nəfərdən ibarət təşəbbüs qrupu Naxçıvana gedərək partiyanın təsis konfransı­nı keçirməyə nail oldu. Təsis konf­ransında Yeni Azərbaycan Partiya­sının yaradılması haqqında qərar qəbul edildi və Heydər Əliyev yekdilliklə partiyanın sədri seçildi. Konfransda həmçinin partiyanın proqram və nizamnaməsi də qəbul edildi. Beləliklə, bu gün də regionda ən böyük və güclü bir siyasi partiya olan YAP-ın təməli qoyuldu. Bu gün YAP üzvləri ulu öndər Heydər Əliyevin siyasi kursuna sadiq qalaraq bu kursu yaşatmaq üçün var gücləri ilə çalışırlar".

Bu sözləri Milli Məclisin deputatı Kamilə Əliyeva Sonxeber.az-a bildirib.

Deputat qeyd edib ki, Ulu Öndər Heydər Əliyev tərəfindən yaradılmış YAP-ın əsas prinsipi və vəzifəsi dövlət müstəqilliyinin qorunması və möhkəmləndirilməsi, demokratik, hüquqi dövlət qurulması, eləcə də, vətəndaşların dinc və firavan həyat sürməsini təmin etməkdir:

"Azərbaycanın ən ağır günlərində, müstəqilliyimizin itirilməsi təhlükəsizliyi ilə üz- üzə qalanda Azərbaycan ziyalıları bir partiya yaratmaq təşəbbüsü ilə çıxış etdilər və bu məqsədlə Azərbaycan xalqının lideri və müdrik oğlu Heydər Əliyevin ətrafında birləşdilər. Azərbaycanın 91 nəfərdən ibarət görkəmli ziya­lısı, nüfuzlu şəxsi Heydər Əliyevə müraciət göndərdi. Müraciətdə Heydər Əliyevdən yeni yaradılacaq partiyaya sədrlik etmək xahiş olu­nurdu. Bu müraciət həm də xalqın istək və arzusunu ifadə edirdi.
Ulu öndər Heydər Əliyev tərəfindən yaradılmış YAP-ın əsas prinsipi və vəzifəsi dövlət müstəqilliyinin qorunması və möhkəmləndirilməsi, demokratik, hüquqi dövlət qurulması, eləcə də, vətəndaşların dinc və firavan həyat sürməsini təmin etməkdir. Partiya məfkurəsinin əsasını təşkil edən müstəqil dövlətçilik, qanunçuluq, azərbaycançılıq, yaradıcı təkamül, vətəndaş həmrəyliyi və sosial ədalət prinsipləri YAP-ın qarşı­sında duran vəzifələrin həyata keçirilməsinin ideya təminatı olaraq mahiyyətcə Azərbaycanın siyasi gələcəyinin də ideya bazası­nı şərtləndirir.
Ümummilli lider Heydər Əliyev öz xalqını sevən, müstəqil Azərbaycan dövlətinin yaşaması və güclü bir dövlət olması üçün canını belə əsirgəməyən dahi şəxsiyyət və güclü siyasətçi idi. 1993-cü ildə Azərbaycan vətəndaş müharibəsi astanasında olanda və ölkəmiz parçalanma təhlükəsi ilə üz - üzə qalanda bütün xalq Heydər Əliyev müdrikliyinə sığındı və bu ağır vəziyyətdən qurtuluşun yeganə yolunu Heydər Əliyev dühasında gördü. Heydər Əliyev qısa bir müddətdə öz müdrik və qətiyyətli siyasəti nəticəsində xalqı bu ağır vəziyyətdən çıxarmağı bacardı.
1993-cü ildə YAP ın sədri Heydər Əliyev xalqın böyük əksəriyyətinin səs çoxluğu ilə Azərbaycan Respublikasının Prezidenti seçildi və YAP iqtidar partiyası oldu. Ulu öndər Heydər Əliyev ikinci dəfə xalqın ən ağır durumunda onun imdadına yetişdi. Həmin tarixdən bugünkü güclü, qüdrətli Azərbaycan dövlətinin təməli qoyuldu.
YAP ın 2005- ci il 26 mart tarixində keçirilən III qurultayında Partiyanın yeni sədri - Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev seçilmişdi. Bu, dövlətimizin başçısına olan etimadın nəticəsidir. Bu gün dövrün tələblərinə uyğun olaraq, eləcə də hakim bir partiya olaraq Yeni Azərbaycan Partiyasında da islahatlar aparılır. YAP ın VII qurultayında qəbul edilmiş qərarlar əsasında partiyanın yeni Nizamnaməsi, 40 nəfərdən ibarət İdarə Heyəti, 13 nəfərdən ibarət Təftiş Komissiyası, 35 nəfərdən ibarət Veteranlar Şurası təsdiq edilmişdir. Azərbaycandakı reallıqları nəzərə alaraq bütün sahələrdə islahatlar aparılır. Son Prezident və Parlament seçkiləri ilə ölkəmizdə gedən islahatlar mərhələsinə qədəm qoyuldu.
YAPın yeni Nizamnaməsinə uyğun olaraq partiyanın sədri cənab İlham Əliyevin sərəncamı ilə 2021-ci il 5 mart tarixində Mehriban xanım Əliyeva partiya sədrinin birinci müavini təyin edildi. Bu təyinat yüksək etimadın və Azərbaycanın dövlət siyasətində qadına ayrılan xüsusi diqqətin nəticəsidir. Mehriban xanım Əliyevanın timsalında Azərbaycan qadınının fəal, ictimai-siyasi, vətəndaş və peşəkar dövlət xadimi obrazı formalaşmışdır.
YAP həmçinin təşəbbüskar bir partiya kimi hər zaman digər siyasi partiyalarla dialoqa hazır olduğunu bəyan etmişdir. YAP Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü hər şeydən üstün tutan digər siyasi partiyalarla əməkdaşlıq etməyə hazırdır. YAP Avropa və Asiyada iqtidarda olan bir çox siyasi partiyalarla sıx əməkdaşlıq edir".
Kamilə Əliyeva vurğulayıb ki, YAP hakimiyyətdə olduğu son 20 ildə Azərbaycan həm siyasi, həm də iqtisadi cəhətdən inkişaf edərək güclü, qüdrətli bir dövlətə çevrilmişdir. Dünya Bankının qiymətləndirilməsinə görə ölkəmiz 2002 -2022- ci illərdə yuxarı, orta gəlirli ölkələr qrupuna daxil edilmişdir. Son 20 ildə iqtisadiyyatımız 4 dəfədən çox artmışdır ki, bu da dünyada ən yüksək göstəricilərdəndir:
"YAP İdarə Heyətinin 2021-ci il 29 dekabr tarixində keçirilən iclasında 5 fəsildən ibarət Proqram təsdiq edilmişdir . Proqramda YAP ın siyasi dəyərləri və prinsipləri sistemində 5 strateji istiqamət müəyyən olunmuşdur. Bu gün Azərbaycan xalqı iqtidar partiyası olan YAPı dəstəkləyir və partiyanın sədri, ulu öndər Heydər Əliyev siyasi kursunun layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevi özlərinin lideri hesab edir.
YAP hakimiyyətdə olduğu son 20 ildə Azərbaycan həm siyasi, həm də iqtisadi cəhətdən inkişaf edərək güclü, qüdrətli bir dövlətə çevrilmişdir. Dünya Bankının qiymətləndirilməsinə görə ölkəmiz 2002 -2022- ci illərdə yuxarı, orta gəlirli ölkələr qrupuna daxil edilmişdir. Son 20 ildə iqtisadiyyatımız 4 dəfədən çox artmışdır ki, bu da dünyada ən yüksək göstəricilərdəndir.
İxracımız hər il sürətlə artır. İxracın həcmi 2,2 milyard ABŞ dollarından 38,1 milyard ABŞ dollarına çatmışdır. Dövlət büdcəsində qeyri neft sektorundan gələn gəlirlər neft-qaz sektorundan gələn gəlirləri üstələməkdədir. Bu gün Azərbaycanın strateji valyuta ehtiyatları 66 milyard ABŞ dollarından çoxdur.
YAP ın sədri, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dünyada söz sahibinə çevrilmişdir. Dünya liderləri də ölkə başçımızın güclü, qətiyyətli,müdrik siyasətçi, mahir diplomat olduğunu vurğulayırlar".


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 957   Tarix: 21 noyabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Rusiya Azərbaycanın şərtlərini qəbul edib - Eskpertən AÇIQLAMA

Xəbər verdiyimiz kimi, ötən gün Lavrovla Mirzoyanın görüşündə əsas diqqətçəkən məqamlardan biri də birgə mətbuat konfransında Rusiya XİN başçısının erməni diversantlarla bağlı açıqlaması və Ermənistan XİN rəhbərinin dəfələrlə Qarabağın "status"u məsələsini qaldırmasına baxmayaraq, Lavrovu

2 sentyabr 2021
.

Türkiyə səfirindən Bakının azad olunması ilə bağlı PAYLAŞIM

Türkiyə Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Cahid Bağcı Bakının bolşevik və erməni quldur dəstələrinin işğalından azad edilməsinin ildönümü ilə bağlı paylaşım edib. "Bu gün Bakının bolşevik və erməni quldur dəstələrinin işğalından azad edilməsinin 103-cü ildönümüdür. B

15 sentyabr 2021
.

Rüstəm Muradov nə ilə yadda qaldı? - Deputatdan AÇIQLAMA

Xəbər verdiyimiz kimi, ötən gün Azərbaycanın Qarabağ bölgəsində müvəqqəti yerləşən Rusiya sülhməramlı qüvvələrinin komandanı olan general-leytenant Rüstəm Muradov xidməti vəzifəsini başa çatdırdı. Hələ may ayından söyləntilər gəzirdi ki, onun yerinə general-mayor Aleksey Avdeyev gətiriləcək. Lakin a

7 sentyabr 2021
.

"15 qəpiklə heç kim kasıblamaz" - Deputatdan bahalaşmaya reaksiya

"Hazırda ölkə iqtisadi cəhətdən ciddi bir dövrünü yaşayır. Həm COVID-19 pandemiyası, həm də Vətən müharibəsi ilə əlaqədar olaraq xərclərimiz çoxdur. Həmçinin dövlət son illər hərbiyə də olduqca çox vəsait ayırır. Doğrudur, Azərbaycan kifayət qədər iqtisadi gücə malikdir, amma bizim ABŞ-da olduğ

15 sentyabr 2021
.

"Üç Qardaş - 2021" təliminin əhəmiyyəti ilə bağlı türkiyəli generaldan AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Bakıda ilk dəfə olaraq Azərbaycan, Türkiyə və Pakistanın xüsusi təyinatlı qüvvələrinin "Üç Qardaş - 2021" birgə beynəlxalq təlimi keçiriləcək. Birgə təlimin əsas məqsədi döyüş əməliyyatlarının aparılması zamanı dost və tərəfdaş ölkələrin xüsusi təyinatlı bölmələrini

13 sentyabr 2021
.

Ərdoğan Azərbaycanın yeni səfiri ilə görüşəcək

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanın bu ölkəyə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Rəşad Məmmədovun etimadnaməsini qəbul edəcək. Türkiyə Prezident Administrasiyasının rəsmi saytında bu barədə məlumat dərc olunub. Təqdimat mərasimi Türkiyə Prezident Sarayında yerli vaxtl

9 sentyabr 2021
.

"Onlar sülhməramlı deyil, "erməniməramlı"dır" - Deputatdan SƏRT AÇIQLAMA

Xəbər verdiyimiz kimi, ötən gün Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev BBC-yə müsahibəsində bildirib ki, Qarabağda Rusiya sülhməramlılarının mandatı ilə bağlı əlavə hüquqi mexanizmlər məsələsi barədə tərəflər arasınd

6 sentyabr 2021
.

Azərbaycan və Türkiyə birgə hərbi layihəyə start verib

Azərbaycan Ordusuna dəstək məqsədilə Ermənistan işğalından azad edilən bölgələrdə mina axtarışı və zərərsizləşdirilməsi fəaliyyətləri davam edir. xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Nazirliyinin təşkil etdiyi mətbuat konfransında bildirilib. Qurum rəsmisinin sözlərinə görə, ölkənin Silahlı Qüvvələr

5 sentyabr 2021
.

Türkiyənin Baş Ombudsmanı "Türk Şəhidliyi" abidəsini ziyarət etdi - FOTO

Bakının işğaldan azad olunmasının ildönümü ilə əlaqədar Azərbaycan Respublikasının ombudsmanı Səbinə Əliyeva və türkiyəli həmkarı Şərəf Malkoç, həmçinin hər iki ölkənin nümayəndələri Şəhidlər Xiyabanı və Türk Şəhidliyi abidəsini ziyarət ediblər. xəbər verir ki, ombudsmanlar Əbədi Məşəl abidəsinin önün

15 sentyabr 2021