Kənddə müəllimlər barədə şayiə yayan şəxs həbs edildi
Qobustan rayonunun kəndlərindən birində müəllimlər barədə şayiələr yayan şəxs məsuliyyətə cəlb edilib.
Sonxeber.az qafqazinfo-ya istinadən xəbər verir ki, məktəblərdən birinin direktoru, müavinləri və bir qrup müəllim iclas keçirərək kənd sakini, 1980-ci il təvəllüdlü İlqar Rəsulov (şərti) barəsində şikayət edilməsi haqda qərar qəbul ediblər.
Onların iddiasına görə, həmin şəxs həyat yoldaşını məktəbə müəllim vəzifəsinə işə düzəltmək istəyib. Lakin İ.Rəsulovun həyat yoldaşı MİQ imtahnından keçə bilmədiyi üçün vakansiyaya uyğun olmayıb. Bundan sonra İ. Rəsulov məktəbə gələrək müəllimləri və rəhbərliyi təhqir edib, həmçinin kənddə kişi müəllimlər barədə xoşagəlməz şayiələr yaymağa, onları nüfuzdan salmağa çalışıb.
Məktəbin tərtib etdiyi akt əsasında Qobustan Rayon Polis Şöbəsində araşdırma aparılıb və İ.Rəsulov barəsində İnzibati Xətalar Məcəlləsinə əsasən protokol tərtib edilib.
İ.Rəsulov ifadəsində bildirib ki, həyat yoldaşı əvvəllər məktəbdə müəllim işləyib, lakin sonra işdən çıxarılıb: "Bundan sonra oğlumu kənd məktəbindən çıxarmaq qərarına gəldim və onunla birgə kitablarını məktəbə təhvil verməyə getdim. Bu zaman kitabların verilmə prosesini videoya çəkmək istəyirdim. Məktəb rəhbərliyi buna görə məndən şikayət edib".
Qobustan Rayon Məhkəməsinin qərarı ilə ona 5 sutka inzibati həbs cəzası verilib.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 988 Tarix: 20 dekabr 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Bakının daha bir ərazisində genişmiqyaslı söküntü başlayır (VİDEO)
Bakının Səbail rayonunda yataqxana tipli köhnə binalar söküləcək. Qaynarinfo xəbər verir ki, rayonun Yüzbəy Mürsəlov, Qurban Abbasov, Salman Mümtaz, Xanlar küçələri, eləcə də 20-ci sahə ərazisi və Badamdar qəsəbəsində 20-yə yaxın binanın sökülməsinə başlanılacaq. Uzun müddətdir bu xəbəri gözləyən sakinlə
2 oktyabrBu ərazidə evlər SÖKÜLÜR: Kompensasiya necə hesablanmalıdır? - AÇIQLAMA
Bakının Məhəmməd Xiyabani küçəsində 18 fərdi yaşayış evinin və bəzi obyektlərin sökülməsi nəzərdə tutulur. Sakinlərin sözlərinə görə, ilkin olaraq onlara kvadratmetr üçün 2700 manat kompensasiya təklif edilib, daha sonra isə ödənişin evlərin qiymətinə əsasən hesablanacağı bildirilib. Əmlakın məcbur
30 sentyabrRamiz Mehdiyev məhkəməyə məcburi gətirilə bilər
Sentyabrın 21-də Bakı Ağır Cinayətlər Məhkəməsində Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin və onun köməkçisi olmuş Eldar Əmirovun cinayət işi üzrə hazırlıq iclası keçirilib. Ramiz Mehdiyev məhkəmənin hazırlıq iclasında fiziki olaraq iştirak etməyib. Onun məhkəmə zalına gəlmək istəməməsini
1 oktyabr"AzerGold"un yeni qızıl-gümüş kolleksiyası Kəlbəcərə həsr olunub
"AzerGold" QSC zəngin təbiəti, mineral bulaqları, qədim tarixi və mədəni irsi ilə seçilən Kəlbəcər rayonuna həsr olunmuş yeni qızıl və gümüş sikkə kolleksiyasını təqdim edib. Yeni kolleksiyanın bədii kompozisiyasında Kəlbəcərin mədəni irsini, təbiətini, qədim folklor ənənələrini, sənət və xal
1 oktyabrMəktəbdə şagirdin gözünə kimyəvi məhlul düşdü - Araşdırılır
Masallı rayonunda orta məktəbdə şagirdlərdən biri kimyəvi məhluldan xəsarət alıb. -a istinadən xəbər verir ki, hadisə sentyabrın 30-da Masallı şəhər 3 saylı orta məktəbin 8-ci sinifində baş verib. Sinifdə kimya dərsində keçirilən təcrübə zamanı kimyəvi məhlul stolun üstünə dağılıb. Dərsdən sonra şagirdlərdə
1 oktyabr