BDYPİ səfərdə olan sürücülərə müraciət edib

BDYPİ səfərdə olan sürücülərə müraciət edibBaş Dövlət Yol Polisi İdarəsi avtonəqliyyat vasitələri ilə səfərdə olan sürücülərə müraciət edib.

İdarədən bildirilib ki, müraciətdə deyilir:

"Hazırda davam edən qeyri-iş günlərində doğmalarını ziyarət etmək, istirahət və ya əyləncə məqsədilə respublikanın ayrı-ayrı şəhər və rayonlarına avtomobillə səfər edənlərin sayının artması, xüsusilə rekreasiya əhəmiyyətli bölgələrdə hərəkət intensivliyinə bilavasitə təsir göstərib.

Bununla bağlı DYP tərəfindən gücləndirilmiş iş rejimində zəruri təhlükəsizlik tədbirlərinin görülməsinə baxmayaraq, bəzən özünün, doğmalarının və digər hərəkət iştirakçılarının həyat və sağlamlığına biganə yanaşaraq səfər etdikləri yaşayış məntəqələrində, eləcə də istirahət və ya əyləncə mərkəzlərinin yerləşdiyi ərazilərdə sərxoş halda sükan arxasına əyləşən, avtomobili azyaşlı övladlarına həvalə edən, yaşı on ikidən az olan uşaqları ön oturacaqda daşıyan, hərəkət zamanı təhlükəsizlik kəmərini bağlamayan, mobil telefondan istifadə edən, sürət həddini aşan, xüsusilə dağlıq relyefli ərazilərdə ötmə və manevretmə qaydalarını kobud şəkildə pozan, yol və hava şəraitini nəzərə almayan sürücülərə rast gəlinir ki, bütün bunlar sonda xoşagəlməz yol-nəqliyyat hadisələrinin baş verməsinə real zəmin yaradır.

DİN-in Baş Dövlət Yol Polisi İdarəsi tətil günlərinin arzuolunmaz hadisələr fonunda bitməməsi üçün bir daha hərəkət iştirakçılarına müraciət edərək onlardan təhlükəsizlik qaydalarına əməl etməyi, nümunəvi sürücü davranışı sərgiləməklə digər hərəkət iştirakçılarına örnək, intizamsız sürücülərə münasibətdə isə səbrli və təmkinli olmağı xahiş edir".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 605   Tarix: 03 yanvar 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

"Space"də təcili iclas keçirildi

Bu dəqiqələrdə "Space" televiziyasında təcili iclas keçirilib. -a istinadən xəbər verir ki, televiziyanın rəhbəri vəzifəsini müvəqqəti icra edən Nəriman Əbdüləliyevin göstərişi ilə kanalın bütün əməkdaşları anidən foyeyə çağırılıb. İclasda departament rəhbərləri də iştirak ediblər. Nərima

16 aprel
.

Prezidentin qızı və gəlininin film təqdimatından - Fotoları

Prezident İlham Əliyevin gəlini Alena Əliyeva "Mən, Lalə və Şerlok Holms 2" çoxseriyalı bədii filminin təqdimatından fotolar paylaşıb. "Qafqazinfo" xəbər verir ki, təqdimatda Alena Əliyeva və Leyla Əliyeva iştirak ediblər. Həmin fotoları təqdim edirik:

16 aprel
.

Qusar Rayon İcra Hakimiyyətində yeni TƏYİNATLAR

Qusar Rayon İcra Hakimiyyətində kadr dəyişikləri olub. -ın əldə etdiyi məlumata görə, icra başçısı Sahir Məmmədxanov əmr imzalayıb. İcra başçısının əmri ilə Nailə Laçınova icra hakimiyyətinin Sənəd dövriyyəsi, vətəndaş müraciətləri və inzibati işlər şöbəsinin Sənədlərlə və vətəndaş müraciətləri ilə i

16 aprel
.

Bu endirim kampaniyasında qiymətlər danışacaq - Foto

Tamstore Marketlər şəbəkəsi 16-19 aprel tarixlərində yenidən "Biz susuruq, qiymətlər danışacaq" kampaniyasına start verəcək. Kampaniya zamanı Vanak və Günaydın kərə yağları 12.99 manata, Romaşka xama 25 % 320 qramlıq 3.99 manata, 5 kilolouq Tanelli makaronu 3.90 manata, Əşrəfi basmati düy

16 aprel
.

Bu şəxslər peyvənd olunacaq

19-25 aprel tarixlərində respublikanın şəhər və rayonlarında "İmmunlaşdırma həftəsi" keçiriləcək. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı səhiyyə naziri Teymur Musayev əmr imzalayıb. Əmrə əsasən respublikanın şəhər və rayonlarında hər hansı səbəbə görə vaksinasiyadan kənarda qala

16 aprel
.

Süni intellekt insanın hiss etmə qabiliyyətini zəiflədir? - AÇIQLAMA

İnsanların duyğuları artıq yalnız üz-üzə münasibətlərdə deyil, ekranların arxasında da formalaşır. Mesajlaşmalar, sosial şəbəkələr, avtomatik cavablar və süni intellektlə ünsiyyət gündəlik həyatın bir parçasına çevrilib. Bu dəyişiklik isə haqlı bir sualı ortaya çıxarır: süni intellekt insanın hiss etm

16 aprel
.

Gədəbəydə körpə qızdırmadan ölüb

Gədəbəydə körpə qızdırmadan ölüb. "Report"a istinadən xəbər verir ki, aprelin 15-i saat 05 radələrində Kiçik Qaramurad kənd sakini, 2025-ci il təvəllüdlü Rəsul Elman oğlu Əsədov xəstəxanada qızdırmadan ölüb. Araşdırmalar rayon prokurorluğu tərəfindən aparılır

16 aprel
.

Bağça müdiri yol hərəkəti qaydalarını heçə saydı: Övladının həyatını təhlükəyə atdı

"Sosial şəbəkələrdə yayılmış görüntülərlə bağlı araşdırma aparılır. -a istinadən xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) bildirilib. "Bir daha diqqətə çatdırırıq ki, azyaşlıların avtomobildə təhlükəsizlik qaydalarına zidd şəkildə daşınması yolverilməzdir. Bu cü

17 aprel
.

Sumqayıtda dəm qazından zəhərlənən uşaqlarla bağlı YENİ QƏRAR: "İki uşaq dövlət himayəsinə veriləcək"

"Sumqayıtda hamamda dəm qazından zəhərlənən uşaqlarından dördü hazırda Bilgəhdə yerləşən internat evində təhsil alır. Bu barədə -ın sorğusuna cavab olaraq Sumqayıt Şəhər İcra Hakimiyyətindən məlumat verilib. Qeyd olunub ki, yerdə qalan iki uşağın da dövlət himayəsinə verilməsi nəzərdə tutulur. "Onla

15 aprel