"Təcili yardımın gecikməsinin əsas səbəbi tıxac deyil, səhlənkarlıqdır" - EKSPERT
Xarici ölkələrin əksəriyyətində yolların kənarlarından ambulans və yanğından mühafizə maşınları üçün xüsusi yol ayrılıb. Qanun ilə bu yollardan digər avtomobillərin istifadəsi qadağandır. Təcili tibbi yardım maşınlarının gecikməsi xəstənin həyatına riskə ata bilər yaxud ölümü ilə nəticələnə bilər. Çox vaxt təcili tibbi yardım maşınlarının gecikməsi yollarda tıxacın yaranması ilə əlaqləndirirlər. Bu baxımdan ölkə də təcili tibbi yardım maşınları üçün xüsusi zolaqlar ayrıla bilərmi?
Bununla bağlı nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı Sonxeber.az-a bildirib ki, yol hərəkəti qaydalarına sürücülərimiz normal şəkildə əməl etsələr onun üçün əlavə bir zolağa ehtiyac qalmır:
"Təcili yardım maşınları üçün xüsusi zolaq yaradılması biraz qəliz məsələdir. Yol hərəkəti qaydalarına sürücülərimiz normal şəkildə əməl etsələr onun üçün əlavə bir zolağa ehtiyac qalmır. Buda ondan ibarətdir ki, hər bir halda yollarda normal ara məsafəsi saxlanılmalıdır. İki zolaqlı yolu üç zolağa çevirməməliyik. Yəni qaydalar əməl olunsa təcili yardım maşınları daha rahat hərəkət edə bilər. Ancaq son dövrlər Bakı şəhərində küçələrdə avtobus zolaqları yaradılıb. Həmin zolaqlarda operativ nəqliyyat vasitələrinin hərəkəti mümkündür. Hər bir sürücü təcili yardım, polis, yanğınsöndürən maşınına yol verməyə çalışmalıdır. Bu qanunla onların borcudur. Hər birimiz onlara üstün hərəkət hüququna malik olduqları üçün yol verməliyik. Ancaq təcili yardımın gecikməsinin əsas səbəblərinə baxsaq burada tıxac məsələsindən çox birazda səhlənkarlıq var. Xüsusilə bayram günlərində gördük ki, nə qədər insan narazılıq etdi. Bu normal bir hal deyil. Bunu başqa səbəblər ilə əlaqələndirmək lazım deyil. İşi düzgün qurmaq lazımdır. Vacib olan məqam odur ki, işi normal şəkildə görəsən. Belə olan harda problemdə yaşanmır".
Sevda Səfərova
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1238 Tarix: 08 yanvar 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Temperatur 10 dərəcə enəcək, leysan olacaq - XƏBƏRDARLIQ
Bakıda və Abşeron yarımadasında oktyabrın 2-si axşamdan gözlənilən yağışın leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, 3-ü səhərədək arabir güclü olacağı ehtimalı var. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti xəbərdarlıq yayıb. Fasilələrlə yağışlı hava şəraiti oktyabrın 4-
1 oktyabrRamiz Mehdiyev məhkəməyə məcburi gətirilə bilər
Sentyabrın 21-də Bakı Ağır Cinayətlər Məhkəməsində Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin və onun köməkçisi olmuş Eldar Əmirovun cinayət işi üzrə hazırlıq iclası keçirilib. Ramiz Mehdiyev məhkəmənin hazırlıq iclasında fiziki olaraq iştirak etməyib. Onun məhkəmə zalına gəlmək istəməməsini
1 oktyabr"TikTok" Azərbaycanda vergi uçotuna alındı
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin elektron qeydiyyat portalı vasitəsilə daha iki beynəlxalq rəqəmsal xidmət təchizatçısı vergi uçotuna alınıb. xəbər verir ki, bu barədə Dövlət Vergi Xidməti məlumat yayıb. Bildirilib ki, yeni qeydiyyata alınan şirkətlər İsveçin "Spotify AB"
1 oktyabrİnternetdə paylaşılan şəxsi məlumatların gətirdiyi risklər
İnternetdə paylaşdığımız şəxsi məlumatlar müasir dövrdə həm rahatlıq, həm də ciddi risklər yaradan əsas amillərdən birinə çevrilib. Sosial şəbəkələrdə profil məlumatlarımız, gündəlik paylaşımlarımız, telefon nömrəmiz, e-poçt ünvanımız, hətta bəzən bilmədən paylaşdığımız məkan və davranış məlumatlar
30 sentyabrZaqatalada zəlzələ oldu
Zaqatalada zəlzələ olub. APA-nın yerli bürosu xəbər verir ki, yeraltı təkan saat 14:52-də qeydə alınıb. Zəlzələ hiss edilib
1 oktyabrBakıda mənzillərin kvadratmetri 19 min manat oldu - Ən bahalı ünvanlar
Bakının premium ərazilərində mənzillərin maksimal qiymətləri bəzi ünvanlarda kəskin yüksəlib. Paytaxtın ən bahalı ünvanında mənzilin bir kvadratmetrinin qiyməti artıq 19 min manata çatır. Qaynarinfo -a istinadən xəbər verir ki, paytaxtda ən yüksək qiymət Nəsimi rayonunun Neftçilər prospektində qeyd
1 oktyabrHəkimi döyüb, xadimənin sümüyünü sındırıb
Füzuli Rayon Mərkəzi Xəstəxanasında insident törədən 24 yaşlı Məhəbbət Talıbov barəsində açılmış cinayət işi üzrə məhkəmə prosesi keçirilib. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, o, Cinayət Məcəlləsinin 127 və 221-ci maddələri üzrə ittiham edilib. Bildirilib ki, Böyük Bəhmənli kənd sakin
30 sentyabr