Şevçenko prezident olacaq
Dünya futbolunun əfsanəsi və Ukrayna millisinin sabiq baş məşqçisi Andrey Şevçenko Ukrayna Futbol Assosiasiyasının prezidenti vəzifəsinə yeganə namizəddir.
Sonxeber.az Lent.az-a istinadla bildirir ki, bu barədə qurumun rəsmi saytında məlumat yer alıb. Qeyd olunub ki, bir gün əvvəl UAF-ın fövqəladə XXVI qurultayının nümayəndələrinin səlahiyyətlərinin və kvorumun müəyyən edilməsi üçün qeydiyyat komissiyasının iclası keçirilib.
İclasda müəyyən edilib ki, qurumun prezidenti vəzifəsinə namizəd irəli sürmək hüququ olan UAF-ın bütün daimi üzvləri bu məsələ ilə bağlı öz rəhbər orqanlarının iclaslarının protokollarını təqdim ediblər. Bütün protokollarda UAF prezidenti vəzifəsinə Andrey Şevçenkonun namizədliyi irəli sürülüb.
UAF işçi qrupu belə qənaətə gəlib ki, Andrey Şevçenkonun namizədliyi təşkilatın nizamnaməsi ilə Ukrayna Futbol Assosiasiyasının prezidenti seçilmək üçün müəyyən edilmiş tələb və meyarlara cavab verir.
Komissiyanın və işçi qrupunun iclaslarının nəticələri barədə FİFA və UEFA-ya məlumat verilib və onlar UAF Konqresinə hazırlığın gedişi barədə daim məlumat alırlar.
Təşkilatın yeni prezidentinin seçilməsi ilə bağlı UAF-ın növbədənkənar qurultayı 25 yanvar 2024-cü ildə keçiriləcək. Görüş Kiyevdəki Futbol Evində baş tutacaq.
Əlavə edək ki, Andrey Şevçenko dekabrın 12-də rəsmi olaraq UAF prezidenti postuna namizəd kimi irəli sürülüb. Ukrayna millisinin sabiq baş məşqçisi bu posta namizəd olmaq təklifini qəbul edib, proqramı hazırlamaq və komandanı seçmək üçün vaxt ayırıb.
Şevçenkonun Kiyevə 2024-cü il yanvarın 10-da gələcəyi bildirilir. Eyni zamanda onun UAF rəhbəri postunda gələcək köməkçilərinin adlarının da məlum olacağı gözlənilir.
Sonxeber.az
Telegramda izləyin
İdman Baxılıb: 1141 Tarix: 29 dekabr 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaşİnyaki Uilyams Qana millisindəki karyerasını başa vurub
İspaniyanın "Atletik" klubunun forvardı İnyaki Uilyams Qana millisindəki karyerasını başa vurub. "Report" xəbər verir ki, 32 yaşlı hücumçu bu barədə sosial şəbəkə hesabında paylaşım edib. İdmançı millini təmsil etməkdən böyük qürur duyduğunu bildirib və bu müddətdə ona dəstək ola
12 sentyabrElvin uzun müddət sonra belə görüntüləndi - Video
UEFA Konfrans Liqasının II təsnifat mərhələsində "Dinamo" (Kiyev) klubu ilə keçirilən gərgin cavab qarşılaşmasında ağır zədə alan "Qarabağ"ın aparıcı futbolçusu Elvin Cəfərquliyev uzun fasilədən sonra ilk dəfə kameraların obyektivinə tuş gəlib. "Qafqazinfo" xəbər verir ki
19 sentyabrMbappedən Messi və Ronaldu barədə möhtəşəm sözlər
Fransalı futbolçu Kilian Mbappe Lionel Messi və Kriştianu Ronaldu barədə fikirlərini bölüşüb. "L'Equipe" nəşrinə istinadən xəbər verir ki, Mbappe argentinalı və portuqaliyalı ulduzların futbolda xüsusi yerə sahib olduqlarını bildirib. "Onlar fərqli dövrə aiddirlər. Öz kateqoriyalarınd
13 sentyabr"Mən və o ən yaxşı futbolçularıq" - Yamal
"Barselona"nın ulduzu Lamin Yamal maraqlı açıqlaması ilə diqqət çəkib. "Qafqazinfo" xəbər verir ki, o, "Qızıl top"un hansı futbolçuya verilməsi ilə bağlı sualı cavablandırıb. "Məncə, bu il qazandıqlarımı nəzərə alsaq, mükafata mən layiqəm. Mənim üçün Mbappe və mən dünyanı
14 sentyabrAtası nigeriyalı, anası azərbaycanlı olan futbolçu (VİDEO)
"Atam nigeriyalı, anam azərbaycanlıdır. Bir azərbaycanlı kimi çox istərdim ki, Azərbaycan millisində oynayım". Qaynarinfo xəbər verir ki, bu sözləri ASAN TV-yə müsahibəsində "Qarabağ"ın U-14 komandasının hücumçusu Ceyms Eziasi deyib. Azərbaycanda doğulub böyüyən yeniyetmə hücumç
12 sentyabrŞahruddin milliyə çağırılmadı
Azərbaycan milli komandasının baş məşqçisi Ayxan Abbasov komandanın heyətini açıqlayıb. "Qafqazinfo" xəbər verir ki, çalışdırıcı ümumilikdə 30 futbolçuya dəvət göndərib. Qeyd edək ki, millimiz yoldaşlıq oyunu çərçivəsində sentyabrın 23-də Tacikistan yığması ilə, UEFA Millətlər Liqası çərçivəsind
18 sentyabrAzərbaycanda bir ildə 2400 eşşək hara yoxa çıxıb?
Azərbaycanda eşşəklərin sayı son illər sürətlə azalır. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2026-cı ilin əvvəlinə ölkədə 10 300 baş eşşək qeydə alınıb. Halbuki 2025-ci ildə bu göstərici 12 700 baş olub. Beləliklə, cəmi bir il ərzində eşşəklərin sayı 2 400 baş və ya təxminən 19 faiz azalıb
13 sentyabrAzərbaycan Kubokunun püşkü atıldı
Futbol üzrə Azərbaycan Kubokunun 2026/2027 mövsümünün püşkatma mərasimi keçirilib. "Qafqazinfo" xəbər verir ki, tədbirdə təsnifat mərhələlərində qarşılaşacaq cütlüklər müəyyənləşib. Azərbaycan Kuboku. I təsnifat mərhələsi. 7-8 oktyabr. "Marafon" - "Dinamo". "Qarada
18 sentyabr"Zirə"nin futbolçusu Abdul Aziz "Karvan-Yevlax"a keçib
"Karvan-Yevlax" heyətinə daha bir futbolçu qatıb. xəbər verir ki, bu barədə I Liqa təmsilçisi məlumat yayıb. Bölgə klubu "Zirə"dən Abdul Azizi icarəyə götürüb. 20 yaşlı hücumçu 6 ay Yevlax komandasında çıxış edəcək
15 sentyabr