Adı ağır cinayətlərdə hallanan şirkət 20 milyonluq tenderin qalibi oldu
Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin keçirdiyi tender müsabiqəsinin qalibi "Epidbiomed" MMC (VÖEN - 1500338941) olub.
Yeniavaz.com xəbər verir ki, yoluxucu xəstəliklərin immunoprofilaktikasına dair tədbirlərin keçirilməsi məqsədilə 6 komponentli vaksinin satın alınması üçün Mərkəz MMC-yə 19 milyon 966 min 520 manat 40 qəpik ödəyəcək.
Məlumat üçün bildirək ki, tenderin qalibi olan "Epidbiomed" MMC 2004-cü ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 10 manat olan MMC-nin qanuni təmsilçisi Əliyev Məmməd Əli Sabir oğludur.
Onu da qeyd edək ki, 2018-ci ildə Baş Prokurorluq dərman vasitələrinin qanunsuz dövriyyəsi ilə məşğul olan bir sıra şirkətlərin vəzifəli şəxslərinin əməllərinin ifşa olunması ilə bağlı məlumat yayıb.
Prokurorluğun açıqladığı məlumatda Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin 20 milyonluq tender müsabiqəsinin qalibi olan "Epidbiomed" MMC-nin də adı yer almaqdadır.
Bildirilib ki, "Epidbiomed" MMC-nin təsisçisi Əliyev Namiq Sabir oğlu, həmin şirkətin direktor müavini Məmmədov Kamal Əhmədiyyə oğlu və digər vəzifəli şəxslərlə əlbir olaraq tamah niyyətilə daha çox gəlir əldə etmək məqsədilə 2011-ci ildən başlayaraq uzun müddət ərzində ölkəyə təqribən 1 milyon manatdan artıq dəyəri olanç19 adda orijinal dərman preparatlarından qiymətinə görə dəfələrlə baha olan ekvivalent dərman vasitələrini idxal etmişlər.
Baş proqkurorluğun açıqlamasında həmçinin qeyd olunur ki, "Epidbiomed" MMC-nin rəhbərliyi barəsində Cinayət Məcəlləsinin 308.2 (vəzifə səlahiyyətindən sui-istifadə), 200-1.2.2 və 200-1.2.3-cü (dərman vasitələrinin qanunsuz dövriyyəsi) maddələri ilə ittiham elan olunmaqla barələrində məhkəmənin qərarları ilə həbs qətimkan tədbiri seçilib.
Xatırladaq ki, "Dövlət Satınalmaları Haqqında" Qanunun 6.2.6-cı maddəsində gösrərilir ki, tender müsabiqələrində iştirak edə bilmək üçün şirkətlərin satınalma prosedurlarının başlanmasından əvvəlki 5 il ərzində özlərinin, habelə işlərini idarə edənlərin, qulluqçularının peşəkar fəaliyyətləri, yaxud satınalma müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərini yanlış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum olunmaması lazımdır.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Bu qurumlarda işləyənlərin MAAŞLARI KƏSKİN ARTACAQ
Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarıldı - Aralarında baş həkimlər də var
Bu metro stansiyalarına giriş PULSUZ oldu: Sərnişin sıxlığı AZALDI
Temperatur 10 dərəcə enəcək, leysan olacaq - XƏBƏRDARLIQ
Mehdiyevin gəlininin BOKT-nun lisenziyası ləğv edildi
Kürdəmirdə KÜTLƏVİ ZƏHƏRLƏNMƏ: Səbəb NƏDİR? - AÇIQLAMA
Pakistanda təcavüzə məruz qalan azərbaycanlı qadınla bağlı BAĞLI MƏLUMAT
Mənzilini kirayə verən şəxslərin NƏZƏRİNƏ: Bu VACİBDİR
Bakıda mənzillərin kvadratmetri 19 min manat oldu - Ən bahalı ünvanlar
Hər geyimlə uyğunlaşan 3 qiymətli daş - Stilistdən tövsiyələr
Kreditlərdən milyardlarla gəlir əldə edilir, bəs faizlər niyə yüksəkdir? - İQTİSADÇIDAN AÇIQLAMA
İlham Əliyev xanımı ilə sərgidə - Video - Fotolar
Röya, Natavan və Elnur bir arada - Foto