Yanğında zərərçəkən xəstələrə və ölən körpələrin ailələrinə kompensasiya ödəniləcək? - AÇIQLAMA
Xəbər verdiyimiz kimi, Perinatal Mərkəzinin dördüncü mərtəbəsində yanğın baş verib. Mərkəzin Yenidoğulmuşların intensiv terapiya şöbəsində müalicə alan 4 uşağın meyiti aşkar olunub. Yanğın nəticəsində ölən körpələrə və zərərçəkən xəstələrə kompensasiya ödəniləcək?
Mövzu ilə bağlı sığorta məsələləri üzrə ekspert İlkin İbrahimov Sonxeber.az-a açıqlama verib:
"Daşınmaz əmlakla bağlı burada iki növ sığorta məhsulu mövcud olmalıdır. İlk olaraq daşınmaz əmlakın icbari sığortasıdır. Bu bina ilə bağlıdır. Yəni hər hansı bir xəsarət yaxud ziyan varsa bu sığorta növü onu qarşılayır. İkinci növ sığorta məhsulu var ki, daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortasıdır. Əgər binada baş verən yanğın ilə əlaqədar hər hansı bir xəsarət alan varsa, o zaman onlara kompensasiya verilə bilər. Əgər bu sığorta növü varsa kompensasiya keçərli olacaq. Bu sığorta məhsulu ona görə olmalıdır ki, icbari növdür və məcburi qaydadır. Məcbur qaydada olduğu üçün kompensasiya olmalıdır. Əgər bu sığorta növü yoxdursa, FHN cərimə tətbiq etməlidir".
Xatırladaq ki, 3 nəfər tüstüdən zəhərlənmə səbəbilə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə hospitalizasiya olunub. Onlara zəruri tibbi xidmətlər göstərilib, vəziyyətləri stabildir, ambulator müalicə üçün evə buraxılmaları nəzərdə tutulub. Hazırda istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Sevda Səfərova
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











2027-ci ildə maaş və pensiyalar nə qədər artacaq? - VÜQAR BAYRAMOVDAN AÇIQLAMA
Minimum əməkhaqqı nə qədər artacaq? - Gözlənti açıqlandı
Bu qurumlarda işləyənlərin MAAŞLARI KƏSKİN ARTACAQ
Bu ərazidə evlər SÖKÜLÜR: Kompensasiya necə hesablanmalıdır? - AÇIQLAMA
Azərbaycanda yeni qəsəbə salınır - 50 milyon manat ayrılır
Bu metro stansiyalarına giriş PULSUZ oldu: Sərnişin sıxlığı AZALDI
Azərbaycanda dava: Milyonçu qardaşlar mülk bölgüsünə görə əlbəyaxa oldu
Temperatur 10 dərəcə enəcək, leysan olacaq - XƏBƏRDARLIQ
Mənzilini kirayə verən şəxslərin NƏZƏRİNƏ: Bu VACİBDİR
Pakistanda təcavüzə məruz qalan azərbaycanlı qadınla bağlı BAĞLI MƏLUMAT
Kreditlərdən milyardlarla gəlir əldə edilir, bəs faizlər niyə yüksəkdir? - İQTİSADÇIDAN AÇIQLAMA
İlham Əliyev xanımı ilə sərgidə - Video - Fotolar